Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Turistlərin heyran qaldığı Səlimiyyə məscidi

Turistlərin heyran qaldığı Səlimiyyə məscidi

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə tarixi abidələrin, memarlıq abidələrinin sanki açıq muzeyidir. Qardaş Türkiyənin hər daşı, hər qayası bir tarixdir. Bu yazımızda Osmanlı memarlığının qızıl əsrinə öz damğasını vuran, Memar Sinanın ‘‘ustalıq əsərim’’ adlandırdığı Ədirnədəki Səlimiyyə məscidi haqqında məlumat vermək istəyirik.

News24.az bildirir ki, Qanuni Sultan Süleyman və Hürrəm Sultanın oğlu Sultan II Səlimin Memar Sinana tikdirdiyi bu məscid türk və İslam memarlığının ən mühüm əsərlərindən biridir. Məscid 2011-ci ildə YUNESKO-nun mədəni İrs siyahısına daxil edilib.

Sultan II Səlim məscidin inşası işlərini həyata keçirmək üçün 80 yaşlı Memar Sinanı yanına çağırır və heç bir xərcdən çəkinmədən Ədirnədə onun adını daşıyan bir məscid tikilməsini tapşırır. Memar Sinan qısa müddətdə padşahın verdiyi tapşırığı yerinə yetirmək üçün Ədirnəyə gedir. 1568-ci ildə məscidin inşası başlayır və 1574-cü ildə Sultan II Səlimin vəfat etməsindən dərhal sonra ibadətə açılır.

Memar Sinanın İstanbuldakı şah əsərləri ‘‘Şahzadəbaşı’’ və ‘‘Süleymaniyyə’’məscidləri onun memarlıqdakı qabiliyyətlərini sübut edən sənət inciləridir. Memar Sinan Ser Mimaranı, yəni Dünya memarlarının şahı adına sahibdir.

Memar Sinan Səlimiyyə məscidini inşa edərkən əvvəlki heç bir məsciddə, ya da qədim dövr məbədində rast gəlinməyən bir texnikadan istifadə edib. Məscidin sütunlarını və başlıqlarını qədim Misir mədəniyyətinin lotus bəzəklərindən təsirlənərək yaratmışdı. Məscidin həyətinin ortasında yerləşən su bulağı Memar Sinanaın inşa etdiyi digər bulaqlardan çox fərqlənir. Belə ki, bulağın altına yerləşdirdiyi kiçik hovuzlara düşən su dəstəmaz alanların üzərinə sıçramır.

Bu gün də öz mövcudluğunu qoruyan minbər Türk-İslam sənətinin şah əsərlərindən biri sayılır. Mərmərin üzərində təsvir edilən bəzəklər ilk günkü kimi öz gözəlliyini qoruyur. Məsciddəki moizə köşkü də diqqəti cəlb edən məkanlardandır. Məscidin gümbəzləri 43 metr yüksəkliyində və 32 metr diametrindədir. Qübbə 8 sütuna söykənən bir təməl üzərinə oturdulub. Mәsciddә 6000 min nәfәr dini vәzifәsini yerinә yetirә bilәr. Beləliklə, Memar Sinan əsrlər boyu öz mövcudluğunu qoruya biləcək bir şah əsər yaradıb.

Məscidin nəzərə çarpan xüsusiyyətlərindən biri də sadə olmasıdır. Qırmızı və ağ rəngin harmoniyası diqqətli nəzərlərdən qaçmaz. Məscidin göyə ucalan dörd minarəsi İslam dünyasının qələm incəliyində və gözəlliyində ən gözəl nümunələrdən olmağa davam edir. Minarələrin balkonlarına üç ayrı pilləkənlərdən qaxmaq olur. Azan oxumaq üçün fərqli balkona çıxan vaizlər bir-biri ilə qarşılaşmır.

Səlimiyyə məscidi Ədirnənin siluetinə hakim bir mövqedə yerləşir. Məscidi hər il həm ölkə daxilindən, həm də xaricindən minlərlə turist ziyarət edir.

Memar Sinan öz həyatından bəhs etdiyi əsərində “Bəndə Allahın qarşısında qüsursuz olmamalıdır” deyərək mükəmməl inşa etdiyi məscidə şüurlu olaraq bir qüsur əlavə edir. Memar Sinan öz əsərinə şüurlu olaraq bir qüsur əlavə edəcək qədər fəzilət sahibi idi.

Səlimiyyə məscidi Memar Sinan üçün böyük əhəmiyyət kəsb edirdi. O, ‘‘Gələcəkdə bu işin mütəxəssisləri mənim əsərlərimi xeyir duaları ilə anacaqlar’’ deyə söyləyirdi və sənətkarın bu fikri sözün həqiqi mənasında bu gün də özünü doğrultmaqdadır. /yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://news24.az
archiveBu xəbər 21 Fevral 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see617

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see549

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see421

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see334

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see296

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see292

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see290

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see278

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see273

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see254

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see237

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see228

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see227

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see222

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see217

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see209

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see202

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see199

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see198

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri