Icma.az
close
up
RU
“Turan Tovuz” şok yaşadı

“Turan Tovuz” şok yaşadı

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Misli premyer-liqasında 3-cü dövrənin sonuna gəldik.

Yığmaların yoldaşlıq görüşlərinə görə yaranan ikihəftəlik fasilə tam yerinə düşdü. İndi hər komandanın əlinə nəfəsini dərmək, həlledici dövrə ərəfəsində gücünü yenidən qiymətləndirmək və turnir strategiyasını qətiləşdirmək üçün yaxşı fürsət düşüb. Fasilə ərəfəsindəki son tur avrokuboklara iddialı bütün komandaların (“Neftçi”nin iddiası əsasən kubokla bağlıdı deyə, bu siyahıya aid etmirik) xal itirməsi və meydan sahiblərinin qələbəyə həsrət qalması ilə əlamətdar oldu.
Tur Mərdəkanda keçirilən “Araz-Naxçıvan” – “Şamaxı” matçı ilə start götürdü. Bu iki komandanın mübarizəsində heç biri üstünlüyə yiyələnə bilmədi. Komandalar daha çox uduzmamağın qayğısına qaldı. “Şirlər”i yenə hardasa anlamaq olar. “Qırmızı-ağlar” isə artıq 7 turdu qələbəyə həsrətdi. Əvvəlki dövrələrdə toplanan xal ehtiyatı sona qədər işə yarayacaqmı? Bu suala cavab vermək çətindi. Yəqin elə Elmar Baxşıyev üçün də.
“Qarabağ” adətən hücuma həvəs göstərsə də, “Kəpəz”in sıx müdafiəsi rəqibin variantlarını əgəllədi. Ötən tur “Sumqayıt” önündə darmadağın olan “sarı-göylər” Ağdam klubu ilə heç-heçə etdi. Qurban Qurbanov heç-heçəni daha çox qazonun durumu ilə izah etsə də, futbolçularının qeyri-dəqiqliyi üzərində də düşünməlidi.
Şənbənin ikinci oyununda - Masazırda komandalar hərəyə 1 xal qazandı. “Sabah” ilk hücumu qola çevirməyi bacardı. Lakin “Zirə” də yaxşı qurulan müdafiə və sürətli hücumlarla heç-heçəyə layiq idi. “Bayquşlar” 5 turdu qələbə qazana bilmir. “Zirə”nin qələbə seriyası isə 4-də dayandı. Əsas izləyicilərindən “Araz-Naxçıvan”la “Turan Tovuz”un da büdrədiyini nəzərə alsaq, əslində “qartallar” hesabat turunda heç nə itirmədi. Onlar indi naxçıvanlılardan 5, tovuzlulardan isə 9 xal irəlidədi.
Nəhayət, turun 4-cü matçında qalibi müəyyənləşdirmək mümkün oldu. İlk 30 dəqiqədə “Səbail”in qapısına iki dəfə yol tapmağı bacaran “Neftçi” məntiqlə asan qələbə qazanmalıydı. Ancaq Rüfət Abdullazadənin hissənin sonlarında vurduğu gözəl qol “ağ-qaralar”ın bütün planlarını pozdu, onları təlaşa saldı. Bu məğlubiyyət Cavid Hüseynovun “Səbail”lə yolları ayırması ilə nəticələndi. Artıq əminliklə demək olar ki, məhz “Səbail” elitadan getməyə əsas namizəddi. Mövsümün gedişində əvvəlcə Şahin Diniyevi, ardından Cavid Hüseynovu yola salan “dənizçilər”i yalnız möcüzə xilas edə bilər. O möcüzə “sükan arxasına” keçən Elvin Məmmədovun simasında təcəlla edəcəksə, biz buna yalnız şlyapamızı çıxara bilərik!
Hə, bu gün ağır vəziyyətdə olan komandalardan biri də “Turan Tovuz”du. Yox, turnir cədvəli baxımından qorxulu heç nə yoxdu. Sadəcə, evdə “Sumqayıt”a uduzan komandanın baş məşqçisi Kurban Berdıyev açıq-aşkar işləri yoluna qoya bilmir. Oyundan sonra sosial şəbəkələrə axın edən tovuzlu tərəfdarlar da baş məşqçinin istefasını tələb etdi. “Bozqurd” ardıcıl 3-cü oyunda qələbəyə həsrət qalmaqla avrokuboklara vəsiqə şansını xeyli azaltdı. Vaqif Cavadov və sumqayıtlı azarkeşlər isə artıq rahat nəfəs ala bilər – sonuncu pillədəki “Səbail”lə arada 10 xal fərqi var.
Misli premyer-liqası
3-cü dövrə, 27-ci tur
14 mart
Araz-Naxçıvan – Şamaxı 1:1
15 mart
Kəpəz – Qarabağ 0:0
Sabah – Zirə 1:1
16 mart
Səbail – Neftçi 1:2
Turan Tovuz – Sumqayıt 1:2

1. Qarabağ 27 20 4 3 65-16 64
2. Zirə 27 16 4 7 44-22 52
3. Araz-Naxçıvan 27 13 8 6 27-22 47
4. Turan Tovuz 27 11 10 6 34-29
5. Sabah 27 7 14 6 36-34 35
6. Neftçi 27 7 10 10 25-35 31
7. Sumqayıt 27 8 4 15 20-36 28
8. Şamaxı 27 7 7 13 25-32 28
9. Kəpəz 27 6 5 16 22-52 23
10. Səbail 27 4 6 17 21-41 18
Bombardirlər: Leandro Andrade (Qarabağ) – 11, Cesse Sekidika (Sabah) – 10, Felipe Santos (Araz-Naxçıvan), Davit Volkov (Zirə) – 9.
Növbəti turun oyunları martın 28-30-u aralığında keçiriləcək: “Turan Tovuz” – “Qarabağ”, “Neftçi” – “Araz-Naxçıvan”, “Sumqayıt” – “Sabah”, “Kəpəz” – “Səbail”, “Zirə” – “Şamaxı”.
Yeri gəlmişkən...
Cari mövsümdə 6-cı baş məşqçi istefası gerçəkləşdi. Cavid Hüseynov rəhbərliyin qərarı ilə istefaya göndərilən 5-ci mütəxəssisdi. Ona qədər “Sabah” Krunoslav Renduliçi, “Neftçi” Roman Qriqorçuku, “Kəpəz” Adil Şükürovu, “Səbail” Şahin Diniyevi yola salıb. Samir Abasov isə “Sumqayıt”dan öz istəyi ilə ayrılaraq “Neftçi”ni çalışdırmağa başlayıb.
ƏSƏD SEYİDOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Mart 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri