Icma.az
close
up
RU
Türk Birliyi artıq simvol deyil, real güc mərkəzidir Mustafa Özalp

Türk Birliyi artıq simvol deyil, real güc mərkəzidir Mustafa Özalp

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

TDT-nin media əməkdaşlığı qlobal informasiya savaşında oyunu dəyişəcək

Türk Dövlətləri Təşkilatının (TDT) Media və İnformasiya üzrə İşçi Qrupunun 12-ci iclası keçirilib. Toplantıda 2025-ci il üçün Fəaliyyət Planının icra vəziyyəti dəyərləndirilib və sənədin 2026-cı ilə uyğunlaşdırılaraq yenilənib. Həmçinin media və informasiya sahəsinə məsul nazirlərin və yüksək vəzifəli rəsmilərin 7-ci toplantısı üçün hazırlanan Kommünike layihəsi üzərində müzakirələr aparılıb.

Bununla yanaşı, növbəti toplantının keçirilmə yeri və tarixlərinə dair təqdim olunan təkliflər də iclasda müzakirə olunub.

Siyasi elmlər üzrə türk mütəxəssis, Yozqat Bozok Universitetinin müəllimi Dosent Dr. Mustafa Özalp Sherg.az-a açıqlamasında TDT-nin Media və İnformasiya İşçi Qrupunun 12-ci iclasının Türk dünyasında inkişafın getdikcə gücləndiyini göstərən önəmli bir addım olduğunu vurğulayıb:

"Bu inkişaf iqtisadi, siyasi və mədəni inteqrasiyalarla daha da güclənəcək. Bu kimi texniki və ixtisas tələb edən işçi qrupları siyasi mesaj verməkdən çox, praktik, ölçülə bilən və davamlı əməkdaşlıq sahələrinin yaradılmasına xidmət edir.

TDT ölkələrinin informasiya və media sahəsində birgə fəaliyyət qabiliyyətinin artması, düzgün məlumatın yayılması və dezinformasiya ilə mübarizə kimi mövzularda birlikdə çalışmaları vacibdir. Bu əməkdaşlıq ortaq kommunikasiya siyasətlərinin hazırlanmasına və onların beynəlxalq aləmdə daha görünən və təsirli olmalarına imkan verəcək. Bu cür toplantıların işi xüsusilə qlobal informasiya rəqabətinin çox intensiv olduğu bir dövrdə daha böyük əhəmiyyət daşıyır. Digər tərəfdən TDT çərçivəsində informasiya və media sahəsində ortaq fəaliyyət qabiliyyətinin artması, təşkilata qarşı informasiya sahəsində yarana biləcək təhdidlərin qarşısını ala biləcək. 2025 Fəaliyyət Planının qiymətləndirilməsi və 2026-cı ilə hazırlıq işləri, TDT çərçivəsində informasiya və media sahəsində ortaq fəaliyyət qabiliyyətinin artırılaraq daha da inkişaf etdirilməsini təmin edəcək. Təşkilatın fəaliyyət planlarını illik olaraq nəzərdən keçirməsi institusional yetkinliyin göstəricisidir". 

Mütəxəssis TDT-nin qısamüddətli gündəmlə deyil, strateji və davamlı bir vizyonla hərəkət etdiyini qeyd edib:

"Nazirlər səviyyəsindəki toplantı üçün Layihə Bəyanatının hazırlanmasına yönəlik işlər, təşkilatın qərar mexanizminin alt və üst səviyyəli qurumlar arasında ahəngdar şəkildə çalışdığını göstərir. Digər tərəfdən TDT daxilində informasiya və bankçılıq kimi mövzularla bağlı müxtəlif işçi qruplarının yaradılması ortaq mövqe və yanaşma formalaşdırmaq baxımından olduqca dəyərlidir.

Bu cür fəaliyyətlər Türk dövlətlərinin yalnız siyasi sahələrdə deyil, həmçinin kommunikasiya, media, mədəniyyət, iqtisadiyyat və texnologiya kimi sektorlarda da ortaq şəkildə hərəkət edərək əməkdaşlıq sahələrini genişləndirməyə çalışdığını göstərir". 

Ekspert “Türk Birliyi” anlayışının yalnız simvolik məna daşımadığını bildirib: 

"Bu addımlar “Türk Birliyi” anlayışının həmçinin möhkəm əsaslara söykənən təşkilati xarakter aldığını əks etdirir. Nəticə olaraq TDT-nin bu cür tematik işçi qrupları Türk dünyasının çoxşaxəli inteqrasiyasını gücləndirir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Noyabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri