Icma.az
close
up
RU
Turistlərin qeyri adi ənənəsi UNESCO abidəsini təhlükəyə atdı

Turistlərin qeyri adi ənənəsi UNESCO abidəsini təhlükəyə atdı

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şimali İrlandiyada UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş Nəhənglər yolu (Giant's Causeway) ilk baxışdan zərərsiz görünən turist ənənəsi səbəbindən zərər görüb. Mütəxəssislər qayaların arasından ziyarətçilərin illər ərzində “uğur gətirməsi” üçün bazalt sütunların çatlarına yerləşdirdiyi 20 kiloqramdan çox, təxminən 10 min sikkə çıxarıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

Qayaların çatlarında pul gizlətmək ənənəsi uzun müddətdir mövcud olsa da, son on ildə kütləvi xarakter alıb. Bəzi turistlər hətta çəkic əvəzinə əllərindəki daşlardan istifadə edərək sikkələri qayaların daha dərin hissələrinə vurublar.

Tarixi abidənin mühafizəsinə cavabdeh olan “National Trust” təşkilatı problemin miqyasının ilkin ehtimallardan xeyli böyük olduğu üzə çıxdıqdan sonra tədbir görüb. Şimali İrlandiyanın Geoloji Xidməti öz hesabatında bütün sikkələrin çıxarılmasını tövsiyə edib. Mütəxəssislərin fikrincə, metal qayalara həm fiziki, həm də kimyəvi təsir göstərərək onları dağıdır.

Zaman keçdikcə sikkələrin ərintisi oksidləşməyə və bazaltı zədələməyə başlayıb, qayaların üzərində qalıcı ləkələr yaranıb. Üstəlik, bir çox sikkə çatların dərinliyində ilişib qaldığından onları qayaya zərər vermədən çıxarmaq ciddi problemə çevrilib.

Təbiətlə qarşılıqlı əlaqə məsələləri üzrə nümayəndə Kliff Henri bildirib ki, metal oksidləşdikcə həcmini artırır və sözün əsl mənasında çatların divarlarını, eləcə də onların üzərindəki bazalt sütunlarını içəridən genişləndirərək dağıdır.

Təmizləmə işlərinə ötən ilin mayında başlanılıb və bu proses səbr tələb edən ciddi işə çevrilib. Layihəyə daş ustası Neytan Morrou da qoşulub. Onun sözlərinə görə, bütün hallara uyğun universal üsul olmayıb və hər bir sikkənin çıxarılması fərdi yanaşma tələb edib.

Qayaların kənarında yerləşən sikkələri kəlbətinlə çıxarmaq mümkün olub. Çatların dərinliyinə düşən sikkələr isə tikiş aralarını təmizləmək üçün nəzərdə tutulmuş xüsusi alətlə çıxarılıb. Ən çətin hallarda bir sikkənin çıxarılmasına 20 dəqiqədən çox vaxt sərf edilib, digərləri isə demək olar ki, dərhal çıxarılıb.

Nəhənglər yolu insan əli ilə deyil, milyonlarla il əvvəl baş vermiş vulkanik fəaliyyət nəticəsində yaranıb. Qızmar lava yer qabığındakı çatlar vasitəsilə səthə çıxıb və soyuduqca dəqiq həndəsi formalı sütunlara parçalanıb. Hazırda burada təxminən 40 min bazalt sütunu olduğu hesab edilir.

Sahil ərazisinin qeyri-adi həndəsəsi qədim dövrlərdən xalq əfsanələrinə mövzu olub. Əfsanələrdən birinə görə, daş yolu nəhəng Fin Mak Kul Şotlandiyaya keçmək və oradakı digər nəhənglə döyüşmək üçün salıb. Digər versiyaya əsasən isə Fin döyüş zamanı rəqibinə atmaq istədiyi nəhəng torpaq parçasını hədəfdən kənara ataraq təsadüfən Men adasını yaradıb.

“National Trust” əməkdaşları yalnız qayaların təmizlənməsi ilə kifayətlənməyiblər. Ərazidə turistlərdən qayaların çatlarına pul yerləşdirməməyi xahiş edən xəbərdarlıq lövhələri quraşdırılıb, həmçinin sosial şəbəkələrdə maarifləndirici kampaniya başladılıb.

Kliff Henri bəxtinin gətirməsini istəyən turistlərə pullarını xüsusi xeyriyyə qutularına atmağı tövsiyə edib. Onun sözlərinə görə, bu halda edilən ianə qoruğa real fayda verə bilər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Avqust 2026 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri