Turan Tovuz un İdarə Heyətinin üzvü: Sanki xarici pəhləvanlar güləşir , biz də...
sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Turan Tovuz"un hədəfi avrokubokdur. Bütövlükdə isə müasir, baxımlı futbolla azarkeşləri sevindirməkdir. Komandanın rəhbərliyi qarşısına ölkəmizi Avropada layiqincə çıxış etmək məqsədi qoyub". Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un İdarə Heyətinin üzvü Yaşar Sultanov deyib.
Futbol funksioneri növbəti mövsüm "Turan Tovuz" komandasından gözləntilərini açıqlayıb:
"Legioner limitinin ləğvinin əleyhinə idim. Bu, milli futbolumuza müəyyən dərəcədə zərbə vuracaq. Yerli futbolçuların fəaliyyətini məhdudlaşdırılacaq. Sanki xarici pəhləvanlar güləşir, biz də buna tamaşa edirik. Öz yerli futbolçularımızdan heç vaxt istifadə edə bilmədik. Oyunçularımızı Birinci, İkinci liqalar üçün kənara qoymuşuq. Hansı klubun maliyyə imkanları genişdirsə, legionlərə üstünlük verirlər. Büdcəsi zəif olanlar isə yerli futbolçularla Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. "Turan Tovuz" transferlərdə gecikmir. Mən klub rəsmiləri ilə daim əlaqədəyəm. Mən də olan məlumata görə, Türkiyə toplanışında düşərgəyə bir neçə futbolçu qoşulacaq".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 15-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 09 İyul 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















