Icma.az
close
up
RU
Turistlər paytaxta üstünlük verir: Rayonlarda turizm qənaətbəxş deyil?

Turistlər paytaxta üstünlük verir: Rayonlarda turizm qənaətbəxş deyil?

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycana gələn turistlərin 80%-nin paytaxtda qalması mövsümlə bağlıdır. Payız və yaz aylarında ölkəyə səfər edən turistlərin böyük əksəriyyəti işgüzar məqsədlərlə gəlir. Hazırda da payız mövsümündə Bakıda çox sayda tədbirlər keçirilir və bu amil paytaxtda turist sayının artmasına təsir edir. Ümumən dünyada da payız mövsümündə turizm səfərlərinin böyük hissəsi işgüzar səfərlərdən ibarət olur, Azərbaycanda da vəziyyət bu qaydada formalaşır".
Bunu Demokrat.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib.
O, bildirib ki, digər mövsümlərdə isə turistlərin bölgələr üzrə paylanması daha balanslı olur:
"Xüsusilə Şimal və Cənub bölgələri, həmçinin işğaldan azad olunmuş ərazilər mövsümdən asılı olaraq fərqli dərəcədə turist cəlb edir. Hazırda Bakı daha çox diqqət mərkəzindədir, çünki muzeylər və mədəniyyət məkanları Avropa və digər ölkələrlə müqayisədə daha münasib qiymətlərlə təqdim olunur. Hava şəraiti də paytaxta üstünlük verən turistlərin sayını artırır".
Ekspert bildirib ki, yay və qış mövsümlərində isə tendensiya dəyişir: 
"Şahdağ və Tufandağ istiqamətləri həm yerli, həm də xarici turistlər üçün daha cəlbedici olur. Gələcəkdə işğaldan azad olunmuş ərazilərdə turizm kompleksləri tamamlandıqdan sonra qış mövsümündə bölgələrə turist axınının daha da artacağı gözlənilir. Azərbaycanın turizm potensialı kifayət qədər genişdir — Şimal, Cənub, Şəki–Qax–Zaqatala–Balakən istiqamətləri turistlərin ən çox müraciət etdiyi məkanlardır".
Onun sözlərinə görə, hazırda isə Şəki–Qax–Zaqatala–Balakən zonasında yol infrastrukturunun yenidən qurulması səbəbindən müəyyən azalma müşahidə olunur:
"Lakin yol infrastrukturu tam istifadəyə veriləndən sonra həm vaxt qənaəti, həm rahatlıq təmin olunacaq və turist axınında yenidən balans bərpa olunacaq".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Noyabr 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri