Icma.az
close
up
RU
Türk Birliyinin dünya iqtisadiyyatında çəkisi artır

Türk Birliyinin dünya iqtisadiyyatında çəkisi artır

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Beynəlxalq dəhliz və kəmərlər bu ölkələrin qlobal önəmini yüksəldir

Türk Dövlətləri Təşkilatının (TDT) 2009-cu ildə Naxçıvan şəhərində keçirilən Zirvə görüşündən indiyədək qurum səmərəli inkişaf yolu keçib. Ötən müddətdə TDT 160 milyona yaxın insanın yaşadığı böyük bir coğrafiyada və qlobal miqyasda güclü təşkilat kimi tanınıb. Prezident İlham Əliyev TDT ölkələri ilə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri elan edib.  

Türkdilli ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi məqsədilə yaradılan və hazırda nüfuzlu beynəlxalq platformaya çevrilən bu təşkilatın əsas məqsədi ortaq dil, tarix, mədəniyyət və ənənələr əsasında siyasi, iqtisadi, mədəni və sosial sahələrdə inteqrasiyanı gücləndirməkdir. Azərbaycan bu təşkilatın əsas qurucu üzvlərindən biri kimi onun inkişafında mühüm rol oynayır. 

Xatırladaq ki, TDT 2009-cu il oktyabrın 3-də qurumun “Naxçıvan müqaviləsi” əsasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən təsis edilib. Daha sonra Özbəkistan və 2023-cü ildə Türkmənistan müşahidəçi kimi təşkilata qoşulub. Prezident İlham Əliyevin sözləri ilə desək, bu təşkilatın təməli təbii müttəfiqlər tərəfindən qoyulub və bu zaman tarix, mədəniyyət və ənənə amili diqqətdə saxlanılıb. 

TDT-nin təşəbbüsü ilə yaradılan bir sıra qurumlar üzv ölkələr arasında iqtisadi əməkdaşlığı davamlı olaraq gücləndirib. Məsələn, 2019-cu ildə təsis olunan Türk Ticarət və Sənaye Palatası üzv dövlətlərin iş adamları və ticarət qurumları arasında körpü rolunu oynayıb. Hər üzv dövlətin 100 milyon ABŞ dolları töhfə verməsi ilə yaradılan və 2024-cü ildə fəaliyyətə ­başlayan Türk İnvestisiya Fondu qarşısına regional layihələrə dəstək vermək, biznes mühitini stimullaşdırmaq və ortaq ­iqtisadi güc formalaşdırmaq kimi məsələlər ­mühüm vəzifələr kimi qoyulub. Bundan başqa TDT-nin Sadələşdirilmiş Gömrük Dəhlizi layihəsi isə üzv ölkələr ­arasında malların sərbəst və sürətli hərəkətini ­gerçəkləşdirmək məqsədi daşıyıb. 

Azərbaycan TDT-yə üzv ölkələrin iqtisadi əməkdaşlığının gücləndirilməsi istiqamətində bir sıra təşəbbüslərlə çıxış edib: 

– 2024-cü ildə Şuşada keçirilmiş Türk Dövlətləri Biznes Forumu çərçivəsində Qarabağın iqtisadi potensialı təqdim olunub;

– Orta Dəhliz layihəsində əsas tranzit ölkə kimi iştirak edən Azərbaycan, Bakı – Tbilisi – Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı ilə inteqrasiyanın əsas halqasına çevrilib.

Bu məqamda onu da qeyd edək ki, energetika sahəsində əməkdaşlıq da TDT-nin prioritet istiqamətlərindən biridir. Belə ki:

– Xəzər dənizi üzərindən Mərkəzi Asiya ölkələrinin neft və qaz ehtiyatlarının Azərbaycan vasitəsilə Avropaya daşınması üzərində işlər aparılır;

– Bərpaolunan enerji sahəsində əməkdaşlıq çərçivəsində “yaşıl” enerji layihələri təşviq olunur;

– Orta Dəhliz vasitəsilə multimodal nəqliyyat sistemlərinin yaradılması üçün strateji infrastruktur yatırımları davam edir.

Yeri gəlmişkən, təşkilata üzv ölkələr arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq yeni mərhələyə keçib. “Qardaş yumruğu” kimi ortaq hərbi təlimlər təşkilat üzvləri arasında müdafiə sahəsində koordinasiyanın göstəricisi kimi diqqətdə saxlanılıb. Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq çərçivəsində Azərbaycan qabaqcıl hərbi texnologiyaların tətbiqinə üstünlük verib. 

Hazırda 2023-cü ildə qəbul edilən TDT-nin Rəqəmsal Transformasiya üzrə Yol Xəritəsi çərçivəsində üzv ölkələr arasında “e-hökumət”, rəqəmsal iqtisadiyyat və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq da genişləndirilir. Transxəzər rəqəmsal magistral layihəsi çərçivəsində fiber-optik şəbəkələrin fəaliyyəti ilə üzv dövlətlər arasında məlumat axını asanlaşır. 

Azərbaycan Türk Dövlətləri Təşkilatında həm təşəbbüskar, həm də strateji mövqe tutan bir ölkə kimi çıxış edir. İstər iqtisadi layihələrdə, istər təhlükəsizlik əməkdaşlığında, istərsə də rəqəmsal transformasiya və mədəni dəyərlərin qorunmasında Azərbaycanın rolu təşkilatın güclənməsinə mühüm töhfə verir. Bütün bunlar isə TDT-nin gələcəkdə daha da genişlənərək Türk dünyasının qlobal aktor kimi çıxış etməsinin gerçəkləşəcəyini və bu istiqamətdə Azərbaycanın rolunun həlledici olacağını deməyə əsas verir. 

Azərbaycan lideri TDT-nin fəaliyyəti daim yüksək dəyərləndirib. Dövlətimizin başçısı ötən il fevralın 14-də yenidən ölkə Prezidenti seçilməsi münasibətilə keçirilən andiçmə mərasimindəki çıxışında TDT-yə üzv bütün ölkələrlə qardaşlıq münasibətləri olduğunu və dövlət siyasətimizin bu təşkilatı gücləndirmək məqsədi daşıdığını bildirib. Prezident İlham Əliyev daha sonra vurğulayıb: “İslam Əməkdaşlıq Təşkilatı da həmişə – həm işğal dövründə, həm işğaldan sonra, həm də İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı və ondan sonra Azərbaycanın yanında olub. Azərbaycan bu təşkilatın dəyərli üzvüdür”.

Bu, Prezident İlham Əliyevin Türk dünyasına verdiyi xüsusi önəmin, türk dövlətləri ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olmasının, həmçinin türk birliyi və həmrəyliyinin, TDT-nin bundan sonra da inkişaf edərək möhkəmləndirilməsinə əminliyin parlaq ifadəsidir.

Qeyd edək ki, Vətən müharibəsindən dərhal sonra qarşıya düşməndən təmizlənən torpaqlarda yaşayış məntəqələri salmaq, kənd təsərrüfatına yararlı sahələri minalardan təmizləyərək rəqəmsal və ən müasir təcrübə və texnologiyalara əsaslanan dayanıqlı kənd təsərrüfatı sistemi qurmaq kimi önəmli bir vəzifə qoyulub. TDT ölkələrinin iş adamlarında dost təəssübkeşliyinə əsaslanaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiya imkanları ilə tanış olmaq və bu coğrafiyada ən yaxşı təcrübə və texnologiyaları tətbiq etmək marağı da buradan irəli gəlib.

Hazırda Azərbaycan dövlətinin gələcəyə yönələn əsas hədəfi işğaldan azad olunan əraziləri bərpa edərək həmin torpaqların dəyər zəncirinə inteqrasiyasını təmin etməkdir. Bu gün düşməndən təmizlənən yaşayış sahələri rində böyük miqyasda bərpa-quruculuq işləri aparılır, minalar təmizlənir, yeni yollar, “ağıllı şəhər” və “ağıllı kənd”lər salınır. TDT-yə üzv ölkələr, xüsusilə, qardaş Türkiyə tərəfindən bu prosesdə fəal iştirak etmək diqqətdə saxlanılır.

TDT-nin Azərbaycana etimadı, diqqəti həm də respublikamızın dünya ölkələri üçün hazırda prioritetə çevrilən iqlim dəyişikliyi, su və torpaq ehtiyatlarının azalması, yüksək səviyyəli urbanizasiya kimi problemlərlə üzləşdiyi bir vaxtda respublikamızın bu çağırışlara biganə qalmaması ilə əlaqədardır. Çünki TDT üzv ölkələrdə, eləcə də Azərbaycanda yeni texnologiya və həllərin tətbiqi istiqamətində təcrübə mübadiləsi aparmaqla dayanıqlı inkişafa maraqlıdır.

Samir HEYDƏROV,
iqtisadçı-ekspert

TDT-yə üzv ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün son illərdə bir sıra layihələr reallaşdırılıb. Məsələn, Milli Məclisin 4 aprel 2023-cü il tarixli iclasında “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanan saziş təsdiqlənib. Bununla da TDT hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı məlumat mübadiləsi asanlaşıb. Başqa sözlə, belə bir layihənin icrası nəticəsində təşkilata üzv hökumətlər arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında məlumatların elektron şəkildə mübadiləsi gerçəkləşib, nəticədə sürətli yük daşımaları, o cümlədən yük daşımaların həcmində nəzərəçarpacaq dərəcədə artıma nail olmaq reallaşıb.

Türk dünyası hazırda beynəlxalq münasibətlərin yeni bir güc mərkəzi kimi mühüm önəm daşıyır və ciddi geosiyasi və geoiqtisadi çəkiyə malik olması ilə diqqət çəkir. Bunu statistik göstəricilər də təsdiq edir: Dövlət Gömrük Komitəsinin hesablamalarına görə, ötən il ərzində Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 6,893 milyard ABŞ dollarına yüksəlib. Hesabat dövründə bu təşkilata üzv ölkələrlə ticarət dövriyyəmiz respublikamızın ümumi ticarət dövriyyəsinin 14,5 faizinə bərəbər olub.

Onu da xatırladaq ki, “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” sazişin təsdiqlənməsi isə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu olan Orta Dəhlizin də praktiki əhəmiyyətinə müsbət təsir göstərib. Regionda baş verən yeni geosiyasi və geoiqtisadi reallıqlar çərçivəsində, Orta Dəhlizin Çindən Avropaya quru yolla daşınan yüklərin Qazaxıstan və Azərbaycandan keçərək ötürülməsi reallaşıb.

Çin yükləri Qazaxıstanın sərhəddə yerləşən Dostık dəmir yolu stansiyasından daxil olaraq birbaşa Aktau dəniz limanına daşınır və oradan bərə ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına gətirilir. Buradan isə Türkiyə və Gürcüstanın Qara dəniz limanları vasitəsi ilə Avropaya ötürülür.

Azərbaycan son illərdə Orta Dəhlizin təşviqinə öz töhfəsini verib. Belə ki, tranzit silsiləsində olan qurumlarda infrastrukturun yaxşılaşdırılması və müvafiq ötürücülük qabiliyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilib. Bununla da Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə ümumi yükdaşımanın həcmi 15 faiz artaraq 6,4 milyon ton təşkil edib ki, onun da 89 faizi tranzit yüklərin payına düşüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 May 2025 06:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see404

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see264

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see217

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see211

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see162

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see160

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see154

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see153

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see150

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see149

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see143

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see140

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see139

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see139

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see132

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see130

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see128

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see128

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see123

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri