Icma.az
close
up
RU
Zəlzələlərin artmasının səbəbləri AÇIQLANDI

Zəlzələlərin artmasının səbəbləri AÇIQLANDI

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Amerikanın İqlim Tədqiqatları İnstitutunun alimləri iqlim dəyişikliyinin son altı ildə qasırğaların gücünü artırdığını müəyyən ediblər.

Tədqiqat “Environmental Research: Climate (ERC)” elmi jurnalında dərc olunub.

Mütəxəssislər 2019-2024-cü illərdə Atlantik okeanında baş verən fırtınaları təhlil ediblər. Ölçmələr göstərib ki, bu dövrdə fəlakətlər zamanı küləyin orta sürəti 29 km/saat (8 m/s) artıb.

2019-cu ildən bu günədək səkkiz fırtına - "Umberto", “Zeta” (2020-ci il), 2021-ci ilin "Sem v Larry", 2022-ci ilin "Erl", 2023-cü ilin "Franklin" və 2024-cü ilin "Rafael"i külək sürətini azı 40 km/saat artırıb. "Umberto" və "Zeta" maksimum 50 km/saat sürət əlavə edib.

Qırx qasırğa üçün isti dəniz suyu növbəti güc kateqoriyasına keçməyə imkan verib.

Bu ilin noyabr ayında tropik "Rafael" fırtınası da daxil olmaqla üç fırtınada iqlim amili küləyin sürətini bir anda iki kateqoriyaya artırıb.
Tədqiqatçıların fikrincə, son altı ildə öyrənilən fırtınaların 85 %-də müəlliflər bu təbii fenomenin gücündə iqlim dəyişikliyinin izlərini görüblər.

Əvvəlki araşdırmalar göstərib ki, iqlim dəyişikliyi qasırğaların daha da güclənməsinə və daha yavaş hərəkət etməsinə səbəb olub, nəticədə daha da çox yağış yağıb.

Marqlıdır, iqlim dəyişikliyi dəhşətli zəlzələlərlə səbəb ola bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlama verən ekoloq Fikrət Cəfərov bildirib ki, zəlzələyə təsir göstərən əsas amillər Günəş və Yerin mantiyasında baş verən proseslərdir:

“Bildirim ki, bu iki prosesin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Onların verdiyi məlumatlar bir neçə elmi və siyasi hesabatlarda öz əksini tapır. 

Doğrudan da zamanla zəlzələlərin sayı artacaq.

Bu təbii proseslərin arasında fasilə də azalacaq. Ayda 2-3 dəfə belə fırtına və ya hansısa sel yağışları yağacaq. Bunu hamı bu gün təsdiq edir. 

Ancaq Azərbaycana birinci növbədə birbaşa təsir göstərən iki qlobal məsələ var. Biri şirin suyun qıtlığı, digəri isə Xəzərin səviyyəsinin azalmasıdır.
Ölkəmizdə yağışlar yağır, ancaq sel yağışlar imkan vermir ki, torpaq bu suyu udsun. Su sürətlə yer üstündən keçir və torpaq nəmlənməyə vaxt tapmır.

Üst qat 15-20 sm nəm olur. Şirin suyun əsas mənbələri yeraltı sulardır. Həmin bu leysan yağışlar yeraltı su mənbələrinin qidalanmasına imkan vermir. 

Ona görə bizdə bu həddindən çox böyük problemdir. Kürün səviyyəsi və yeraltı suların səviyyəsi aşağı düşür. COP29-da bütün bunlar müzakirə olunur. 

Azərbaycanın təşəbbüsü ilə Xəzər ölkələri, Qafqaz ölkələri, Mərkəzi Asiya ölkələri birlikdə sudan səmərəli istifadə ilə bağlı fikirlərini səsləndirirlər.  

İkinci qlobal problem Azərbaycan üçün Xəzərin səviyyəsinin azalmasıdır. Bu iki proses bir-biri ilə əlaqədardır. Xəzər gölünə suyun yığılma sahəsi birbaşa Rusiya ilə bağlıdır. 

Orada bir neçə il ard-arda qışda qar çox az yağır. Qar örtüyü, eləcə də yığıntılar, yağışların da sayı azalır. Beləliklə, suyun mənbəyi azalır. Azərbaycan özü bu problemi tək həll edə bilməz. Ümumiyyətlə, heç bir ölkə tək başına bu məsələni tək həll edə bilməz.

Fikirləşirəm ki, Xəzərlə bağlı ayrıca bəyannamə olmalıdır. Ölkələr birlikdə adaptasiya mexanizmi, hansısa layihələr həyata keçirərək onun təsirini azaltmaq imkanları yarada bilərlər”. 

Ekoloq qeyd edib ki, Günəş aktiv olanda zəlzələlər artır:

“Belə bir teoriya var ki, Xəzərin səviyyəsi birbaşa tektonik proseslərdən asılıdır. Su çox olanda yükü dibinə çoxaldır və dib aşağı düşür. 

Su azalandan sonra yenidən başlayır qaxmağa. Ancaq bu heç bir elmi əsasla təsdiqlənməyib, sadəcə fikirdir. Bununla bağlı ya ciddi elmi tədqiqatlar aparmaq lazımdır, ya da bu fikir yanlışdır. 
Zəlzələyə Günəş təsir edir. Deməli, Günəş aktiv olanda o həddindən çox plazmanı kosmosa atır. Bu zaman o plazma Yerin altındakı maqmaya təsir göstərir və onu aktivləşdirir.

Günəş aktiv olanda zəlzələlər də artır. Ancaq bu təbii prosesdir. Onun periodikası var. 11-12 ildən bir aktivləşir və zəlzələlər və vulkanların güclənməsinə səbəb olur”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Noyabr 2024 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri