Icma.az
close
up
RU
“Turan Tovuz” yeni cəbhə açır?

“Turan Tovuz” yeni cəbhə açır?

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Aprelin 21-də Bakının Kürdəxanı qəsəbəsində “Turan Tovuz”un inşa etdirdiyi bazadakı təbii örtüklü meydançaların açılış mərasimini keçirdi. Biz illərdi belə açılışların həsrətində olmuşuq. Gözümüz süni örtüklü meydançalardan, elə meydançaların örtüyü kimi süni əməllərdən, mərasimlərdən yorulub. Ona görə də indi təbii örtüklü meydançaların açılışını görəndə sevinirik, ürəyimizdə ümid işıqları yanmağa başlayır. Özü də bu işləri klublarımız görməyə başlayanda sevincimiz ikiqat olur. Elə “Turan Tovuz”un təşəbbüsünü də buna görə alqışladıq.

Ümumiyyətlə, Ehtiram Quliyev “Turan Tovuz”a rəhbərlik etməyə başlayandan bəri qərb klubu canlanıb. Klubun akademiyası fəaliyyətə başlayıb, uşaq futboluna diqqət artırılıb. Mən bir dəfə də bu barədə yazmışdım, Ehtiram bəyin futboldan əvvəlki fəaliyyətiylə də yaxşı tanışam. Bilirəm ki, 44 günlük Vətən Müharibəsi dövründə Quliyev daim ordumuzun yanında olub, xüsusilə də yaralı əsgərlərimizin döyüş meydanından çıxarılması üçün təcili yardım maşınlarının təminatı, ön cəbhədə çalışan həkimlərimizin iş şəraitinin yaxşılaşdırılması üçün əlindən gələni edib. Kəlbəcər azad ediləndən sonra orda hərbi xəstəxananın yaradılması üçün də Ehtiram Quliyevin təşəbbüs göstərdiyini, maddi və mənəvi baxımdan böyük işlər gördüyünü yaxşı bilirəm. Ona görə də Ehtiram bəyin Azərbaycan futboluna səmimi qəlbdən dəstək olacağına, “Turan Tovuz”un və Tovuz futbolunun dirçəlməsi üçün əlini daşın altına qoyacacağına şübhə etməmişəm.
Bəli, Ehtiram bəy bu sahədə təcrübəsizdi. Ona görə də müəyyən addımlarını xırda səhvlərlə atması mümkündü. Konkret desəm, mən onun rusiyalı mütəxəssis Kurban Berdıyevlə anlaşmasını bəyənməmişəm. Bunu da gizlətmirəm. Addım-addım inkişaf yolunu seçən klub təqaüd yaşındakı əcnəbi çalışdırıcıya yox, yerli mütəxəssislərdən birinə tapşırılmalıydı. Zaman da onu göstərdi ki, Berdıyev “Turan Tovuz”u yaradılan şəraitin qarşılığında gözləniləni verə bilmir. Xüsusən də legioner seçimində xeyli səhvə yol verildi. Komandanın ən faydalı futbolçularından biri Otto Conun mövsümün gedişində elə də böyük olmayan məbləğin qarşılığında satılması da şəxsən məndə təəccüb doğurdu, o qalsaydı, indi tovuzlular çoxdan turnir vəzifəsinin öhdəsindən gələ bilərdi.
Bütün bunlar öz yerində. Qayıdaq “Turan Tovuz”un Kürdəxanıdakı meydançalarının açılış mərasiminə. Bu tədbirdən çəkilən şəkillərə baxdım. Ehtiram bəyin yanında millət vəkilləri dayanmışdı. Amma AFFA və PFL rəsmilərindən kimsə gözə dəymədi. Halbuki təxminən bir ay əvvəl Tovuzdakı inzibati binanın açılışı zamanı AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev ön sırada yer alırdı. Fərəcullayev qırmızı lenti Ehtiram Quliyevlə birlikdə kəsmişdi. Buna görə də Kürdəxanıdakı tədbirdə AFFA və PFL rəsmilərini görməyib, təəccüblənmişdim. Düşünmüşdüm ki, Tovuza getməyə ərinməyən cənablar Kürdəxanıya getməyə həvəs və güc tapmayıblar. Hətta bu barədə məqalə də yazmış, sizinlə paylaşmışdım.
Sən demə, hər şey göründüyü kimi deyilmiş. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli ölkə mətbuatına açıqlamasında həmin tədbirə dəvət almadıqlarını, dəvət olacağı halda iştirak etmək üçün heç bir problemin olmadığını bildirdi. Bu açıqlamanı görəndən sonra özüm də Elnur bəylə bir daha dəqiqləşdirdim və əmin oldum ki, “Turan Tovuz” Kürdəxanıdakı tədbirdə AFFA ilə PFL-dən heç kimi görmək istəməyib. Əvəzində millət vəkilləri önə çəkilib, bununla da tədbirin səviyyəsini yüksək göstərməyə çalışıblar. Səbəbini bilmirik. Görünən odu ki, Şamaxıdakı oyunun VAR sistemi olmadan keçirilməsinin, bunun davamında verilən bəyanatın və ondan sonra da Tovuz klubuna kəsilən cərimənin incikliyi davam edir. Xırda məqamlar üzərində çox da dayanmaq istəmirəm. Ümid edirəm ki, bu cür umu-küsülər, incikliklər çox davam etməyəcək. Çünki bundan nə klubla AFFA xeyir görəcək, nə də Azərbaycan futbolu. Yeni cəbhə açmağa ehtiyac yoxdu.
AMAL

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 May 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri