Turan Tovuz Sabahın futbolçusunu transfer etmək istəyir İdman və Biz
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Turan Tovuz" 2024/25 mövsümündə avrokuboklara vəsiqə qazanmaq niyyətindədir.
İdman.biz Offsideplus.az-a istinadən xəbər verir ki, Qərb təmsilçisi bu səbəbdən də qışda heyətini gücləndirmək istəyir.
"Boz qurd"un ilk hədəfi də bəllidir. Tovuzluların "radar"ındakı oyunçu Rəhman Daşdəmirovdur. "Sabah"da əsas heyətə düşə bilməyən 25 yaşlı futbolçu Kurban Berdiyevin komandasında oynamağa razıdır. "Turan Tovuz" mövsümün sonuna kimi Rəhmanı icarəyə götürmək istəyir. Müdafiəçi özünü yaxşı tərəfdən göstərsə, yayda onunla yeni müqavilə imzalanacaq.
Qeyd edək ki, 25 yaşlı futbolçunun "Sabah"la gəlin ilin iyununa kimi müqaviləsi var. Rəhman bu mövsüm "Bayquşlar"ın heyətində 5 matçda meydana çıxıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 18 Dekabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















