Icma.az
close
up
RU
Türk dünyası birliyinin növbəti təntənəsi

Türk dünyası birliyinin növbəti təntənəsi

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Milli köklərimizlə, ortaq dəyərlərimizlə sıx bağlı olduğumuz türk xalqlarının, dövlətlərinin həmrəyliyi hər zaman Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olub. Türk Dövlətləri Təşkilatının beynəlxalq güc kimi müəyyənləşdirilməsində ölkəmizin Prezidenti cənab İlham Əliyevin birbaşa təşəbbüslərinin vacib rolu olub. Ötən il həyata keçirilən türkdilli ölkələrin güclərini birləşdirməsi öz aktuallığını qoruyub saxladığı bir dövrdə "türk dünyası ailəsi"nin həmrəyliyinin gücləndirilməsinə xidmət edən Qarabağın incisi Şuşada qeyri-rəsmi Zirvə görüşü XXI əsr Türk dünyasının inkişafı əsri olmasının əyani nümayişi oldu. Azərbaycan xalqının, Ulu Öndər Heydər Əliyevin Qarabağ, Şuşa arzularının çin olduğu müqəddəs torpaqda Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi, Qarabağ Bəyannaməsinin imzalanması Türk dünyasının günü-gündən daha sıx birləşməsinin təsdiqi idi.

Dünyanın qütbləşdiyi, geosiyasi proseslərin, müharibələrin aparıldığı bir zamanda Azərbaycanın təşəbbüsü ilə keçirilənTürk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü bu dəfə Macarıstanın paytaxtı Budapeştdə keçirildi.Türk dünyası birliyinin növbəti təntənəsi olan görüşdə çıxış edən Dövlət başçısı cənab İlham Əliyev Azərbaycan-Macarıstan münasibətlərindən məmnunluğunu ifadə edərək onu da qeyd edib ki, bu, Macarıstana 6-cı səfərimdir. Cənab Orban isə Azərbaycana 7 dəfə səfər etmişdir. Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır.

“Şərq və Qərbin Görüş Nöqtəsi” şüarı ilə işinə başlayan Zirvə görüşünün əsas hədəfi Şərq və Qərb arasında körpü rolunu oynamaq olub. Öz növbəsində təşkilatın ən fəal üzvü olan Azərbaycanın malik olduğu resurslardan səmərəli istifadə etmək məqsədilə reallığa çevirdiyi layihələrlə dövlətlər, xalqlar arasında körpü rolunu oynadığı reallıqdır. Təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyması,bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması da AzərbaycanınTürk dünyasına, birliyinə növbəti töhfəsidir.

Azərbaycanın türk dünyasının birilyinə xidmət edən hər bir addıma böyük dəstəyi, irəli sürdüyü təşəbbüslər özündə Türk Dövlətləri Təşkilatının gələcəyinə bir ərməğandır.Tədbirdə o da bidirildi ki, bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Dövlət başçısı İlham Əliyev Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündə tədbir iştirakçılarını Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət etdi.

Ölkə Prezidentimiz cənab İlham Əliyev Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündəki çıxışında Azərbaycanın türk dövlətlərinin birliyinə daha bir töhfəsindən, Orta Dəhliz layihəsindən geniş bəhs edərək bildirib ki, Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir.Türkiyәnin vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir.Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır.Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir.Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir.

Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq.Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu havalimanıyaxınzamanlardaistifadəyəveriləcək.9 beynəlxalqhavalimanından 3-ü Azərbaycanınerməniişğalındanazadedilmişərazisindədir.Həmçinin 1,5milyon ton yükqəbuletməimkanıolankarqoterminalıinşaedilir.

Göründüyü kimi, Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Türk birliyinin daha da güclənməsinə böyük təkan olan, ölkə başçımız cənab İlham Əliyevin təşəbbüsü ilə hər il keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşütürkdilli xalqların ürəyini dağa döndərir, onlar arasında yaxın dostluq və qardaşlıq əlaqələrini gücləndirir.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 May 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri