Icma.az
close
up
RU
Azərbaycanda məmurları gözləyən aqibət 20 ildən sonra gizlinlər açıla bilər

Azərbaycanda məmurları gözləyən aqibət 20 ildən sonra gizlinlər açıla bilər

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son dövrlər korrupsiya, mənimsəmə və vəsaitlərin ölkədən qanunsuz çıxarılması ilə bağlı müzakirələrin artması məmurların gəlir deklarasiyası məsələsini yenidən gündəmə gətirib. Ekspertlərə görə, korrupsiyanın qarşısını almağın ən effektiv mexanizmlərindən biri məhz gəlirlərin şəffaf şəkildə bəyan edilməsidir.

Azərbaycanda bu tələb hələ 2005-ci ildə qəbul olunan “Gəlir deklarasiyası haqqında” qanunda öz əksini tapmışdı. Həmin qanuna görə, vəzifəli şəxslər ildə bir dəfə öz gəlirləri barədə məlumat verməli və vergi ödəməli idilər. Qanunun qəbulundan sonra Prezident bəyannamə formasının hazırlanması ilə bağlı Nazirlər Kabinetinə üç ay vaxt verdi, lakin müddətin bitməsindən illər keçsə də, qurum hər hansı iş ortaya qoymadı. Hazırda qanunun tətbiq edilməməsi məhz bununla izah edilir.

Məmurların gəlir deklarasiyası məsələsi yenidən gündəmə gələ bilərmi? Mənimsəmə, korrupsiya əməllərinin qarşısının alınması istiqamətində gəlirlərin deklarasiyası effektiv olarmı?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov bildirib ki, gəlir deklarasiyası məmurların qanunsuz fəaliyyətinin və qeyri-qanuni gəlirlər əldə etməsinin qarşısını almağa xidmət edə bilər, amma bu,  hələ problemin tam həlli demək deyil:

“Bu günə qədər müxtəlif mərkəzi, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, nazirlər, onların müavinləri, icra başçıları və digər vəzifəli şəxslər korrupsiya, rüşvətxorluq faktlarına görə məsuliyyətə cəlb edilib. Amma təcrübə göstərir ki, həmin şəxslər əldə etdikləri qanunsuz gəlirləri çox vaxt öz adlarına rəsmiləşdirmir, qohumlarının və yaxın adamlarının adına əmlak alır, yaxud vəsaitləri gizli yollarla yerləşdirirlər. Buna görə də yalnız gəlir deklarasiyasının tətbiqi ilə bütün qanunsuz gəlirlərin aşkarlanması mümkün deyil. Korrupsiya faktlarının araşdırılmasını Hesablama Palatası və digər aidiyyəti qurumlar icra edir. Lakin qanunsuz əldə edilən və müxtəlif örtülü kanallarla ötürülən gəlirlərin tam şəkildə izlənməsi çətindir. Ona görə də dövlət bu məsələyə kompleks yanaşma tətbiq edir və mütəmadi olaraq məsul şəxslər barəsində hüquqi tədbirlər görülür. Hazırda da bu istiqamətdə həbslər davam edir və gələcəkdə də davam edəcəyi gözlənilir”.

Xəyal Bəşirov

Hüquqşünas qeyd edib ki, cəzanın sərtləşdirilməsi təkbaşına arzuolunan nəticəni vermir:

“Bəzi vəzifəli şəxslər başqalarının məsuliyyətə cəlb olunmasına baxmayaraq, yenə də eyni qanunsuz əməlləri təkrarlayırlar. Bu isə göstərir ki, problemin həlli üçün düşüncə və idarəetmə yanaşmasında dəyişiklik vacibdir. “Gəlir deklarasiyası haqqında” Qanunun tətbiqi məmurların gəlirləri üzrə hesabatlılığı müəyyən qədər artıracaq. Lakin qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin bu mexanizmdən yayınmağa çalışacağı da istisna edilmir. Onlar deklarasiya tələblərini öz maraqlarına uyğun şəkildə doldurmağa və faktiki gəlirlərini gizlətməyə cəhd göstərə bilərlər. Təbii ki, bu, bütün məmurlara şamil edilmir”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Dekabr 2025 07:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see236

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see213

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see192

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see174

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see156

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see153

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see140

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see137

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see136

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see131

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see130

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see130

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see129

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see127

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see125

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri