Icma.az
close
up
RU
Turizm məqsədilə səfərlərin və bu səfərlərə çəkilən xərclərin azalmasının əsas səbəbi inflyasiyadır”

Turizm məqsədilə səfərlərin və bu səfərlərə çəkilən xərclərin azalmasının əsas səbəbi inflyasiyadır”

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşlarının xaricə turizm məqsədilə səfərləri və bu səfərlərə çəkilən xərclər azalıb. Dövlət Statistika Komitəsinə görə, bu dövrdə turizm xərcləri 1 milyard 607,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 69,7 milyon manat və ya 4,2% azdır. Turistlərin sayı isə 1 milyon 1,2 min nəfər olub – 4% azalma. Ümumilikdə, xaricə səfər edənlərin sayı da 2,6% azalaraq 1 milyon 604,9 min nəfərə düşüb.

Xərclərin strukturu:

Nəqliyyat: 577,4 milyon manat (dəyişməyib)Yerləşmə: 374,6 milyon manat (5,6% azalma)Qidalanma: 314 milyon manat (2,5% azalma)Mədəniyyət və istirahət: 4,9 milyon manat (29% azalma)Turizm zərfləri: 47,2 milyon manat (11,7% azalma)

Azərbaycan vətəndaşlarının xaricə turizm səfərlərinin və bu səfərlərə çəkilən xərclərin azalması hansı səbəblərlə izah oluna bilər? Bu, daxili turizmə marağın artması, yoxsa digər amillərlə bağlıdır?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında iqtisadçı alim, iqtisadi məsələlər üzrə ekspert Emin Qəribli bildirib ki, 9 ay ərzində azalmanın səbəbi çox ola bilər.

Emin Qəribli

“Keçən il bildiyimiz kimi, COP29 və sair həm ölkəyə gələnlər, həm də ölkədən gedənlər də çox idi. Lakin keçən ilin sonundan bildiyiniz kimi, Rusiyanın müəyyən problemlərimiz baş verdi. Rusiyaya gedənlər halbuki çox idi. Qonşu ölkələrimizdən olan İrana hücumlar oldu. Ora da gedənlər çox idi. Ümumiyyətlə, digər qonşu ölkələrə diqqət yetirsək görərik ki, belə problemlər çox idi.

İkinci məsələni şəxsən müşahidə etmişəm. Pandemiyadan öncə və pandemiyadan sonra Avropanın hansısa şəhərinə gedirdim. Kəskin qiymət artımlarını müşahidə edirik. Eyni zamanda bu hal Gürcüstanda da mövcuddur. İllər ərzində Rusiyadan Gürcüstana axın baş verdiyi üçün bu ölkədə də qiymətlər artıb. 5 il bundan öncə Avropadakı getdiyim restoranın qiyməti artıq xeyli artıb. Təbii ki, insanlar da bu zaman daha çox yerli bazara üstünlük verirlər. Düşünürəm ki, burada səbəb daha çox inflyasiyanın səbəbidir. Və inflyasiyanın səbəbi ancaq bizdə deyil, bütün dünyadadır”-deyə Emin Qəribli qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Noyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri