Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Turizm: regionların inkişafına aparan yol

Turizm: regionların inkişafına aparan yol

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Turizm regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi baxımından önəmli rola malikdir.

Azərbaycan zəngin təbiəti ölkəmizə, həmin regionlara səfər edən turistləri heyran etməklə yanaşı, turizmin inkişafına da zəmin yaradır.

Regionların sosial-iqtisadi inkişafı üçün turizmin təsirləri barədə Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, son illərdə turizm sektorunun ölkənin iqtisadi inkişafındakı rolu müzakirələrin mərkəzində dayanır. Onun sözlərinə görə, turizm bəşər tarixi boyu sosial-iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi üçün mühüm vasitə olmaqla yanaşı, həm də sosial tərəqqidə əsas rol oynayıb.

A.Badamov nəzərə çatdırıb ki, ötən illər ərzində bir çox inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr turizmi öz ölkələrinin davamlı inkişafı üçün bir seçim kimi nəzərdən keçiriblər:

“İqtisadi artıma töhfə verən turizmin əhəmiyyəti o qədər geniş şəkildə qəbul edilir ki, bütün dünyada ildən-ilə onun inkişafına böyük sərmayələr qoyulmağa davam edir. Siyasət mexanizmlərinin, potensialın yaradılması və maarifləndirmə proqramlarının işlənib hazırlanması, yerli iştirak, yaxşı təcrübə və faktiki tətbiq üçün təlimatlar vasitəsilə davamlı turizmin təşviqi əsas məqsədlər olaraq qalmaqdadır”.

Müsahibimiz hesab edir ki,  turizm yoxsulluğun aradan qaldırılmasına, davamlı istehsal və istehlaka birbaşa dəstək verməyi hədəfləməlidir. Deputat vurğulayıb ki, turizm bazarının spesifikliyi və müasir turizm məhsullarının çoxsaylı iqtisadi və qeyri-iqtisadi fəaliyyətlərlə əlaqəsi turizmin sosial-iqtisadi təsirlərinə səbəb olur:

“Turizmin inkişafı bir sıra digər fəaliyyət növləri üçün də imkanlar yaradır ki, bu da o deməkdir ki, turizm ümumi iqtisadi inkişafa təkan verən mühüm amildir. Bu sahə inkişaf etməmiş ölkələrin və regionların ümumi sosial-iqtisadi inkişafında xüsusilə mühüm rol oynayır. Turizm müsbət sosial-iqtisadi inkişafa töhfə verə bilər, lakin eyni zamanda, turizm məkanının qeyri-adekvat və nəzarətsiz idarə olunması mənfi sosial-mədəni, həm də iqtisadi nəticələrə səbəb ola bilər. odur ki, düzgün strategiyanın qurulması son dərəcə mühümdür”.

Azər Badamov: Turizm müsbət sosial-iqtisadi inkişafa töhfə verə bilər

Millət vəkilinin fikrincə, turizmi inkişaf etdirmək üçün ərazinin xarakteristikası hərtərəfli nəzərə alınmalı, potensialı dəyərləndirilməlidir. A.Badamov əlavə edib ki, burada iqlim, ekoloji şəraitin unikal müxtəlifliyi, ərazinin sosial-iqtisadi qeyri-bərabərliyi üçün ilkin şərtlər yaradan təbii-resurs potensialının əhəmiyyətli dərəcədə fərqlənməsi əvvəlcədən müəyyən edilir.

Həmsöhbətimiz həmçinin həyat səviyyəsi və keyfiyyətindəki fərqlərin güclənməsinin ayrı-ayrı rayonların iqtisadi potensialından kifayət qədər istifadə edilməməsinə səbəb olduğunu söyləyib.

Azər Badamov bildirib ki, regionların sosial-iqtisadi inkişafının nəzərə alınmaması və ya bir-biri ilə əlaqənin zəif olması son nəticədə cəmiyyətdə gərginliyin artmasına gətirib çıxarır ki, bu baxımdan regionların müstəqil, təbii iqtisadi inkişafına şərait yaradılmalıdır.

MM üzvü onu da diqqətə çatdırıb ki, turizmlə birbaşa əlaqəsi olan məsələlər ölkədə hava limanlarının olmasıdır. O izah edib ki, hava limanları qlobal nəqliyyat şəbəkələrində mühüm rol oynayır, insanların, malların və xidmətlərin hərəkətini asanlaşdırır, eyni zamanda iqtisadi artım üçün katalizator rolunu oynayır:

“Hava limanları iqtisadiyyatda həlledici rol oynamaqla öz funksiyalarını sadəcə təyyarələrin qalxdığı və endiyi yer olaraq müəyyənləşdirmir. Onların əhəmiyyəti müxtəlif yollarla yerli, regional, milli və kontinental səviyyələrdə aviasiya ekosistemindən daha geniş iqtisadiyyata yayılaraq iqtisadi fəaliyyətin çoxsaylı təbəqələrini əhatə edir”.

