Icma.az
close
up
RU
Türk dünyası üçün “Turan” pulu YARADILIR

Türk dünyası üçün “Turan” pulu YARADILIR

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin ortaq valyutasının yaradılması məsələsinin müzakirəsi davam edir. Hətta bununla bağlı əskinsanlar da yayılır. Otaq valyuta ilə bağlı rəsmi bir açıqlama yoxdur. 

Lakin yeni ortaq valyutanın yaranma ehtimalı olduqca yüksəkdir. Maraqlı olan nüans yeni ortaq valyutanın nə qədər effektiv olacağı və hansı dvidentləri gətirəcəyidir.

Turan pul vahidinin olması türkdilli dövlətlərə dünya valyutalarının təsirini azaltmağa, ticari-iqtisadi əlaqələri gücləndirməyə imkan verəcək.

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, vahid pul vahidinin yaradılması zaman tələb edir:

“Türk dünyasında vahid valyutanın yaradılması müzakirə olunan mövzulardandır. Lakin təbii ki, vahid valyutanın yaradılması zaman tələb edən məsələdir. Bunun üçün ölkə iqtisadiyyatlarının uyğun olması, bütövlükdə yalnız inkişaf səviyyəsi yox, eyni zamanda institusional yaxınlıq da çox önəmlidir".

Deputat qeyd edib ki, gələcəkdə ortaq valyutanın yaradılması mümkün ola bilər:

"Lakin bunun üçün birmənalı olaraq islahatların, iqtsiadi sistemlərinin yaxınlığı çox vacibdir. Nümunə Avropa İttifaqı və ya Avrozonadır. Avrozonanın da ölkələrin iqtisadi baxımdan yaxınlığının olmasına baxmayaraq, vahid valyuta sisteminə keçidi uzun dövr tələb edib. Yəni proses uzun zaman tələb edir. Amma təkrar qeyd etmək istəyirəm ki, sözsüz, vahid valyutaya keçid üçün birmənalı olaraq, iqtisadi sistemin uyğunluğu ilə bağlı islahatların dərinləşməsinə ehtiyac var".

İqtisadçı Eldəniz Əmirovun fikrincə, Türk Dövlətlərinin vahid pul vahidi “Turan”ı yaratması nəzəri və praktiki baxımdan mümkündür:

“Sadəcə onun nə qədər effektiv olacağı önəmli məsələdir. Mən, ortaq pul vahidinin hər hansı xüsusi avantaj verəcəyini düşünmürəm. Bütün hallarda Turan pul vahidinin yaradılması məqsədəuyğun olardı. Düzdür, Türk dövlətlərinin öz aralarında olan ticarət dövriyyəsi onların qlobal ticarətdə ortaya qoyduğu göstəricilər qarşısında çox kiçik bir paya sahibdir. Bütün hallarda hesab edirəm ki, belə bir pul vahidinin yaradılması və ondan istifadə Türk Dövlətləri daxilində ticarət dövriyyəsində rol oynaya bilər. Həm də bu, birliyin möhkəmlənməsinə xidmət edəcək".

İqtisadçı vurğulayıb ki, ortaq pul vahidi yaradıldıqda o, həm də siyasi, mədəni, sosial, psixoloji amil olacaq:

"Ortaq pul vahidinin yaradılması bilavasitə bu birliyi daha da gücləndirən faktora çevriləcək. Lakin ortaq pul vahidinin iqtisadi əhəmiyyəti böyük ölçüdə olmayacaq. Amma zamanla böyük bir prosesin başlanğıcı ola bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Dekabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri