Icma.az
close
up
RU
ODURMU “TÜRK OĞLU TÜRK”?!

ODURMU “TÜRK OĞLU TÜRK”?!

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Nurəddin İSMAYIL

“Ramiz Mehdiyevin Azərbaycanın müstəqilliyinə qarşı etdiyi hərəkətlər və barəsindəki ittihamlar onun akademiyanın üzvü qalmasına qətiyyən imkan vermir”. Dilzorraması, çaşqınlıqla səsləndirilən bu fikirlərin müəllifi Ramiz Ənvəroviç qaydasınca Elmlər Akadeimiyasının həqiqi üzvü seçilən akademik İsa Həbibbəylidir.

Deyilən, daha doğrusu deditdirilən bu fikir, keçmişi elmi zənginliklərlə dolu, indisi miskin, elmi yoxsunluq içində əriyib gedən akademiyamız haqqında dolğun mənzərəyə qapı açır. Özü də, tək milli akademiyaya deyil, saxta elmi adların, titulların verildiyi bütün sahələrə. Adamdan soruşmaq gərək, sən hansı elm tədqiqatlara imza atdın, elmimizə hansı yeniliklər gətirdin ki, akademiyaya müxbir üzv olmadan, akademiyanın həqiqi üzvü oldun? Qonşu Ermənistanda, Gürcüstanda elmin bu cür bazarlanmasını, bilgisiz, elmi nailiyyəti olmayan insanların saxtakarlıqla elmlər doktoru, professor olmasını, akademiyaya həqiqi üzv seçilməsini təsəvvür etmək belə çətindir.

Orta məktəblərdən ali məktəblərə, ali məktəblərdən müxtəlif elmi institutlara, oradan da elmin ən yaksək səviyyəli təhsil və tədqiqat müəssisəsi olan akademiyaya qədər daşınan bu akademik saxtakarlıqların səbəb-nəticə əlaqləri barədə dərindən düşünməyə dəyər.

Ramiz Ənvəroviçin akademiklik məsləsinə gəlincə, əslində bu faktı onun hakimiyyət uzurpasiyasından irəli gələn məsələ kimi dəyərləndirmək olar. O, daşıdığı vəzifələrin ona verdiyi səlahiyyət hüdudlarından kənara çıxaraq, ona aid olan və olmayan bütün sahələri zəbt edərək, tayfa-klan siyasətini həyata keçirmiş və bu milli bölücü siyasətdən şəxsi mənafeyi üçün geninə-boluna bəhrələnmişdir.

Onun dölətə xəyanət kimi ağır maddələr üzrə ittiham olunduğu məsələləri, Dövlət Təhlükəsizliyi Xidmətinin müstəsna səlahiyyətinə daxil olduğuna görə qoyaq bir tərəfə. Lakin insan öz həddini bilməzmi? Doğrudanmı o, akademik yox ha, sözün əsl mənasında kiçik elmi işçi səviyyəsində bilgisizliyinin fərqində olmamışdır? Fikrimizcə olmuşdur. Sadəcə adam hesab edib ki, cilddən cildə düşə-düşə, ona-buna badalaq gəlməklə məmurluğun ən yüksək pilləsinə çatıbsa, demək bu yolla elmin də ən yüksək akademik zirvəsini fəth etməlidir.

Təəssüflər olsun ki, bu hal təkcə ona aid deyil. Bir çox məmurların tutduğu vəzifədən sui-istifadə edib, elmi adlar əldə etməsi o qədər kütləvi hal aldı ki, sonda mərhum dövlət başçısı bu mövzuya kəskin reaksiya verdi və bu biabırçılığa son qoymağı tələb etdi. Görünən odur ki, bu xəbərdarlıqlar yüksək elmi adlar xəstəsi adamların halını dəyişmədi və yoldaş Ənvəroviç öz tərəfdarlarına ona ünvanlanan təriflərdə “akademik Ramiz müəllim” deyə müraciət etməyin gizli göstərişini verməkdən çəkinmədi.

Bu gün də bəzi ağzı göyçəklər Ramiz Ənvəroviçin dövlətçilik təcrübəsindən, elmi nailiyyətlərindən, dövlət ərkanına xas zəkasından dəm vurur, türk oğlu türk kimi onun şərəfli şəcərəsindən xalqa leksiya oxuyur, son otuz ildə iqtidarın yetirdiyi ən layiql kadrı olmasını gözə soxurlar.

Əfəndilər, türk oğlu türk olan bəndə, ona Qarabağın işğaldan azad olmasına münasibət bildirməyi istəyən jurnalistə “Məni bu işlərə qatmayın” cavabını verə bilərdimi? Fürsət düşdükcə, protokolla ya protokoldan kənar, hesabatlı olduğu Rusiyaya dördnala çapan, qardaş Türkiyəyə isə ayaq basmağı özünə ar bilən birinə, dil necə dönüb dövlət adamı desin?

Elmi cameə 2001-ci il AMEA-ya seçkilər zamanı Ramiz Ənvəroviçin Azərbaycanda türkologiyanın dev adamı mərhum Tofiq Hacıyevə yaratdığı əngəlləri, onu müxbir üzvlüyünə yaxın buraxmamaq üçün qurduğu oyunları yaxşı xatırlayır. Yalnız mərhum ölkə Prezidenti H.Əliyevin bu işə müdaxiləsindən sonra T.Hacıyev 2001-ci ildə akademiyanın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü oldu.

Onun yeddi nəsil şəcərəsini araşdırıb türk olduğunu bəlağət edənlərə sualımız var: Yeddi nəsil o yana şəcərəsi türk olan birisi necə olur da, təpədən dırnağa qədər türk olan, təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan bir türkololoqu, ədəbi dil tarixçisini dışlayıb, gözümçıxdıya salır?

Ramiz Ənvəroviçin Akademiyanın prezidenti olarkən milli ruhlu alimlərə hücum çəkməsinin digər bariz nümayəndəsi AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, hamının ləyaqətli insan kimi tanıdığı professor K.Şükürovdur. Tarixçi alimin o dövrdə R.Ənvəroviçin Tarix İnstitutunun inkişaf perspektivlərini əngəlləməsi, gənc alimləri didərgin salması, Akademiyanı intriqa mənbəyinə çevirməsi ilə bağlı mətbu açıqlamaları və sonda təzyiqlərə məruz qalan alimin istefa ərizəsi yazması yaddaşlardan silinməyib.

Növbəti yazılarımızda R.Ənvəroviçin Azərbaycan elminin başına gətirdiyi oyunlardan, milli düşünən əsl elm adamlarını necə sıxışdırmasından, Akademiyanın elmi, milli ruhunu necə zədələməsindən bəhs edəcəyik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Dekabr 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see367

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see278

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see234

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see217

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see216

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see209

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see200

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see196

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see192

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see187

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see180

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see175

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see170

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see160

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see157

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see157

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see156

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see155

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see151

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri