Icma.az
close
up
RU
Turistləri qaçırmaq istəmiriksə, nələrə diqqət etmək lazımdır? ŞƏRH

Turistləri qaçırmaq istəmiriksə, nələrə diqqət etmək lazımdır? ŞƏRH

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Adətən ölkəyə gələnlərin ilk maraqlandığı məsələ gedəcəyi ünvana necə çatmaqla bağlı olur. Taksi qiymətləri əl verməyəndə, taksi sürücüləri məsafəyə görə xidmətdən imtina edəndə, ən yaxşı seçim - ictimai nəqliyyatdır. Hələlik hava limanımıza metro xətti çəkilmədiyindən, yeganə vasitə "Aero Ekspress" avtobusundan istifadədir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Bilet üçün mütləq kart almaq tələbi

Ölkəyə nabələd olan turist və ya qonaq bu xidmətdən istifadə etmək üçün təbii ki, öncə bilet axtarır. Aeroportun qarşısındakı "BakıKart" ödəniş terminalını soraqlaşıb tapdıqdan sonra bilet almaq çətinliyi ilə üzləşir: çünki aparatdan birdəfəlik bilet almaq mümkünsüzdür. Əvvəllər bu funksiya olsa da, hazırda bir gediş üçün yalnız 2 AZN ödəyib kart almaq və daha sonra ora pul yükləmək lazımdır. Aparatın qalıq qaytarmaması, dil seçiminin olmaması da ayrıca problemdir. Ölkəyə gələn turist kartı almaq üçün hansı dili seçsin ki, xidmətdən istifadə edə bilsin? Məsələn, bu günlərdə hava limanının qarşısında bir əcnəbiyə kömək etməsəydim, yolun ortasında köməksiz qalacaqdı...

Beynəlxalq standartlara uyğun ödəniş aləti?

Dünya ölkələrinin təcrübəsində birdəfəlik, günlük, həftəlik, 24 saatlıq və s. biletlər var. Yəni yalnız bir gediş üçün sərnişinin kart almasına, əlavə xərc çəkməsinə ehtiyac olmur.

"BakıKart" haqqında saytlarında "beynəlxalq standartlara uyğun ödəniş aləti" qeydi edilsə də, aparatın bank kartı ilə bilet almaq funksiyası da yoxdur. Xarici təcrübədə, ölkənin valyutasını mübadilə etməsən belə, bileti istənilən bank kartı ilə rahat almaq mümkündür. Bizdə isə əldə milli valyuta olmasa, istənilən adam çətin vəziyyətdə qalacaq... Aparatların yanında turistlərin çaş-baş qalmaması üçün kömək edəcək əməkdaş da görünmür.

Hər şey yaxşıdır, amma...

Digər məsələ "Aero Ekspress" avtobusu ilə bağlıdır. Avtobusun intervalının 15 dəqiqəyə endirilməsi, rahatlığı əladır. Amma gedişi "28 May" stansiyasının yaxınlığında olsa da, aeroportdan qayıdanda son dayanacağı Səməd Vurğun bağı tərəfdədir. Bu dayanacaq metro stansiyasından və əsas dayanacaqlardan çox uzaqdır. Əlində yüklə gələn turistlərin axşam-axşam küçənin ortasında dayanıb getməyə istiqamət axtardıqlarını şəxsən müşahidə etdim...

"Aero Ekspress"in metrodan-metroya olması dünya təcrübəsidir. Düzdür, avtobus yolüstü "Koroğlu" metro stansiyasında dayanır, amma bu stansiya şəhər mərkəzindən xeyli kənardır.

Yaxşı olar ki, AYNA, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Assosiasiyası üzdə "kiçik" görünən, amma turistlər üçün əhəmiyyətli olan bu məsələyə diqqət çəksinlər.

Əgər turistləri qaçırmaq istəmiriksə, bu kimi məqamlara diqqət etməliyik!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 İyun 2025 00:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri