Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

İlk turda “Sumqayıt”la “Turan Tovuz” sevindi Tura baxış

İlk turda “Sumqayıt”la “Turan Tovuz” sevindi Tura baxış

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milsi Premyer Liqasında yeni mövsüm start götürdü. Azarkeşlər bu mövsümün startını səbrsizliklə gözləyirdilər. Çünki uzun fasilədən sonra Premyer Liqa iştirakçılarının sayı on ikiyə yüksəlmişdi. “İmişli” ilə “Karvan-Yevla” rəqiblərini Şamaxıda qəbul etsələr də, onların çempionata rəng qatacaqlarına ümid böyükdür. “Sabah”la “Qarabağ”ın qarşılaşması təxirə salındığından bu tur 5 qarşılaşma keçirildi. Maraqlıdır ki, bu beş oyundan üçündə qalibi müəyyənləşdirmək mümkün olmadı və hər üç heç-heçə 1:1 hesabıyla qeydə alındı.

“Karvan-Yevlax” – “Qəbələ” 1:1 
Qollar:
Murad Musayev, 78-öz qapısına - Domi Massoumou, 54.
"Karvan-Yevlax": 99. Pedro Mateuş, 6. Vadim Abdullayev (k), 18. Süleyman Əhmədov, 14. Uğur Cahangirov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 3. Said İranxan, 10. Samuel Durrant, 4. Olavale Doyeni. 
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 7. Araz Abdullayev, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 77. Əli Abdullayev, 11. Kayl Spens, 8. Peter Kinqs, 21. İmani Barker. 
Baş məşqçi: Azər Həşimov. 
"Qəbələ": 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 50. Adriel Ba Loua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoah 14. Domi Massumo, 30. Prins Ovusu. 
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 36. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 70. Paulo Quimbila. 
Baş məşqçi: Kaxaber Tsxadadze.

Doğma rayonunda oynaya bilməyən “Karvan-Yevlax” turun açılış oyununda “Qəbələ”ni Şamaxıda qəbul edirdi. FİFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma yetərincə maraqlı alındı. Düzdür, “Qəbələ” favorit sayıldığı görüşdə rəqibindən daha yaxşı görünür, üstün oyun sərgiləyirdi. Amma “Karvan-Yevlax”ın qapıçısı Pedro Mateuşun inamlı oyunu sayəsində bu üstünlük hesabda əks olunmadı. Düzdür, hesabı qonaqlar açdı. Massoumou 54-cü dəqiqədə topu sözün bütün mənalarında tora qovuşdurmaqla mövsümün ilk qolunu vurdu. Buna qədər və bundan sonra qapıda inamlı görünən Pedro “Qəbələ”nin birdən artıq qol vurmasına imkan vermədi. Əvəzində “qırmızı-qaralar”ın kapitanı Murad Musayev qapıların yerini dəyişik salıb, azarkeşlərini üzdü. Məhz onun 78-ci dəqiqədə vurduğu avtoqol sayəsində Yevlax təmsilçisi məğlubiyyətdən qaça bildi. Ağayev final fitinə qədər qapılara başqa qol vurulmadığından görüş 1:1 hesabıyla bitdi.

“İmişli” – “Turan Tovuz” 1:0 
Qol:
Roberto Olabe, 90+9.
“İmişli”: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 11. Vüsal Qənbərov, 3. Tuncay Cəfərli, 94. Rafael Vieqas, 14. Ronaldo Rodriqes, 6. Yau Moses, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Junior.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 22. İbrahim Əliyev, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 27. Lətif Rzayev, 30. Xəlil Mürsəlli, 10. Nikola Karaklaiç.
Baş məşqçi: Xorxe Kaşkilya.
“Turan Tovuz”: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 2. Abdulla Rzayev, 5. Roderik Miller, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 19. Roberto Olabe, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 6. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 23. Alexandro Serrano, 99. İbrahima Vadji.
Baş məşqçi: Kurban Berdıyev.

Turun ikinci qarşılaşması da eyni məkanda, yəni Şamaxıda keçirildi. Özü də az qalmışdı ki, bu qarşılaşmada da qalib müəyyənləşməsin. Çoxları “Turan Tovuz”un asanlıqla qalib gələcəyini düşünsə də, bu proqnozlar özünü doğrultmadı. “İmişli” gözlənilənlərin əksinə güclü rəqibinə qarşı layiqincə müqavimət apardı. Xüsusiylə də aran təmsilçisinin qapıçısı Andrey Sinenka etibarlı oyunu ilə seçildi. Məhz onun “çərçivə”də keçilməz olması “Turan Tovuz”un hücumlarının qolla nəticələnməsinə imkan vermirdi. Hər şey görüşün 0:0 hesabıyla yekunlaşmasına doğru gedərkən “İmişli”nin planlarını qapıçı Sinenkanın zədələnməsi pozdu. Düzdür, onu əvəzləyən Hüseynəli Quliyevi nədəsə günahlandırmaq olmaz. Hər halda Olabenin 94-cü dəqiqədə vurduğu qol onun passivinə yazıldı. Minimal hesablı qələbə “Turan Tovuz”a 3 xal qazandırdı.

“Neftçi” – “Şamaxı” 1:1
Qollar:
Emin Mahmudov, 45+1. - Karim Rossi, 19.
"Neftçi": 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 17. Murad Xaçayev, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 9. Bassala Sambu, 27. Kristian Kostin, 23. Cordan Rezabala, 28. Alessio Kurçi
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 36. Həsən Mahmudov, 77. Falaye Sako, 11. İmad Faraj, 10. Freddi Varqas, 22. Luis Ortis
Baş məşqçi: Samir Abasov
"Şamaxı": 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 82. Rüfət Abbasov, 9. Karim Rossi, 10. Andrey Tirkoveanu, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səşlim Həşimov, 5. Arsen Ağcabəyov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 97. Oruc Məmmədov, 7. Edqar Adilxanov, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov

Turun büdrəyənləri sırasında “Neftçi” də var. Çoxları yenilənmiş “Neftçi”nin “Şamaxı” asanlıqla məğlub edəcəyini gözləyirdi. Amma Ayxan Abbasov komandasını “Neftçi” ilə görüşə yaxşı hazırlamağı bacarmışdı. Onun yetirmələri “Neftçi” ilə görüşün xüsusiylə ilk yarısında rəqibindən geri qalmadı və oyunun məntiqi axarına uyğun olaraq, hesabda önə də keçdilər. Cərimə zərbəsi zamanı Rossi Piriçin mövqe səhvindən istifadə edib, hesabı açdı. “Şamaxı” fasiləyə öndə getməyə yaxın idi. Amma Elçin Məsiyev hissənin sonlarında “Şamaxı”nın qapısına penalti təyin etdi. Emin Mahmudov penaltidən yararlanaraq hesabı bərabərləşdirdi və kapitanlıq sarğısına qovuşmasını qolla qeyd etdi. İkinsi hissədə “Neftçi” üstünlüyə yiyələnsə də, bu üstünlük daha çox “Şamaxı”nın təşəbbüsü bilərəkdən rəqibə verməsinə bənzəyirdi. Çünki topa nəzarət edən “Neftçi” kəsərli hücumlar qurmağa, rəqibin qapı çərçivəsinə zərbə vurmağa çətinlik çəkirdi. Belədə görüşün 1:1 hesabıyla yekunlaşması da qanunauyğunluq sayılmalıdır.

“Sumqayıt” – “Kəpəz” 3:0 
Qollar:
Rüstəm Əhmədzadə, 14. Aleksandr Ramalinqom, 26. Aleksa Yankoviç, 38
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 71. Masaki Murata, 80. Keffel Resende
Baş məşqçi: Saşa İliç
“Kəpəz”: 1. Kaçper Rosa, 27. Məqsəd İsayev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 9. Luis Paçu, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 14. Adama Fofana, 19. Otar Aptsiauri, 38. Cefferson Bentu, 6. Pedro Qomeş
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 11. Vitor Feijao, 55. Kresus Donqo
Baş məşqçi: Adil Şükürov

Saşa İliçin Azərbaycandakı debütü əla alındı. Onun çalışdırdığı “Sumqayıt” mövsümün ilk qarşılaşmasında 3:0 hesabıyla qələbə qazandı. Amma bu möhtəşəm qələbədə rəqibin “Kəpəz” olması da böyük rol oynadı. Gəncə təmsilçisinin çempionata hazır olmaması açıq-aşkar hiss edilir. “Sarı-göylər” debütant “İmişli” və “Karvan-Yevlax”dan belə inamsız görünür. Elə bunun da nəticəsidir ki, onlar Sumqayıtda üç cavabsız qolla məğlub oldular. “Sumqayıt”a qələbə gətirən qolların hamısı ilk yarıda vuruldu. Rüstəm Əhmədzadə hesabı açdısa, azarkeşlərə “Səbail”dən tanış olan Ramalinqom yeni komandasının üstünlüyünü artırdı. Yankoviç 38-ci dəqiqədə hesabı 3:0-a çatdırdı. “Sumqayıt”ın 4-cü qolu isə əllə oyuna görə sayılmadı. Hər halda 90 dəqiqənin tamamında tabloda əks olunan hesabı da “Sumqayıt” və Saşa İliç üçün əla saymaq olar.

“Zirə” – “Araz-Naxçıvan” 1:1
Qollar: İssa Cibrila, 45+1 - Bəxtiyar Həsənalızadə, 66.
"Zirə": 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 9. Davit Volkov, 10. Giorgi Papunaşvili, 20. İssa Cibrila, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 31. Eldar Tərlanov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 43. Əhliman Süleymanzadə, 26. Stefan Aka, 28. Leroy Mikels, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Rəşad Sadıqov. 
"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Urfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Şarl Boli, 19. Bar Kohen.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 4. Rahil Məmmədov, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta.
Baş məşqçi: Elmar Baxşıyev.

Avrokubokların uğursuzları Zirədə qarşılaşdılar. Turun bağlanış oyununda da açılış qarşılaşmasında olduğu kimi 1:1 hesabı qeydə alındı. “Zirə” xüsusiylə birinci hissədə yaxşı görünür, rəqibinin qapısına doğru tez-tez kəsərli hücumlar təşkil edirdi. Bu təzyiq ilk yarının son saniyələrində öz bəhrəsini verdi və İssa Cibrilanın qolu sayəsində meydan sahibləri fasiləyə üstün yollandılar. “Araz Naxçıvan” ikinci hissədə “oyandı”. Hər halda Elmar Baxşıyevin komandası bərabərlik qolunu vurmağı bacardı. Bəxtiyar Həsənəlizadə fərqlənməklə yekun hesabı müəyyənləşdirdi. Hərəyə bir qol vuran “Zirə” ilə “Araz Naxçıvan” elə bir xalla da kifayətləndilər.

Amal Abuşov

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://fanat.az
archiveBu xəbər 20 Avqust 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri