Turan Tovuz bu gün Sumqayıt ı sınağa çəkəcək
Icma.az bildirir, Bizim media portalına istinadən.
Misli Premyer Liqasında XXVII tura bu gün yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, sonuncu oyun günündə iki matç keçiriləcək.
İlk olaraq "İmişli" "Qəbələ"nin qonağı olacaq. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 15:30-da start götürəcək. Meydan sahibləri 19 xalla 11-ci, qonaqlar 23 xalla 9-cu pillədə qərarlaşıb.
Günün ikinci oyununda "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək. Tovuz şəhər stadionunda təşkil olunacaq görüş saat 18:00-da başlayacaq.
Tovuz klubu 49 xalla ikinci, "gənclik şəhəri" təmsilçisi 32 xalla yeddinci sıradadır.
Xatırladaq ki, turun əvvəlki matçlarında "Karvan-Yevlax" "Kəpəz"i (4:1), "Neftçi" "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. "Şamaxı" - "Qarabağ" (0:0) və "Sabah" - "Zirə" (2:2) qarşılaşmalarında qalib müəyyənləşməyib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:207
Bu xəbər 12 Aprel 2026 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















