Icma.az
close
up
RU
“TURAN XÜSUSİ İQTİSADİ ZONASI” YARADILIR Türk dövlətlərinin yeni planı

“TURAN XÜSUSİ İQTİSADİ ZONASI” YARADILIR Türk dövlətlərinin yeni planı

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Özbəkistanın paytaxtı Daşkənddə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin iştirakı ilə keçirilən beynəlxalq konfransda Qazaxıstan Türküstan bölgəsində "Turan Xüsusi İqtisadi Zonası"nın yaradılmasını təklif edib.

Özbəkistanın paytaxtı Daşkənddə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin iştirakı ilə keçirilən beynəlxalq konfransda Qazaxıstan Türküstan bölgəsində Turan Xüsusi İqtisadi Zonasının yaradılmasını təklif edib.

Konfransın açılışında çıxış edən TDT baş katibinin müavini Merey Mukajan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə təşkil edilən bu tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edərək bildirib ki, onların məqsədi TDT regionunda ticarəti asanlaşdırmaq və qarşılıqlı ticarətin həcmini artırmaq, iqtisadi inteqrasiyanı inkişaf etdirmək, ticarət əməkdaşlığını genişləndirmək və ölkələr arasında qarşılıqlı rəqabəti gücləndirmək üçün müvafiq mexanizmlər yaratmaqdır.


Ümumilikdə 175 milyon insanın yaşadığı bu ölkələrin böyük iqtisadi potensiala malik olduğunu bildirən Mukajan son illərdə TDT ölkələri arasında əməkdaşlığın gücləndirilməsi və dünya səhnəsinə təsirlərinin artırılması istiqamətində mühüm addımların atıldığını bildirib. Mukajan bu çərçivədə Türkiyə Ticarət və Sənaye Palataları Birliyi və Türkiyə İnvestisiya Fondu da daxil olmaqla müxtəlif əməkdaşlıq mexanizmləri qurduqlarına və Qazaxıstanın Türküstan bölgəsində Turan Xüsusi İqtisadi Bölgəsini də qurmağı planlaşdırdıqlarına diqqət çəkib.

Özbəkistanın İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzinin sədri Obid Həkimov bu konfransın TDT-yə üzv ölkələr arasında qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açacağını bildirib, üzv ölkələrin milli beyin mərkəzi platformasının müxtəlif təşəbbüsləri həyata keçirmək imkanına malik unikal tərəfdaşlıq modeli olduğunu deyib. Son illər üzv ölkələr arasında ticari-iqtisadi əlaqələrin möhkəmləndiyini deyən H.Həkimov təşkilata üzv ölkələr arasında daşıma və tranzit sahəsində əməkdaşlığın gücləndirilməsinin, Asiya ilə Avropanı Mərkəzi Asiya vasitəsilə birləşdirən “Orta Dəhliz” kimi də tanınan Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılmasının vacib olduğunu vurğulayıb. O əlavə edib ki, “Orta Dəhliz regionun mühüm nəqliyyat qovşağı kimi rolunu gücləndirməyə xidmət edəcək”.


Ticarət maneələrinin təşkilata üzv ölkələr arasında əməkdaşlığın artırılmasında müəyyən çətinliklər yaratdığını, mal və xidmətlərin sərbəst hərəkətinə mane olduğunu və beləliklə də çoxtərəfli ticarətə mənfi təsir göstərdiyini vurğulayan Həkimov bildirib ki, mövcud resursları və səyləri birləşdirərək, araşdırma və qiymətləndirmələrə əsaslanaraq bugünkü qlobal çağırış və təhdidlərə qarşı inteqrasiya olunmuş bir region yarada bilərlər.

Konfrans çərçivəsində TDT üzv ölkələri arasında ticarətin mövcud vəziyyəti və istifadə olunmamış imkanlar, rəqəmsal ticarət və innovasiyalar, regional inteqrasiya və infrastruktur layihələri, davamlı inkişaf, yaşıl iqtisadiyyat və sosial-demoqrafik çağırışlar kimi mövzularda sessiyalar keçirilib.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Aprel 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri