Icma.az
close
up
RU
“Turan Tovuz” və “Neftçi” üçün də marafon başlayır!

“Turan Tovuz” və “Neftçi” üçün də marafon başlayır!

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Nəhayət, dünən yerli futbolsevərlərin premyer-liqa həsrəti sona çatdı. Yeni - 2025/26 mövsümünün 1-ci turunun ilk matçı keçirildi. Şamaxı şəhər stadionunda ötən mövsüm 1-ci liqada “at oynadanlar” üz-üzə gəldi.

İlk turun həyəcanı davam edir. “Qarabağ”ın Çempionlar Liqasının pley-offuna vəsiqə qazanması “Sabah”la matçın təxirə salınmasıyla nəticələndi. Qalan matçlar isə bu gün, sabah və avqustun 19-da keçiriləcək. Qarşılaşmalar “CBC Sport”un efirində canlı yayınlanacaq.
Misli premyer-liqası
1-ci dövrə, 1-ci tur
16 avqust
İmişli – Turan Tovuz

Cəzalı: yoxdu.
“İmişli” bu rəqiblə ilk dəfə qarşılaşacaq.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: KAMAL UMUDLU, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov.
VAR hakimi: Tural Qurbanov.
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı, şəhər stadionu. Saat 17.00.
“İmişli”nin mövsümlərarası fasilənin ən qalmaqallı klubu olduğunu desək, yanılmarıq. Aran təmsilçisinin birmənalı qarşılanmayan qərarlarının təməli baş məşqçi postuna portuqaliyalı Xorxe Kaskilyanın gəlişiylə qoyuldusa, yoxlama oyunu üçün seçilən sınaqçı-rəqiblər, ev oyunları üçün stadion axtarışlarının uzun müddət fayda verməməsi, Quba Olimpiya Kompleksi ilə anlaşandan sonra yaranan xaotik durum və məlum nəticə ciddi əks-səda doğurdu. Hadisələrin axarı “İmişli”nin hələ mövsüm başlamadan elitanı tərk etməyə əsas namizəd kimi göstərilməsiylə nəticələndi.
Qısası, klub səviyyəsində peşəkar davranmayan “İmişli”, heç olmasa, meydanda özünü yaxşı tərəfdən göstərməli və proqnozları yanıltmaq üçün əlindən gələni əsirgəməməlidi. “Turan Tovuz” isə çempionluq uğrunda mübarizə aparacaq. Bəli, hədəf azı bu mövsüm üçün çox çətin, demək olar ki, mümkünsüzdü. Görünür, Qərb təmsilçisi “boyundan yuxarı tullanmağa” cəhd edəcək. Necə deyərlər, bacarana can qurban!
Neftçi – Şamaxı
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 39:+24=11-4, 74:34.
1999/00 – 5:1; 2000/01 – 7:2; 2001/02 – 0:0; 2003/04 – 2:1; 2004/05 – 1:1; 2005/06 – 1:1; 2006/07 – 0:1; 2007/08 – 2:0; 2008/09 – 1:3; 2009/10 – 2:1, 1:0; 2010/11 – 1:1, 0:0; 2011/12 – 0:1, 2:1; 2012/13 – 2:0, 2:0; 2013/14 – 3:1, 2:2; 2014/15 – 0:0, 0:2; 2015/16 - 1:1, 4:2; 2016/17 – 2:1, 2:1; 2017/18 – 3:1, 3:2; 2018/19 – 2:0, 2:0; 2019/20 – 0:0, 3:1; 2020/21 – 2:1, 3:1; 2021/22 – 3:0, 3:1; 2022/23 – 3:0, 3:1; 2024/25 – 2:2, 1:0.
Cəzalı: Edvin Kuç (Neftçi).
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR hakimi: İnqilab Məmmədov.
VAR hakiminin köməkçisi: Şirməmməd Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı, “Neftçi Arena”. Saat 20.00.
Yeni mövsümlərin dəyişməyən trendi “Neftçi”dən gözləntilərin yüksək olmasıdı. Futbol ictimaiyyəti bu dəfə də ənənəyə sadiqdi, lakin fərq var: indi baş məşqçi komandanı 2021-ci ildə çempion edən Samir Abasovdu. O, heyətdə ciddi islahatlar aparıb. Belə demək mümkünsə, arzuladığı kollektivi formalaşdıra bilib. İndi meydana çıxıb lazım olan qələbələri sıralamaq lazımdı. Düzdü, “ağ-qaralar” çempionluq uğrunda mübarizə aparacağını açıqlamayıb. Ancaq azarkeşlərin arzusu bəllidi. Hər halda, paytaxt təmsilçisi tərəfdarlarının xəyallarını gerçəkləşdirmək uğrunda mübarizə aparacaq. Bu yolda ilk maneə “Şamaxı”dı. Ayxan Abbasovun rəhbərlik etdiyi komandanın döyüşkən çıxışlarla yadda qalacağına şübhə yoxdu. “Şirlər” “Neftçi”nin qarşısına məhz qələbə qazanmaq üçün çıxacaq. Odu ki, sabah baxımlı oyuna şahidlik edəcəyimizə inanmağa dəyər.
Komandalar indiyə qədər 78 dəfə qarşılaşıb. Bunların 44-də Bakı, 16-da Şamaxı təmsilçisi qələbə qazanıb, 18-də qalib müəyyənləşməyib. Topların nisbətində “ağ-qaralar” öndədi – 124:71.
17 avqust
Sumqayıt – Kəpəz

“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 16:+10=3-3, 29:16.
2011/12 – 4:1, 2:0; 2012/13 – 2:1, 1:0; 2015/16 – 2:2, 2:3; 2016/17 – 1:1, 3:1; 2017/18 – 2:1, 2:1; 2022/23 – 0:0, 1:2; 2023/24 – 1:0, 1:3; 2024/25 – 2:0; 3:0.
Cəzalı: yoxdu.
Hakimlər: FƏRİD HACIYEV, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli.
VAR hakimi: Rauf Cabbarov.
VAR hakiminin köməkçisi: Rahil Ramazanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 20.30.
Ötən mövsümə uğursuz başlayan, heç cür toparlana bilməyən “Sumqayıt” yola yeni baş məşqçi Saşa İliçlə çıxacaq. Serbiyalı mütəxəssisin qarşısına qoyulan hədəf avrokuboklara vəsiqə qazanmaqdı. “Kimyaçılar” da rəqiblərindən geri qalmayıb, yay “transfer pəncərəsi” çərçivəsində heyətlə bağlı islahatlarını həyata keçirib. “Gənclik şəhəri”nin təmsilçisi azarkeşlərinin də yardımlıyla məqsədə çatmaq uğrunda mübarizə aparacaq və bunun imkansız olduğunu demək üçün hansısa əsasımız yoxdu. Təəssüf ki, “Kəpəz” haqda hələ müsbət nəsə demək olmur. “Sarı-göylər” klub daxilində yaşanan qalmaqallarla gündəmdədi, ictimaiyyətdə müsbət imic formalaşdıra bilməyib. Kollektivdə xeyli ayrılığın yaşanması, transferlərin yubanması, daimi təyinatlar gəncəliləri daha bir çətin mövsümün gözlədiyini xəbər verir.
Bu komandalar indiyə qədər 32 dəfə qarşılaşıb. Bunların 13-də “Sumqayıt”, 8-də “Kəpəz” qalib gəlib, 11-də “sülh” qeydə alınıb. Topların nisbətində “kimyaçılar” öndədi – 40:30.
KƏNAN BAHADIR

Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
// “Neftçi” son iki görüşdə “quru” hesabla qalib gəlib. “Şamaxı” son 10 matçda qələbə qazanmayıb.
// “Sumqayıt” – “Kəpəz” duellərində son 4 matçda qonaq olan komanda qol vurmayıb. “Sumqayıt” ardıcıl iki “quru” ev qələbəsi qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:311
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Avqust 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri