Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

“Həkim məsləhəti” rubrikamızda

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

Netanyahu ABŞ yə səfər edəcək

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

TÜRK BÖLMƏSİ VƏ TÜRK TƏHSİL MODELİ

TÜRK BÖLMƏSİ VƏ TÜRK TƏHSİL MODELİ

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

dos. Şəmil Sadiq,

Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, Turan Balabilgə Akademiyasının prezidenti

Qloballaşma dövründə təhsilin artıq təkcə məktəb və universitet divarları ilə məhdudlaşan bir sahə olmadığını hamımız yaxşı bilirik. Bu gün təhsil sistemləri dövlətlərin iqtisadi, mədəni və ideoloji təsir alətlərindən birinə çevrilib. Bir çox ölkələr yaratdıqları təhsil modellərini sistemləşdirir, brendləşdirir və bu modelləri dünya miqyasında yaymaqla həm maddi, həm də strateji qazanc əldə edirlər. Düzdür, bunu özəl sektorun əli ilə təqdim edir, birmənalı şəkildə bilirik ki, bu cür layihələrə birbaşa dövlətlər özləri dəstək olur.

Bizim də bu yazının yazının məqsədi mövcud qlobal təhsil modellərinə qısa nəzər salmaq, Türkiyənin bu sahədəki mövqeyini dəyərləndirmək və Türk dünyası üçün real, tətbiq edilə bilən “Türk Bölməsi” adlı təhsil modelinin niyə zəruri olduğunu ictimai müzakirəyə çıxarmaqdır.

Bu gün Cambridge, International Baccalaureate (IB), Pearson, Advanced Placement (AP) kimi sistemlər sadəcə tədris proqramı deyil, qlobal təhsil markalarıdır. Bu modellərin ortaq aşağıdakılardır:

•Mərkəzləşdirilmiş və standartlaşdırılmış kurikulum

•Beynəlxalq səviyyədə tanınan imtahan və qiymətləndirmə sistemi

•Akreditasiya və lisenziya əsasında davamlı maliyyə mexanizmi

•Dil və mədəniyyət üzərindən təsir gücü

Sözsüz ki, Bu sistemlər vasitəsilə təkcə bilik ötürülmür, eyni zamanda müəyyən bir dil (əsasən ingilis dili), dəyərlər sistemi və dünyagörüşü təqdim edilir. Başqa sözlə, təhsil burada “yumşaq güc”ün ən təsirli alətlərindən birinə çevrilir. Heç təsacüfi deyil ki, bütün ölkələr öz mədəniyyətini, dilini təbliğ etməyə xüsusi büdcə ayırır, bunun üzərində diaspor fəaliyyəti qururlar.

Məktəblər və valideynlərin bu təhsil sistemlərinə marağının da mərkəzində duran xüsusi səbəblər var. Bəzən elə düşünülür ki, bu cür bahalı təhsil sistemlərinə yönələnlər üçün təkcə keyfiyyət anlayışıdır. Daha profesional yanaşsaq, görərik ki, sadəcə keyifiyyət əsas deyil. Yeni qurulan məktəblər üçün:

- Kurikulum və imtahan hazırlamaq yükünü aradan qaldırır

- Hazır və beynəlxalq səviyyədə tanınan model təqdim edir

- Prestij və rəqabət üstünlüyü yaradır

Valideynlər isə əsasən bu səbəblərə görə seçim edirlər:

- Uşağın ingilis dilini yüksək səviyyədə öyrənməsi

- Xarici universitetlərə qəbul şansının artması

- Qlobal təhsil mühitinə inteqrasiya

- Gələcəkdə daha yaxşı iş imkanı əldə etmək

Nəticədə təhsil seçimi getdikcə daha çox rasional və strateji qərara çevrilir. Bütün bunlara diqqət yetirəndə təbii olaraq içimdə bir sual yaranır, axı Niyə hələ də Türk Təhsil Konsepti yoxdur, niyə hələ də türk ölkələrində ortaq kurikulumu olan bir sistem qurulmayıb? Niyə Türkiyə hələ də beynəlxalq səviyyədə tanınan, akreditasiyalı bir Türk təhsil modeli təqdim etmir?

Sözsüz ki, mən bu yazım bu sahəyə diqqət çəkməkdir. Gəlin bir türk təhsil modeli yaradaq, deyib, sabah da bunu elan etmək mümkün deyil. Amma indiyə qədər bu düşünülməli və tətbiq edilməli idi deyə düşünürəm. Könül istər ki, bu model Türk Akademiyası tərəfindən bütün türk dövlətlərinin birgə çalışması ilə ərsəyə gəlib, hamısında tətbiq edilərdi. Lakin Bu günün prizmasında baxanda isə ən yaxın görünən Türkiyə Cümhuriyyətinin bu sahədə atmalı olduğu addımdır. Çünki prosesin təşkili daha asan, daha tez başa gələndir. Çünki, türkiyə köklü universitet ənənəsinə, güclü akademik potensiala, Ortak dil, tarix və mədəniyyətə malik geniş Türk dünyasına, Yüksək mədəni cazibə gücünə malikdir. Həmçinin etiraf edək ki, Türkiyə həm siyasi, həm iqtisadi baxımdan bu işi öhdəsinə götürə biləcək ən güçlü türk ölkəsidir və bu gün Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, eləcə də İranda yaşayan azərbaycanlılar arasında Türkiyəyə güclü təhsil marağı var. Hər il on minlərlə gənc Türkiyədə oxumaq üçün universitetlərə müraciət edir. Türkiyə bu coğrafiyada akademik mərkəz kimi qəbul olununan qardaş ölkədir. Bu isə təkcə tələbə axını deyil, təhsil modeli ixracı üçün də böyük potensial deməkdir.

Bildiyimiz kimi Sovetlərdən ayrılan türk ölkələrində Rus bölməsi adlı bir ifadə var. Bu gün isə bu bölmənin nüfuzunun xeyli zəifləməsi və yaranan boşluq da bizə imkan veriri ki, Türk Təhsil Modeli adlı bölməni yaradaq. Bunu şərtləndirən bir neçə vacib məqam var: 

- Türk dövlətlərinin bu gün tarixdə heç vaxt olmadığı qədər yaxınlığı

- Rusiyanın regional təsirinin azalması

- Yeni nəslin rus dilinə marağının zəifləməsi

- Türkçə və ingilis dilinin yüksəlişi

-Türkiyə Türkcəsində elmi ədəbiyyatın yetərincə çoxluğu və tərcümənin zəngin olması Nəticədə təhsil sahəsində ciddi bir boşluq yaranıb. Bu boşluq ya düzgün doldurulacaq, ya da başqa güclər tərəfindən tutulacaq.

Bəlkə də, indi kimsə deyəcək ki, hazırda Türkiyənin bir çox ölkələrdə dövlət və özəl məktəbləri var. Qeyd etməliyəm ki, mövcud Türk məktəbləri yetərli deyil. Türkiyənin dəstəyi ilə fəaliyyət göstərən Maarif (özəl fomatda) məktəbləri və bəzi dövlət və özəl Türk məktəbləri əhəmiyyətlidir. Amma reallıq budur ki, bu məktəblər: Say baxımından azdır, Ümumi təhsil sistemini dəyişəcək miqyasda deyil, konkret bir modellə fəaliyyət göstərmir. Mənim təklifim isə bunu daha genişmiqyaslı və qlobal təsir yaratmaq üçün tək-tük məktəblər yox, model, proqram və akreditasiya sisteminin olmasıdır. Niyə hansısa bölgəmizdə bir məktəb bu konseptdən istifadə edə bilməsin, niyə hansısa başqa bir ölkə məhz Türk Təhsil Konsepti ilə təhsil verməyi seçə bilməsin? Məsələn, mən bir özəl məktəb sahibiyəm, istərdim ki, rus bölməsi əvəzinə türk bölməsi açım, amma burada çoxlu açıq suallar var, ən vacibi isə sonda məzun hansı diplomu alacaq?

Təklif etdiymiz “Türk Bölümü” və ya “Türk Təhsil Konsepti” aşağıdakı əsaslara söykənə bilər:

- Ortaq Türk dəyərləri sisteminə əsaslanan təhsil

- Türkiyə mərkəzli vahid və standart kurikulum

- Türk dili əsaslı, eyni zamanda çoxdilli (Türkcə–İngiliscə) təhsil

- Ortak Türk tarixi, ədəbiyyatı və mədəniyyəti

- Beynəlxalq standartlara uyğun qiymətləndirmə

- Türkiyə tərəfindən verilən akreditasiyalı diplom

Bu proqram istənilən ölkədəki dövlət və özəl məktəblər üçün müraciət əsasında açıq olmalıdır.

Bu modelin cazibəsini artıracaq əsas amil isə “Türk Bölümü” məzunlarına Türkiyə universitetlərində: Xüsusi kontenjanlar, Təqaüdlər, Qəbul və keçid üstünlüklərinin olmasıdır.

Bu gün təhsil sadəcə dərs prosesi deyil. Təhsil - dil, mədəniyyət, iqtisadiyyat və geosiyasətin kəsişdiyi strateji sahədir. Əminəm ki, Türkiyə öz tarixi, mədəni və intellektual potensialı ilə Türk dünyası üçün ortaq, güclü və rəqabətədavamlı təhsil modeli yarada bilər. Əgər buna nail olub, tətbiq edilərsə, məhz qardaş Türkiyənin, təhsil diplomatiyasını gücləndirər, Türk dünyasında ortaq akademik zəmin yaradar, Birlik ideyasını söz səviyyəsindən institusional səviyyəyə qaldırar.

Bu artıq bir arzu deyil, zamanı çatmış strateji zərurətdir. Mənsə 30 illik təhsil təcrübəmlə bu prosesin istənilən yerində könüllü olaraq dəstək verməyə cani-könüldən hazıram.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Dekabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see397

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see239

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see214

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see205

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see203

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see203

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see197

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see190

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see189

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see189

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

14 Sentyabr 2026 22:36see184

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see181

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

15 Sentyabr 2026 01:04see179

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see176

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

15 Sentyabr 2026 02:36see174

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see173

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

15 Sentyabr 2026 03:43see173

Netanyahu ABŞ yə səfər edəcək

14 Sentyabr 2026 22:19see171

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see162

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri