Icma.az
close
up
RU
Yerli və xarici turistlər hansı bölgələrə üstünlük verirlər? AÇIQLAMA

Yerli və xarici turistlər hansı bölgələrə üstünlük verirlər? AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın turizm sektoru 2024-cü ildə böyük bir sıçrayış edərək, 2023-cü illə müqayisədə 26% artım göstərib. Bu, ölkənin turizm sənayesinin inkişafını və əcnəbi turistlərin Azərbaycana olan marağını göstərən əhəmiyyətli bir göstəricidir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan turizm eksperti Rəhman Quliyev bildirdi ki, xarici turistlərin böyük əksəriyyəti paytaxt Bakı ilə maraqlansa da, mövsümə uyğun olaraq bölgələrə olan maraq da artır:

"2024-cü ilin turizm statistikasına nəzər salsaq görərik ki, 2023-cü illə müqayisədə 26 faiz artım müşahidə olunur. Təbii ki, hər il bu artımlar davam edir. Bugünkü gündə Azərbaycana gələn əcnəbi turistlər paytaxtla yanaşı, bölgələrə də üz tutur. Amma buna baxmayaraq, Azərbaycana gələn turistlərin böyük əksəriyyəti yeni fəsilə uyğun olaraq paytaxta daha çox üstünlük verilir. Təbii ki, yay mövsümündə Azərbaycana gələn turistlər regionlara daha çox üz tuturlar. Xüsusən də dağlıq bölgələrimizə - Şəki, Qax, Zaqatala, Balakən, eyni zamanda Quba, Qusar, yəni şimal bölgəsinə daha çox üstünlük verir. Çünki bu mövsümlə əlaqədar olaraq, yəni dağlıq bölgələrdə hava şəraitinin daha münasib olması, daha sərin olması həm yerli turistlər, həm də əcnəbi turistlərə bir növ daha da maraqlı olur".

Ekspertin sözlərinə görə, pandemiya sonrası quru sərhədlərinin bağlı olması ilə yerli turistlər daha çox ölkə daxilində səyahət etməyə başlayıb.

"Yaz-qış tətilində, Novruz bayramı günlərində də bölgələrimizə daha çox üstünlük verirlər. Ümumi olaraq yeni statistikaya nəzər salsaq, yeni xarici turistlər Azərbaycana gəldiyində paytaxtda payız və yaz vaxtlarında daha çox qalırlar. Amma digər iki fəsildə yayda daha çox, qışda da nisbətən bölgələrə üstünlük verilir. Amma buna baxmayaraq, indi quru sərhədlərin bağlı olması ilə əlaqədar yerli turistlər də regionlarımıza daha böyük maraq göstərirlər. Çünki pandemiyadan öncəki dövrə nəzər salsaq görərik ki, Azərbaycandan böyük kütləvi surətdə turistlər Gürcüstan istiqamətinə və eyni zamanda Rusiyanın Azərbaycana yaxın olan əyalətləri istiqamətinə gedirdilər. Amma bugünkü gündə yeni bölgələrimizə daha çox üstünlük verilir. Yəni həm yerli sanatoriyalara, həm də yerli otellərə daha çox böyük maraq var", - deyə R.Quliyev qeyd etdi.

Türkan İSGƏNDƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Fevral 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri