Icma.az
close
up
RU
Turizm sektorunun strateji gələcəyi Bakıda müzakirə edildi

Turizm sektorunun strateji gələcəyi Bakıda müzakirə edildi

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və SKAL International Baku-nun birgə təşkilatçılığı ilə 16 dekabr 2025-ci il tarixində Bakıda İllik Turizm Dəyərləndirilməsi adlı mühüm tədbir keçirildi. Tədbir paytaxtın nüfuzlu məkanlarından biri olan Qafqaz City Hotel-də baş tutdu.
Newscenter.az xəbər verir ki, tədbir çərçivəsində təşkil olunacaq əsas panel müzakirəsinin mövzusu “2025-ci ilin Turizm Dinamikası və 2026-cı ilə Baxış” olacaq. Paneldə Azərbaycanın turizm destinasiyası kimi rəqabətqabiliyyətli mövqeyinin gücləndirilməsi, dəyər əsaslı turizm məhsullarının yaradılması, eləcə də təchizat (tədarük) dəyər zəncirində innovativ yanaşmaların tətbiqi məsələləri müzakirə edildi.

Dövlət və özəl sektor bir platformada
Panel müzakirəsində dövlət qurumlarının nümayəndələri, turizm assosiasiyaları, hotellər, turizm və aviaşirkətlər, sağlamlıq və termal turizm müəssisələri, eləcə də sahə üzrə ekspertlər iştirak etdi. Müzakirələr zamanı 2025-ci ilin turizm nəticələri təhlil olunacaq, qlobal və regional trendlər fonunda Azərbaycanın turizm bazarındakı mövqeyi qiymətləndirildi və 2026-cı il üçün strateji prioritetlər müəyyənləşdirildi.
Tədbirin açılışında SKAL International Baku klubunun prezidenti Ceyhun Aşurov, Qafqaz City Hotel-in baş direktoru Halil Duru, turizm sektorunun tanınmış nümayəndələri və AHTTSA rəhbərliyi çıxış etdi.

Panel müzakirəsinin moderatoru AHTTSA İdarə Heyətinin sədri Ruslan Quliyev oldu. Panelistlər sırasında:
• Doğan Tomris – Turan Qastro Turizm Mərkəzinin həmtəsisçisi
• Ariz Cəbrayılov – Baku Med Travel-ın təsisçisi, tibb və sağlamlıq turizmi üzrə ekspert
• Zöhrab Məmmədov – AJET Hava Yollarının Azərbaycan üzrə GSA təmsilçisi
• Nizami Həsənov – Aristokrat Travel şirkətinin regional turizm operatoru
yer aldı.
Paneldən sonra qonaqlar üçün sual-cavab sessiyası, praktiki təkliflərin və real sektor problemlərinin müzakirəsi, eləcə də geniş şəbəkələşmə (networking) imkanı yaradıldı.
Məqsəd: rəqabətqabiliyyətli və dayanıqlı turizm

Tədbirin əsas məqsədi turizm sənayesində innovasiya, davamlılıq və sektorlararası əməkdaşlığın gücləndirilməsi yolu ilə Azərbaycanın beynəlxalq turizm bazarında rəqabət üstünlüyünün artırılmasına töhfə verməkdir. AHTTSA və SKAL International Baku bu təşəbbüslə turizm ictimaiyyəti üçün açıq dialoq platforması yaradaraq dövlət–özəl sektor əməkdaşlığının dərinləşdirilməsini hədəfləyir.
Sonda AHTTSA-nın yeni üzvlərinə sertifikatlar, əməkdaşlıq edən qurumlara təşəkkürnamələr və TQTA məzunlarına diplomlar təqdim edildi.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Dekabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri