“Turan Tovuz”un transfer planı
Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Yeni mövsüm üçün iddialı heyət qurmağa çalışan “Turan Tovuz” hücumçu axtarışındadır.
Futbolpress.az-ın əldə etdiyi məlumata görə, Tovuz təmsilçisi bu mövqeyə yeni oyunçu cəlb etmək istəyir. Bir müddətdir axtarışlarını davam etdirən Qərb klubu bu həftə forvard transferini tamamlamaq niyyətindədir.
Hazırda komandada hücum xəttində İbrahima Vadji və Joarlem Santos var. Vadji zədəlidir və qarşıdakı bir neçə oyunu buraxacaq. Jo isə hücumda rəqabətsizdir və hələlik istənilən effektiv verə bilmir.
“Turan Tovuz” Misli Premyer Liqasında iki turdan sonra dörd xal toplayıb. Kurban Berdıyevin yetirmələri “Şamaxı” ilə heç-heçə edib (0:0), “Qəbələ”yə isə minimal hesabla (1:0) qalib gəlib.
Şahin Cəfərov
Baxış sayı:59
Bu xəbər 27 Avqust 2026 08:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















