Icma.az
close
up
RU
Menu

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

PSJ yenidən vahid lider oldu

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

Azı qərar, çoxu zərər...

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

DÇ 2026: Ukrayna 8 qollu görüşdən qalib ayrıldı

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

TURİZM MÖVSÜMÜNDƏ OTELLƏR BOŞ QALIB... Səbəbləri AÇIQLANDI

TURİZM MÖVSÜMÜNDƏ OTELLƏR BOŞ QALIB... Səbəbləri AÇIQLANDI

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2025-ci ilin ilk yarısı Azərbaycanda turizm sektorunun müəyyən canlanması ilə yadda qalsa da, otellərin doluluq səviyyəsi hələ də arzuolunan səviyyəyə çatmayıb.

Belə ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumata əsasən, ilin yanvar–mart aylarında ölkə üzrə mehmanxana və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi cəmi 19,3 faiz olub. Bu o deməkdir ki, otellərdəki yerlərin təxminən 81 faizi boş qalıb. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə bu göstərici 17,8 faiz idi. Artım olsa da, vəziyyət ümumi mənzərə baxımından hələ də narahatedicidir. Ən yüksək doluluq Şabran (68,2 faiz) və Qusar (43,5 faiz) rayonlarında qeydə alınıb. Naftalanda bu göstərici 31,2 faiz, paytaxt Bakıda isə 28 faiz təşkil edib. 

Qəbələ, Bərdə, Ağdam, Şamaxı, Beyləqan, Quba kimi bir çox bölgələrdə isə doluluq səviyyəsi 15–25 faiz aralığında olub. Bəzi rayonlarda bu göstərici 10 faizdən də aşağıdır.

2025-ci ilin iyun və iyul ayları üçün hələlik rəsmi statistika açıqlanmasa da, müxtəlif mənbələrin proqnozlarına əsasən, yay mövsümündə də otellərin doluluğu ciddi şəkildə artmayıb. Belə ki, iyun ayında doluluq səviyyəsinin 30–35 faiz, iyul ayında isə 35–45 faiz arasında olduğu ehtimal edilir. Bu isə o deməkdir ki, yay sezonunun ən aktiv dövründə belə otellərin yarıdan çoxu boş qalıb.

Maraqlıdır ki, Azərbaycanda otellərə bu qədər aşağı tələbatın səbəbi nədir?

Turizm eksperti Ceyhun Aşurov “AzPolitika”ya şərhində bildirib ki, hal-hazırda yay mövsümünün ortasındayıq və bu mövsüm həm dünyada, həm də Azərbaycanda insanların daha çox səyahət etdiyi dövrdür.

Ekspert qeyd edir ki, son dövrlərdə baş vermiş geosiyasi gərginlik — Pakistan-Hindistan, İsrail-İran arasındakı müharibə Azərbaycana gələn turistlərin sayına ciddi təsir göstərib: “Çünki adıçəkilən dövlətlərdən gələn turistlərin sayı ən çox Azərbaycana gələn 10 ölkə turistləri arasında olub. Təkcə Hindistandan Azərbaycana keçən il 240 mindən çox turist gəlmişdi. 2024-cü ildə İrandan təxminən 210 min, Pakistandan 80 minə yaxın vətəndaş, İsraildən isə təxminən 30 minə yaxın turist gəlmişdi. Bu göstəricilər məlum hadisələrdən sonra birdən-birə aşağı düşdüyündən, gələnlərin sayına da təsir etdi. Bu gərginliyin təsiri təkcə həmin ölkələrlə də məhdudlaşmır. Savaşlar Körfəz ölkələrindən olan və İran üzərindən Azərbaycana gələn turistlərin uçuşlarına təsir edib və nəticədə azalma olub.”

Ekspertin sözlərinə görə, hazırda Bakı şəhərində otellərin doluluq göstəricisi 30–40 faiz civarındadır: “Qeyd olunduğu kimi, azalma məhz bu səbəblərdən yaranıb. Bununla yanaşı, alternativ bazarlardan turizm şirkətləri turist cəlb edirlər. Amma yay mövsümündə bu cür vəziyyətin yaranması canlılığı azaldıb. Buna paralel olaraq ölkədaxili turizm daha aktivdir. Regionlara səfərlər var, ölkədaxili Azərbaycan vətəndaşları hərəkət edir. Ölkə xaricinə də turlar əvvəlki illərdəki kimi davam edir. Ölkə xaricinə gedən turist sayında da ciddi azalma nəzərə çarpmır.”

Qeyd edək ki, 2025‑ci ilin yanvar–may ayları dövründə Azərbaycana gələn xarici turistlərin ümumi sayı 979 963 nəfər olub. Bu, pandemiyadan əvvəlki 2019-cu ilin eyni dövrü ilə müqayisədə hələ də təxminən 10% aşağıdır.

2025-ci ilin yanvar–may ayları üzrə statistikaya əsasən, Azərbaycana ən çox turist bu ölkələrdən gəlib:

-Rusiya – 25–27%;

-Türkiyə – 17%-ə yaxın;

-Hindistan – 10–11%;

-İran – təxminən 8–9% civarında.

Gürcüstan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Pakistan, BƏƏ və İsrail kimi ölkələr də ilk 10-luqda yer alır.

E. Bəymməmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 İyul 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see684

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see490

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see420

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see252

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

11 Oktyabr 2025 08:35see200

PSJ yenidən vahid lider oldu

11 Oktyabr 2025 16:12see162

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see152

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see145

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

11 Oktyabr 2025 12:32see144

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see139

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see138

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

11 Oktyabr 2025 01:21see136

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see132

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

11 Oktyabr 2025 14:06see130

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see126

DÇ 2026: Ukrayna 8 qollu görüşdən qalib ayrıldı

11 Oktyabr 2025 01:18see126

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

11 Oktyabr 2025 09:33see125

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

11 Oktyabr 2025 17:29see125

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see124

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri