Turan Tovuz bir mövsümlük komanda deyil ki… klubun İdarə Heyətinin üzvü
Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Yeni mövsümə olduqca yaxşı başlanğıc götürən “Turan Tovuz” bu uğurunun davamını gətirə bilmir.
Komanda hazırda durğunluq dövründən enişə doğru diffuziya edir. Elə bunun nəticəsidir ki, tovuzlular üçüncü dövrəni 3 qələbə, 2 heç-heçə və 4 məğlubiyyət olmaqla, cəmi 11 xalla başa vurdular.
Tovuz təmsilçisinin İdarə Heyətinin üzvü Yaşar Sultanov komandanın hazırki durumu haqda fikirlərini bölüşüb:
“Bəli, son turların nəticələri qənaətbəxş deyil. Komanda hədsiz çox yersiz xallar itirdi. İlk növbədə Denis Marandiçi, Şəhriyar Əliyev, Roderik Miller, Emmanuel Hakman və bir sıra əsas futbolçuların olmaması, komandanın oyununa əsaslı təsir göstərir.
Eyni zamanda, bir sıra aparıcı futbolçuların özlərinin dediklərinə görə, heç cür süni meydançaya uyğunlaşa bilmirlər. Bütün hallarda, komandanın uğursuzluq zolağından çıxacağına inanıram. Komanda və rəhbərlik Kurban Berdıyevə inanır. O cəmisi 6-7 aydır ki, komanda ilə bir yerdədir. “Turan Tovuz” bir mövsümlük komanda deyil ki…”. (futbolpress.az)
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 18 Mart 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















