Icma.az
close
up
RU
Turistlər üçün əlverişlı məkan

Turistlər üçün əlverişlı məkan

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda turizm imkanlarının genişləndirilməsi, yeni turizm marşrutlarının açılması, yay-qış turizminin inkişaf etdirilməsi ölkəmizdə turizmin inkişafı üçün əlverişli şəraitin olduğunu göstərir. Azərbaycanın hər bir guşəsində geniş imkanlar yaradılıb. Ölkəmizin hər bir bölgəsinin əsrarəngiz təbiəti var. Zümrüd meşələri, bulaqları, laləli yamacları, yarpızlı dərələri diqqəti çəkəndir. Belə bir təbiət möcüzəsinə sahib olan Azərbaycanda turizmin maddi-texniki bazasının möhkəmləndirilməsi, turizmin inkişafına dair dövlət proqramlarının icrası bu sahəsində böyük uğurlara səbəbə olmuşdur. Bu sahədə dövlətin apardığı siyasət turizmin inkişafına güclü təkandır və Azərbaycanda turizm sektoru sürətlə inkişaf etməkdədir. İnşa olunan otellər, yüksək standartlara uyğun xidmətin göstərilməsi diqqətdədir. Bu baxımdan turizm-ekskursiya işinin təşkilində bələdçilərin, bələdçi-tərcüməçilərin rolunu ayrıca qeyd etmək lazımdır.

Reallıqlar göstərir ki, müasir dövrümüzdə Azərbaycanın turizm ölkəsinə çevrilməsi və dünya arenasında öz sözünü deməsi üçün böyük potensialı vardır. Zəngin təbii sərvətləri, qədim tarixi və memarlıq abidələri, özünəməxsus mentaliteti, əlverişli ictimai coğrafi mövqeyi, eləcə də Xəzərin sahil zonaları turizmin inkişafında xüsusi əhəmiyyət kəsb edir. Təbii ki, turizm insanların səyəhatlərinin təşkilinə, onların mənəvi rahatlığına xidmət etməklə bərabər, maarifləndirmək, dünyagörüşünün inkişafı baxımından da əhəmiyyət kəsb edən bir sahədir.

Bu gün ölkəmizin regionlarda böyük infrastruktur layihələri həyata keçirilir, müasir yollar çəkilir, sosial obyektlər inşa edilir. Heç bir layihə təxirə salınmır. Bu onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin siyasətinin mərkəzində vətəndaşların rahat həyat şəraiti və məmnunluğu dayanır. Təbii ki, görülən işlər turizmin inkişafında da öz sözünün demiş olur.

AZƏRBAYCANIN TURİZM MƏRKƏZLƏRİNDƏ BEŞULDUZLU OTELLƏR

Bu gün Azərbaycanın bir çox region və ərazilərində yüksək səviyyəli, müasir tələblərə cavab verən otellər inşa edilərək istifadəyə verilib. Dünyada tanınmış və inkişaf etmiş böyük otel şəbəkələri artıq ölkəmizdə fəaliyyət göstərir və onların sayı durmadan artır. Müasir günümüzdə demək olar ki, ölkənin hər bölgəsində turistləri qarşılayacaq otellər vardır ki, bu da uğurlarımız sırasındadır. Vurğulamaq yerinə düşər ki, turizm sahəsi xidmət sektoru olmaqla bərabər, həm də iqtisadiyyatın əsas maliyyə mənbəyi kimi çıxış edir. Həm də ölkəmizdə müasir tələblərə cavab verən otellərin inşası Azərbaycanın iqtisadi gücünün təcəssümüdür.

Bölgələrdə tikilən otellər də öz müasirliyi, gözəlliyi ilə seçilir. Belə ki, Azərbaycanın turizm mərkəzinə çevrilən Qəbələ şəhərində bir neçə beşulduzlu otel fəaliyyət göstərir. Təsüdüfi deyil ki, Qəbələ həm yaz-yay, həm də qışturizmi üçün ideal bölgə hesab edilir. "Qafqaz Tufandag Mountain Resort Hotel", "Qafqaz Sport Hotel", "Qafqaz Karvansaray Hotel", "Qafqaz Gabala City Hotel" və s. öz müasirliyi, dizayni, rahatlığı baxımından diqqətəlayiqdir. Regionların sosial-iqtisadi inkişafı layihələri çərçivəsində istifadəyə verilən turizm obyektləri sırasında Gəncədə "VEGO", Naftalanda "Chinar Hotel & SPA Naftalan", "Naftalan Hotel by Rixos", "Qarabağ SPA and Resort", Qusarda "Şahdağ", "Pik Palas", Qaxda "El Resort", Tovuzda "Ayan Palace" otellərini, Şəmkirdə "Excelsior Hotel Shamkir", Şəkidə "Green Hill İnn" mehmanxanalarını və Şəkidə "Shaki Palace" otelini qeyd etmək olar ki, onların da hər biri müasirliyi ilə diqqət çəkir. Təbii ki, Azərbaycanda olan otellər qeyri-neft sektorunun, eləcə də turizmin inkişafına töhfə verir.

TARİXİ VƏ MƏDƏNİ İRSƏ SAHİB MƏKAN

Son illər ölkəmizdə tarixi abidələrin bərpası və qorunması istiqamətində bir sıra layihələr icra olunub. Ölkə başçısının böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. Xalqımızın yaratdığı mədəni irs nümunələrinin dünyada tanıdılması istiqamətində də uğurlara imza atılıb. İçərişəhər memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri sırasında olub. İsmayıllı rayonu Basqal qəsəbəsinin ərazisi zəngin tarixi və mədəni irsə sahibdir. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu Basqal qəsəbəsinin qədim hissəsini əhatə edir. Qoruğun ərazisində orta əsrlərə aid Qalabaşı qalası, Qoşabulaq, Dəmirçibazar, Dərəməhəllə, Xarabiyan, Kələküçə, Qəlibgah, Çayqırağı kimi tarixi küçələr, Bazar meydanı yerləşir. Basqalın IX-XIX əsrlərə aid istehkamları, Şeyx Məhəmməd məscidi, Hacı Bədəl məscidi, su və kanalizasiya şəbəkələri, tarixi hamamları, sənətkar karxanaları, mülkləri tarix-mədəniyyət abidələri mədəni irsimizin qiymətli nümunələri sırasındadır. Etnoqrafik və elmi-tarixi araşdırmalar nəticəsində Basqalın tarixi dərindən araşdırılaraq qoruğun elmi-inventar fondu hazırlanıb, əski əlifba ilə yazılmış dini, elmi və sosial həyatla bağlı minlərlə qiymətli əlyazma mətni aşkar edilərək fonda təhvil verilib. Basqal və ətraf ərazilərin tarixi və mədəni irsi ilə birbaşa bağlı olan qeyri-maddi mədəni irs nümunələri toplanıb, qədim divarüstü yazılar, daş qəbirlər, müxtəlif kitabələr dərindən tədqiq edilib və dövlət mühafizəsinə götürülüb. Basqalda yaşayan əhalinin son iki yüz il ərzində məşğuliyyəti, sənətkarlıq nümunələrinin tarixi təkamülü üzə çıxarılıb, elmi-publisistika və mədəni turizm sahələrində istifadə ediləcək çoxsaylı tarixi materiallar əldə olunub. Basqalın mədəni irsinin əsas elementi olan kəlağayı naxışları toplanıb, inventarlaşdırılıb və nəşr edilib.

ŞƏRQ MEMARLIĞININ NÜMUNƏSİ

XVII əsrə aid memarlıq abidəsi olan Basqal hamamı klassik Şərq memarlıq üslubunda inşa edilib. "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən Basqal hamamı yerli əhəmiyyətli memarlıq abidəsi kimi (inv.4466) dövlət mühafizəsinə götürülüb.

Qoruğun mühüm tarixi abidələrindən biri hesab olunan Basqal hamamı maddi-mədəniyyət nümunələrimizin qorunması məqsədilə dövlət nəzarətinə götürülüb, Bazar meydanında Hamam Muzeyi olaraq əsaslı şəkildə bərpa edilib. Aparılan tədqiqatlar nəticəsində 1854-cü ildə tikilən tarixi-memarlıq abidələrindən biri olan Hacı Bədəl məscidi, nəhəng gövdəsi və iri koğuşu ilə seçilən, dünyada əkilmə tarixi dəqiq bilinən yeganə ağac, 1563-cü ilə aid edilən və keçmişdə Basqal camaatı tərəfindən "Pir Çinar" adlandırılaraq müqəddəs hesab edilən çinar ağacı, XV əsrə aid olunan, 2020-ci ildə arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılıb tarixi üslubda yenidən təmir edilmiş "Pir çinar bulağı" və onlarla digər tarixi abidələr haqqında müfəssəl məlumatlar əldə edilib.

Basqal qəsəbəsi nadir memarlığı, qədim ipəkçilik, dəmirçilik kimi xalq sənətkarlıq ənənələri və orta əsr şəhərsalma mədəniyyəti ilə Azərbaycanın mədəniyyət tarixində xüsusi əhəmiyyətə malikdir. Basqal tarixən Lahıc, Şəki, Qəbələ və Şamaxıdan gələn yolların kəsişməsində yerləşərək qovşaq funksiyasını, sosial-iqtisadi və ticarət mərkəzi rolunu oynayıb.

Əlbəttə ki, tarixi abidələr daş yaddaşimıza çevrilib və hər bir xalqın kimliyini, keçdiyi tarixi yolu xatırladır. Bu abidələrin qorunması istiqamətində dövlətimiz tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.

Ölkəmizin ayrı-ayrı bölgələrində nadir memarlıq abidələri vardır. Qobustan qaya təsvirlərini dünya miqyasında görmək istəyən çoxlu insanlar vardır. Qədim insan məskənlərini görmək, onlarla tanış olmaq hamı üçün maraqlıdır. Azərbaycana gələn hər kəs ölkəmizin tarixini, coğrafi mövqeyini görür. Avropa və Asiya qovşağında yerləşən Azərbaycanın iqlimi, rəngarəng təbii-coğrafi quruluşu bütün il boyu xaricdən turist qəbul etmək imkanına malikdir.

TURİZMİN QLOBALLAŞMASI MÜASİR DÖVRÜN REALLIĞIDIR

Azərbaycanın cənub bölgəsindəki turizm istirahət mərkəzləri "Çənlibel", "Təbəssüm", "Meşəbəyi", "Ağgöl", "Qala" və s. istər yayda, istərsə də qışda turistlərin üzünə açıqdır. Lerik ölkəmizdə turizm diyarı, uzunömürlülər məskəni kimi tanınır. Son illər Lerik-Kəlvəz, Noda-Şingədulan-Xanagah, Piran-Hamarat-Vıjaker yollarının istifadəyə verilməsi diyarda yeni turizm mərkəzlərinin açılmasına səbəb olub. Azərbaycanın dilbər guşəsi olan Göygöl Azərbaycanın ən gözəl və ecazkar təbii su hövzəsidir. Göygöl Gəncə şəhərindən 25 kilometr cənubda eyniadlı rayonda, Murovdağın şimal ətəklərində dəniz səviyyəsindən 1500 metrdən çox yüksəklikdə yerləşir. Bu göl 1139-cu ildə Gəncə şəhəri yaxınlığında baş vermiş dağıdıcı zəlzələdən sonra Kəpəz dağının dağılan zirvəsinin Ağsu çayının qarşısını kəsməsi nəticəsində yaranıb. Yaranan şəffaf sulu hövzə Göygöl adlandırılıb. Buranın nadir təbiətini, flora və faunasını qorumaq üçün 1965-ci ildə Göygöl Dövlət Təbiət Qoruğu yenidən təşkil edilib. Göygölün şimal sahili və onun ətrafı populyar istirahət zonasıdır. Bu yerlərin havasının tənəffüs yolları və əsəb sistemi xəstəliklərindən əziyyət çəkənlər üçün müalicəvi əhəmiyyəti olduğu hesab edilir. Gölün ətrafında yay mövsümündə turistlərin sevimli məkanı olan, müxtəlif turist bazaları, istirahət evləri, pansionatların olduğu Hacıkənd kurort zonası yerləşir. Bir neçə turist marşrutu da bu yerlərdən keçir. Etiraf edək ki, turizmin qloballaşması müasir dövrün reallığıdır. Turizmin təşkilinə üstünlük verən ölkələr dünyanı tam şəkildə qəbul edir, onun hər yerində sülhün, əmin-amanlığın qorunmasına çalışırlar. Çünki müharibələr, münaqişələr, terror hadisələri turizmin inkişafına mane olan ən başlıca amillərdir. Bu gün ölkəmizdəki sabitlik, əmin-amanlıq turizmin də inkişafında önəmli faktordur.

Turizmin inkişafı çox mürəkkəb məkanda yerləşən ölkəmizin dünyaya daha real şəkildə təqdim edilməsinə də təsirini göstərir. Bu gün işğaldan azad olunan ərazilərimizdə böyük turizm imkanları var. Kəlbəcərin isti suyu, Şuşanın, Laçının sərin bulaqları və əzəmətli dağları, meşələri. Turizm səfərlərinə gələn xarici ölkə vətəndaşlarına ölkəmizin tarixi və mədəniyyəti, onun mənəvi dəyərləri haqqında geniş məlumatların çatdırılması Azərbaycanın dünya ölkələrinə tanıdılması baxımından diqqətəlayiqdir. Bütün bu reallıqları nəzərə alaraq Azərbaycan turizmi sistemli şəkildə inkişaf etdirilir.

Zümrüd BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 İyul 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see538

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see162

Rusiya təbliğatının qəhrəmanı rusların onu döyməsindən şikayətlənib...

14 İyul 2025 21:39see119

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

15 İyul 2025 00:50see117

FİFA PSJ nin baş məşqçisi və futbolçusunu cəzalandıra bilər

15 İyul 2025 07:32see114

Çin “Tuencou 9” yük gəmisini orbitə göndərib

15 İyul 2025 07:50see114

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see113

“Milan” Modriçi açıqladı

14 İyul 2025 23:01see113

Alim Qasımov yenidən rep deməsi ilə gündəmdə Video

15 İyul 2025 10:54see113

Üçqat çempiondan Tur de Frans ın təşkilatçılarına etiraz

15 İyul 2025 00:59see113

Merilinin pasport fotosu bu qiymətə satıldı Fotolar

15 İyul 2025 00:27see113

Ukraynanın 55 PUA sı vurulub

15 İyul 2025 08:24see113

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see113

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see112

Meningitin müalicəsi də icbari tibbi sığorta hesabına həyata keçirilir

15 İyul 2025 10:54see112

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see111

Ursula von der Leyen Trampa nifrət edir

15 İyul 2025 14:24see111

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see111

Sənaye sahəsi üzrə biznes kredit portfeli 2,6 milyard manatı ötüb

15 İyul 2025 15:17see110

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

16 İyul 2025 00:37see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri