Turizm zonalarında qadağan edilmiş fəaliyyətə görə cərimələr müəyyənləşir Yeni Çağ Media
Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Turizm və rekreasiya zonalarının ərazisində qadağan edilmiş fəaliyyətlə məşğul olmağa görə cərimələr müəyyənləşir.
Yenicag.az xəbər verir ki, bu barədə İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, turizm və rekreasiya zonalarının ərazisində “Turizm haqqında” qanunla qadağan edilmiş fəaliyyətlə məşğul olmağa görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə ediləcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib./unikal
www.yenicag.az
Baxış sayı:118
Bu xəbər 10 Dekabr 2024 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