Deputatın dediyinə görə, bütün bu vacib amillər nəzərə alınmaqla hava limanının fəaliyyətində uzunmüddətli davamlılığının təmin edilməsi Azərbaycanın önəm verdiyi əsas istiqamətlərdən biridir:

“Azərbaycan işğaldan azad olunmuş ərazilərdə hava limanlarının mövcudluğuna xüsusi önəm verir. Bu isə ondan xəbər verir ki, Qarabağın sürətli bərpası hərtərəfli davam edir. Bu həm də Qarabağın hava qapısının daha geniş açıldığının göstəricisidir. Bu qapılar dünya siyasətinə açılır. Modern standartlara cavab verən hava limanlarının qısa zaman kəsiyində və yüksək keyfiyyətlə istifadəyə verilməsi dövlətimizin qüdrətinin, dövlət başçımızın yürütdüyü siyasətin prinsipiallığının nəticəsidir. İşğaldan azad edilmiş rayonlarımızın nəinki tezliklə bərpası prosesinin yekunlaşması, həmçinin bu regionların beynəlxalq aləmə və qlobal iqtisadiyyata inteqrasiyası əsas məqsədlərdən biridir. Hava limanı bölgəyə səfər edən insanların rahatlığının təmin edilməsinə, turizmin sürətli inkişafına xidmət edəcək”.

Qarabağın otuz ilə yaxın işğal altında saxlanılması, torpaqlarımızın xarabalıqlara çevrilməsindən ardından çox çətin bir yolun təməlinin qoyulduğunu xatırladan həmsöhbətimiz qeyd edib ki, bu torpaqlara yeni nəfəs gətirməklə yanaşı, həm də onun bütün potensialı üzə çıxarılmalı idi:

“Odur ki, Qarabağ bərpa edilərkən regionun sosial və iqtisadi inkişafı yenidən nəzərdən keçirilib. Bölgənin qış və yay potensialı olduqca zəngindir ki, bu da onun inkişaf səviyyəsinə müsbət təsir edəcək”.

A.Badamov hesab edir ki, yenidənqurma işləri aparılarkən əsas məqsədlərdən biri məhz turizmin inkişafı üçün çalışmaq, o cümlədən bu sahənin sosial-iqtisadi duruma təsirini genişləndirmək idi.

Deputat müharibədən dərhal sonra bərpa işləri aparılan zaman başlıca məqsədin daxili turizmin inkişafı, habelə xarici turizmin formalaşması üçün əhəmiyyətli tədbirlərin görülməsi olduğunu vurğulayıb. Dediyinə görə, sözügedən torpaqları ziyarət etmək ölkə vətəndaşlarının olduğu qədər xarici turistlərin də maraq dairəsindədir:

“Buna görə də 2020-ci ildən başlayaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında turizmin inkişafına xüsusi diqqət göstərilir. Zəngəzur dəhlizinin yaradılması, “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyalarının tətbiqi, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağın yaşıl enerji zonasına çevrilməsi ondan xəbər verir ki, bölgənin sadəcə ayağa qaldırılması deyil, müasir standartların nəzərə alınması ilə bütün bu işlərin icrası Azərbaycan dövlətinin əsas hədəfidir”.

Turizm üzrə ekspert Ceyhun Aşurov Bakıvaxtı.az-a bildirib ki, COVİD-19 pandemiyasından sonra ölkədaxili turizmin aktivliyi nəzərəçarpacaq dərəcədə artıb. Onun sözlərinə görə, xaricə səfərlər əvvəlki səviyyədə bərpa olunmayıb, buna görə də insanlar daha çox regionlara üz tutur.

C.Aşurov hesab edir ki, hər bir uğurlu turizm ölkəsinin əsas məqsədlərindən biri turist axınının və istirahət fəaliyyətlərinin ilboyu, bütün təqvim dövrünə bərabər şəkildə paylanmasını təmin etməkdir:

“Lakin yay aylarında artan tələbat qiymətlərin yüksəlməsinə səbəb olur. Bunun qarşısını almaq üçün bir çox ölkələr mövsümün pik olmayan dövrlərində müxtəlif tədbirlər, konfranslar, konqreslər, seminarlar və festivallar təşkil edirlər. Bu cür təşəbbüslər turizm sənayesinə ciddi dəstək olmaqla yanaşı, tədbirlərin daha münasib qiymətlərlə həyata keçirilməsinə də imkan yaradır”.

Ceyhun Aşurov: Pandemiyadan sonra ölkədaxili turizmin aktivliyi artıb

Ekpert nəzərə çatdırıb ki, belə tədbirlərin davamlı şəkildə təşkili və xüsusilə regionlarda yayğınlaşması turist axınının ilboyu davamlılığını təmin edir. Vurğulayıb ki, bu öz növbəsində bölgələrdə fəaliyyət göstərən turizm sənayesi nümayəndələrinin işlərini daha planlı şəkildə qurmasına şərait yaradır.

“Digər vacib məsələ isə regionlardakı beynəlxalq hava limanlarının səmərəli fəaliyyətidir. Bu, təkcə ölkədaxili deyil, xaricdən gələn turistlərin sayının da artmasına səbəb ola bilər”,- deyə Ceyhun Aşurov qeyd edib.

Mina Mikayılova

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 İyul 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see694

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see290

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see290

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see272

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see269

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see264

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see257

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see257

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see256

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see254

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see248

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see239

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see235

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see234

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see234

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see230

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see229

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see222

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see221

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri