Icma.az
close
up
RU
TÜRK BİRLİYİNİN ARXİTEKTURASI YENİDƏN FORMALAŞIR

TÜRK BİRLİYİNİN ARXİTEKTURASI YENİDƏN FORMALAŞIR

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hazırda XXI əsrin üçüncü onilliyində yaşayırıq. krayna müharibəsindən sonra geosiyasi reallıqlar yenidən cızılır. Dünyanın müxtəlif  regionlarında, o cümlədən Avrasiya məkanında yaranmış yeni güc balansı yalnız siyasi deyil ; həm də ideoloji səviyyədə yeni mərkəzlərin formalaşmasına səbəb olur. Yeni güc mərkəzlərinin  formalaşması fonunda Türk dünyasının dirçəlişi və inteqrasiyası da təsadüfi proses deyil. Bu proses  sistemli şəkildə formalaşan yeni geosiyasi arxitekturanın əsas sütunlarından biridir.

Son illər Türkiyənin Orta Asiya ; yəni, tarixi Türküstan regionuna yönəlmiş siyasəti ardıcıllıqla davam edir.
Ankara artıq yalnız diplomatik deyil ; təhsil, müdafiə, miqrasiya və texnoloji əməkdaşlıq kimi strateji sahələrdə də “yumşaq güc” elementlərini  praktik olaraq həyata keçirir.
Bu günlərdə Özbəkstanın paytaxtı Daşkənd şəhərində  keçirilən Türkdilli Universitetlər Birliyinin 8-ci Baş Assambleyası bu baxımdan dönüş nöqtəsidir.
Tədbirdə 70-dən çox universitetdən 200 alim iştirak edib, 20-dən çox əməkdaşlıq müqaviləsi imzalanıb. Bu, sadəcə akademik əməkdaşlıq deyil — vahid türk təhsil məkanının təməl daşlarının qoyulmasıdır.
Türkiyə təhsil standartlarının tədbiqi, ortaq proqramların yaradılması və türk tələbələr üçün təqaüd mexanizmlərinin genişləndirilməsi -- Ankara üçün ideoloji və mədəni liderlik missiyasının zəruri hissəsidir. 
Artıq “Türk universitetləri diplomu” anlayışı tədricən geosiyasi brend səviyyəsinə yüksəlir.
Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyət göstərən Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) da bu arxitekturanın mühüm sütunlarından biridir. 
Dil birliyindən başlayaraq, qanunvericilik sistemlərinin yaxınlaşdırılması istiqamətində atılan addımlar -- vahid hüquqi platforma üçün baza yaradır.
TÜRKPA-nın təşəbbüsü ilə hazırlanan “vahid qanun platforması”-- türk, azərbaycan, qazax, qırğız və özbək dillərində işləyir və bu dillərin lüğət bazasını müqayisəli şəkildə təqdim edir. Bu layihə dil, hüquq və idarəçilik inteqrasiyasını bir sistemdə birləşdirir — yəni “Türk birliyi” artıq yalnız mədəni ideya deyil, idarəçilik və normativ reallıq halına gəlir.
Türkiyənin hərbi təcrübəsi və NATO standartlarına əsaslanan təlim proqramları türk dövlətlərinin ordularında vahid taktiki və strateji anlayışların formalaşmasına şərait yaradır. 
Türk zabitlərinin, pilotlarının və sərhəd mühafizəçilərinin Türkiyədə yetişdirilməsi ortaq təhlükəsizlik doktrinası anlayışını gücləndirir. Bu, yalnız müdafiə əməkdaşlığı deyil — geosiyasi şüurun formalaşdırılması prosesidir.
Prezident Rəcəb Tayyib Ərdoğanın türkdilli xalqlara əmək hüquqlarının sadələşdirilməsi ilə bağlı fərmanı -- Türk dünyasının iqtisadi və sosial inteqrasiyasına ciddi təkan verdi. Artıq türk respublikalarının vətəndaşları Türkiyədə daha sərbəst şəkildə işləyə bilirlər.
Bu qərar yalnız miqrasiya siyasətinin liberallaşdırılması deyil ;  vahid əmək bazarının təməlidir. Orta Asiyadan Türkiyəyə yönələn əmək axını - həm sosial, həm də iqtisadi cəhətdən birgə gələcək modelini möhkəmləndirir.
Türk dövlətıərinin yaxınlaşması Rusiya siyasətçiıərini narahat edir.
Son günlər Rusiya mediasının, xüsusilə “Nezavisimaya qazeta”nın məqalələrində hiss olunan narahatlıq, əslində, Türk Birliyi arxitekturasının yenidən formalaşmasından əmələ gələn  qorxunun təzahürüdür.
Moskva uzun illər Orta Asiya üzərində ideoloji və mədəni nəzarəti öz əlində saxlamışdı. Lakin son illərdə rus dilinin və rus modelinin nüfuzunun azalması fonunda, Türkiyənin mədəni və təhsil proqramları bu geosiyasi məkanda  ardıcıllıqla tətbiq olunur.
Rusiya mediasının “Türkiyə bölgədə NATO təlimlərini yayır” kimi iddiaları narahatlıqdan qaynaqlanır və əslində  reallığı əks etdirir. Çünki Türk birliyi artıq sadəcə romantik ideya deyil, real güc mərkəzidir.
Bu gün Türk Dövlətləri Təşkilatı (TDT), Türk Akademiyası, TÜRKPA, Türkdilli Universitetlər Birliyi və digər institutlar vahid məqsədə — Türk Birliyinin arxitekturasını sistemli şəkildə formalaşdırmağa xidmət edir.
Bu proses nə anti-Rusiya, nə də anti-Qərb yönümlüdür.
Bu, Türk xalqlarının öz gələcəyini öz əlləri ilə qurmaq cəhdidir.
Əgər 20-ci əsr “Avropa əsri” idisə ;  XXI əsrdə  Avrasiya coğrafiyasında Türk əsri üçün real zəmin formalaşır.

Qəvami SADIQBƏYLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Oktyabr 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri