Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Orta Dəhlizin gələcəyi Bakıda müzakirə edildi əsas istiqamətlər

Orta Dəhlizin gələcəyi Bakıda müzakirə edildi əsas istiqamətlər

Icma.az bildirir, Modern.az portalına istinadən.

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Orta Dəhliz: regional ticarət, bağlantı və dəyər zəncirləri” mövzusunda panel sessiya keçirilib.

Modern.az xəbər verir ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: regional ticarət, bağlantı və dəyər zəncirləri” panelində ABŞ-Azərbaycan tərəfdaşlığı, TRIPP və regional bağlantı imkanları, eləcə də Orta Dəhlizin ticarət, investisiya və regional dəyər zəncirlərinin inkişafındakı rolu müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Orta Dəhliz: regional ticarət, bağlantı və dəyər zəncirləri”  mövzusunda panel sessiya keçirilib.

Sessiyanın “ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlığı: TRIPP və yeni bağlantı imkanları” mövzusuna həsr edilmiş birinci hissəsinə iqtisadiyyat nazirinin müşaviri Taleh Ziyadov moderatorluq edib.

Tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxış edərək ABŞ-Azərbaycan tərəfdaşlığı, yeni regional bağlantı imkanlarının Cənubi Qafqazda davamlı sülh və sabitliyin möhkəmləndirilməsinə verə biləcəyi töhfələr barədə məlumat verib.

Paneldə Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov, ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon, “Bechtel” şirkətinin biznesin inkişafı üzrə direktoru Qabor Gerentser, “Apollo” şirkətinin idarəedici direktoru  Conatan Bar, “Centricus” şirkətinin tərəfdaşı Halil Emecen, ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışov iştirak ediblər.

Paneldə ABŞ–Azərbaycan strateji tərəfdaşlığının inkişafı, enerji və infrastruktur layihələrində əməkdaşlıq, özəl sektorun iştirakı və investisiya imkanları müzakirə olunub. Həmçinin ABŞ şirkətləri və investorları üçün Azərbaycanda yaradılan imkanlar, strateji infrastrukturun inkişafı və regional enerji bağlantılarının genişləndirilməsi istiqamətində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Panel sessiyanın II hissəsi “Orta Dəhliz: regional ticarət, bağlantı və dəyər zəncirləri” mövzusuna həsr edilib.

“Euronews”un büro rəhbəri Nadira Tüdorun moderatorluğu ilə keçirilən sessiyada  Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Türkmənistanın maliyyə və iqtisadiyyat nazirinin müavini Perhat Yağşiyev, Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Aidar Abildabekov, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin ticarət məsələləri üzrə müşaviri Yu Honqçi, Almaniya Şərq Biznes Assosiasiyasının (OA) icraçı direktoru Maykl Harms, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze, “Kibar Holding”in baş icraçı direktoru Haluk Kayabaşı, Beynəlxalq Maliyyə Korporasiyasının Qərbi Balkan və Cənubi Qafqaz üzrə direktoru Vibke Şlömer iştirak ediblər.

Sessiyada Orta Dəhlizin dayanıqlı Şərq–Qərb ticarət və logistika platforması kimi inkişafı, Transxəzər bağlantısının və multimodal nəqliyyat infrastrukturunun gücləndirilməsi, dəmir yolu, liman və logistika imkanlarının genişləndirilməsi, eləcə də Mərkəzi Asiya, Azərbaycan və Çin arasında ticarət və investisiya əlaqələrinin inkişafı məsələləri müzakirə olunub. İnfrastrukturun dövlət-özəl tərəfdaşlığı, çoxtərəfli maliyyə institutları və özəl kapital hesabına maliyyələşdirilməsi, tranzit imkanlarının istehsal, emal və əlavə dəyər yaradan fəaliyyətlərlə əlaqələndirilməsi, regional sənaye əməkdaşlığının və dəyər zənirlərinə inteqrasiyanın genişləndirilməsi məsələlərinə də diqqət yetirilib.

Müzakirələrdə Azərbaycanın Mərkəzi Asiya, Cənubi Qafqaz və qlobal bazarlar arasında strateji keçid platforması kimi mövqeyinin, nəqliyyat-logistika imkanlarının istehsal və regional dəyər zəncirlərinin inkişafı ilə əlaqələndirilməsinin investisiya və iqtisadi əməkdaşlıq üçün yaratdığı imkanlar vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Sentyabr 2026 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see290

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see284

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see272

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see267

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see267

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see264

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see263

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see259

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see258

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see252

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see236

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see235

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see232

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see227

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see226

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see225

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see225

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see221

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see220

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri