“Turan Tovuz” fasiləyə lider yollandı Tura baxış
Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Misli Premyer Liqasında VII tura yekun vuruldu. Milli komandaların qarşılaşmaları ilə əlaqədar fasiləyə “Turan Tovuz” lider yollandı. Qərb təmsilçisi “Sumqayıt” üzərində qazandığı inamlı qələbə sayəsində buna nail oldu. Azər Bağırovun “Kəpəz”ə gəlişi də gəncəliləri sevindirmədi. 7 turdan sonra “Kəpəz” xal qazanmağı bacarmadı. Bu tur “Neftçi” də qələbə üzünə həsrət qaldı.
“Araz-Naxçıvan” – “İmişli” 2:0
Qollar: Ba-Muaka Simakala, 33. Ülvi İsgəndərov, 90+5.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 29. Vanderson Melo (k), 23. Nuno Rodriqes, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 70. Şarl Boli, 19. Bar Kohen.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 2. Qara Qarayev, 34. Urfan Abbasov, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 17. İssuf Paro, 7. Hamidu Keyta, 77. Bruno Franko.
Baş məşqçi: Elmar Baxşıyev.
“İmişli”: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə, 44. Həzrət İsayev, 11. Vüsal Qənbərov, 10. Nikola Karaklaiç, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 22. İbrahim Əliyev, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 27. Lətif Rzayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli.
Baş məşqçi: Jorje Kaşkilya.
“İmişli” uzun fasilədən sonra məğlub oldu. “Araz Naxçıvan”nın özünə də qələbənin hava-su kimi vacib olduğunu nəzərə alanda, Elmar Baxşıyevin komandasının meydanda tam gücünü qoyacağı gözlənilirdi. Məhz bu mübarizənin mükafatı 3 xal oldu. Simakala 33-cü dəqiqədə hesabı açdı. Buna qədər nominal meydan sahiblərinin bir qolu VAR-ın müdaxiləsiylə qeydə alınmamışdı. Qoldan sonra daha inamla oynayan “Araz Naxçıvan” Ülvi İsgəndərovun son dəqiqələrdə vurduğu qol sayəsində üstünlüyünü artımağı da bacardı.
2:0 hesablı qələbə sayəsində xalını 14-ə yüksəldən “Araz Naxçıvan” ikinci pilləyə yüksəldi. 8 xalı olan “İmişli” elə 8-ci pillədə qərarlaşıb.
“Zirə” – “Neftçi” 2:2
Qollar: Georgi Papunaşvili, 28. Ruan Renato, 90+8-pen. - Freddi Varqas, 66. Bassala Sambu, 87.
“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 4. Ruan Renato 25. Enrike Kustodio 10. Giorgi Papunaşvili 93. Brahim Konate 5. Ange Mutsinzi 11. Junior Martins 17. Ayron Qomis 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 7. Rövlan Muradov 16. Fuad Bayramov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 26. Stefan Aka 30. Rikardo Martins 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanski 77. Falaye Sako 6. Sessi Dalmeyda 5. İqor Ribeyro 11. İmad Faraj 10. Freddi Varqas 23. Cordan Rezabala
Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 4. Elvin Camalov 7. Emil Səfərov 47. Murad Məmmədov 14. Edvin Kuç 24. Mustafa Sek 9. Bassala Sambu 27. Kristian Kostin 22. Luis Ortis 28. Alessio Kurçi
Baş məşqçi: Samir Abasov
Zirədəki qarşılaşma xeyli maraqlı mübarizə şəraitində keçdi. Tərəflər hərəyə iki dəfə fərqlənib, bir xalla kifayətləndilər. Özü də bu bir xal hər iki tərəf üçün əzmkar alındı. Meydan sahibləri Papunaşvilinin 28-ci dəqiqədə vurduğu qol sayəsində fasiləyə üstün durumda yollandılar. “Neftçi” ikinci hissədə təzyiqi artırdı və bunun sayəsində hesabı bərabərləşdirməyi bacardı. Varqas 66-cı dəqiqədə adını tabloya yazdıraraq “ağ-qaralar”ı ayağa qaldırdı. Bununla kifayətlənməyən “Neftçi” 87-ci dəqiqədə sürətli əks-hücumla hesabda önə keçdi. “Zirə” məğlubiyyətlə barışmayaraq irəli atıldı ki, belə hücumların birində Kamal Umudlu VAR-ın çağırışıyla monitora baxdıqdan sonra “Neftçi”nin qapısına penalti təyin etdi. Uzun sürən mübahisədən sora Renato “nöqtə”yə yaxınlaşdı və topu tora qovuşdurdu. Bu qol sayəsində “Zirə” məğlubiyyətdən də qurtuldu.
Yenilgisiz irəliləyən “Zirə” 13 xalla 4-cü pillədə qərarlaşıb. Çempionatın ən “sülhsevər” komandası “Neftçi” isə 8 xalla 9-cu yeri tutur.
"Qarabağ" – "Kəpəz" 1:0
Qol: Sami Mmae, 38.
“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 7. Nəriman Axundzadə, 32. Hikmət Cəbrayılzadə, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 20. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Baş məşqçi: Qurban Qurbanov.
“Kəpəz”: 1. Kaçper Rosa, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 9. Luis Paçu, 11. Vitor Feijao, 29. Dioqo Verdaska, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 10. Ryonosuke Ohori, 38. Cefferson Bentu.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 99. Əli Səmədov, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 19. Otar Aptsiauri, 55. Kresus Donqo, 6. Pedro Qomeş.
Baş məşqçi: Azər Bağırov.
“Qarabağ”ın işləri qaydasında gedir. “Köhlən atlar” yavaş-yavaş zirvəyə doğru irəliləyir, liderlər qrupundakı yerini möhkəmləndirir. Bu tur rəqibin “Kəpəz” olması da işə yaradı. Hər halda, Azər Bağırovun gəlişi ilə “sarı-göylər” daha intizamlı oynamağa çalışsalar da, səviyyə fərqi özünü göstərdi. Qurban Qurbanovun əsas heyət üzvlərinə istirahət verməsi “Kəpəz”in böyükhesablı məğlubiyyətdən qurtulmasına yardım etdi. “Qarabağ” Saminin 38-ci dəqiqədə vurduğu qol sayəsində minimal hesabla qələbə qazandı.
Bir oyunu ehtiyatda olan “Qarabağ” potensial liderdir. Bununla belə, "köhlən atlar" 13 xalla 3-cü sırada öz zamanını gözləyir. “Kəpəz” isə xalsız qalıb və buna da uyğun olaraq sonuncu pillədən qurtula bilmir.
"Sumqayıt" – "Turan Tovuz" 0:3
Qol: Joralem Batista, 35. Aleks de Souza, 58. Ayxan Hüseynov, 90+3.
“Sumqayıt”: 1. Mehdi Cənnətov 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 9. Aleksandr Ramalinqom 14. Pedro Pinto 72. Rayan Senhadji 23. Ronaldo Vaskez 71. Masaki Murata 80. Keffel Resende 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 56. Aftandil Arixov 6. Rauf Rüstəmli 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 47. Hüseyn Xıdırov 66. Ruslan Əliyev 97. Vüsal Paşayev 19. Roi Kehat 10. Nikola Ninkoviç
Baş məşqçi: Saşa İliç.
“Turan Tovuz”: 1. Oleq Baklov 29. Filip Ozobiç 88. Faiq Hacıyev (k) 5. Roderik Miller 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 2. Abdulla Rzayev 77. Veysəl Rzayev.
Baş məşqçi: Kurban Berdiyev.
“Turan Tovuz” fasiləyə lider yollandı. Qərb təmsilçisi bu dəfə “Sumqayıt”ın qapısına üç cavabsız top vurdu. Sumqayıtlılar penaltidən təsəlli qolu vurmaq fürsəti qazansalar da, bu fürsəti dəyərləndirə bilmədilər. Artıq Saşa İliçin də etimad limiti tükənmək üzrədir. Mövsümə yaxşı başlayan “gənclik şəhəri”nin təmsilçisi yavaş-yavaş turnir cədvəlinin ortalarına doğru geriləməkdədir. Bu gedişlə İliçin də Sumqayıtdakı gələcəyi dumanlı görünür. Serbiyalı mütəxəssisin rəhbərliyi altında “Sumqayıt” baxımlı oyun sərgiləmir, nəticələr də pisləşir.
“Turan Tovuz” keçirdiyi 7 oyundan beşində qələbə qazanmaqla 15 xal toplayıb. Bu 15 xal qərb təmsilçisinə zirvədə yer almağa kifayət edir. “Sumqayıt” isə 11 xalla altıncıdır.
“Karvan-Yevlax” – “Sabah” 0:2
Qollar: Coy Lens Mikels, 31-pen. Kahim Parris, 37.
“Karvan-Yevlax”: 1. Kamran İbrahimov, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 2. Şakil Sno, 12. Vitor Roşa, 11. Kayl Spens, 19. Tompson Qavi, 3. Said İranxan, 8. Peter Kinqs, 21. İmani Barker, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 32. Elvin Yunuszadə, 42. İbrahim Qədirzadə, 18. Süleyman Əhmədov, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 37. Mois Nqvisani, 10. Samuel Durrant.
Baş məşqçi: Azər Həşimov.
“Sabah”: 92. Stas Pokatilov (k), 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 33. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 10. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 6. Abdulla Xaybulayev, 19. Aron Maluda, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.
Coy Lens Mikels oyunun son saniyələrində ağır xəsarət almasaydı, “Sabah” Şamaxı səfərindən lap yüksək əhval-ruhiyyədə qayıdacaqdı. Çünki “bayquşlar” “Karvan-Yevlax”ı 2:0 hesabıyla məğlub etməyi bacarmışdılar. Amma Mikelsin Kamran İbrahimovla toqquşduqdan sonra ağır xəsarət alması hamının əhvalını pozdu. “Sabah” ilk yarıda onun və Parrisin qolları sayəsində üstünlüyünü təmin etmişdi. İlk yarının hesabı hakimin final fitinə qədər dəyişmədi. “Karvan-Yevlax” onsuz da qol vurmağa çətinlik çəkir. İki topluq üstünlükdən sonra müdafiədə daha da etibarlı oynayan “Sabah” sona qədər qapısını toxunulmaz saxlamağı bacardı.
5-ci pilləyə yüksələn “Sabah”ın 11 xalı var. 5 xallı “Karvan-Yevlax” isə 10-cu sırayla kifayətlənib.
“Qəbələ” – “Şamaxı” 0:1
Qol: Apolinariyo, 7-pen
“Qəbələ”: 1. Səlahət Ağayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 7. Rüfət Əhmədov, 66. Nuğay Rəşidov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 70. Paulo Kimbila.
Baş məşqçi: Kaxaber Tsxadadze.
“Şamaxı”: 1. Rikardo Fernandes (k), 27. Emil Süleymanov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 97. Oruc Məmmədov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 6. Antonio Lara.
Baş məşqçi: Ayxan Abbasov.
“Qəbələ” doğma meydanda minimal hesabla məğlub oldu. “Şamaxı” yeganə qolu Elçin Məsiyevin VAR-a baxdıqdan sonra təyin etdiyi penaltidən sonra vurdu. “Nöqtə”yə yaxınlaşan Apolinariyo zərbəni dəqiq vurunca, meydan sahibləri hesabda geri düşdü. Bundan sonra tərəflər heç biri fərqlənməyi bacarmadı. Oyunda əsas hadisələr Elçin Məsiyevin final fitindən sonra yaşandı. Yerli azarkeşlərin “istefa” şüarları Kaxaber Tsxadadzenin özündən çıxardı və gürcüstanlı çalışdırıcı onlarla haqq-hesab çürütməyə çalışdı. Ətrafdakıların müdaxiləsi ilə olayların böyüməsinin qarşısı alındı.
Son zamanlar inamlı çıxış edən “Şamaxı” xalını 9-a çatdırıb və 7-ci pilləyə yüksəlib. 4 xallı “Qəbələ” isə yalnız “Kəpəz”i qabaqlayır.
Amal Abuşov


