Turan Tovuzun İdarə heyətinin üzvü: Komandanın gücləndirilməsi nəzərdə tutulur
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Turan Tovuz"un son oyunlarda qalib gələ bilməməsi hər komandanın başına gələ biləcək hadisədir". Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un İdarə Heyətinin üzvü Yaşar Soltanov deyib.
Soltanov Qərb təmsilçisinin bu mövsüm avrokuboklara vəsiqə qazanmaq ehtimalını belə dəyərləndirib: "Hər halda klubda bu barədə düşünürlər, bir nəticə çıxaracaqlar. Müəyyən dəyişikliklər gözlənilir. Komandanın gücləndirilməsi nəzərdə tutulur. Bu heyətlə maksimum nəticəyə imza atıblar. Futbolçularda avrokuboklara vəsiqə qazanmaq üçün həvəs və istək var. İnşallah, bu nəticəyə imza atacaqlar".
Qeyd edək ki, "Turan Tovuz" Misli Premyer Liqasında 13 turdan sonra 26 xalla 3-cü pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 13 Noyabr 2024 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















