Icma.az
close
up
RU
“Türk dili Azərbaycan üçün heç bir mənada “qorxulu” ola bilməz” Elmlər doktorundan Ayaz Salayevə CAVAB

“Türk dili Azərbaycan üçün heç bir mənada “qorxulu” ola bilməz” Elmlər doktorundan Ayaz Salayevə CAVAB

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Ayaz Salayevin “türk dili Azərbaycan üçün qorxuludur” ifadəsi kifayət qədər mübahisəli və düşündürücüdür. Bu fikrin arxasında hansı konteksti nəzərdə tutduğunu bilmək vacibdir. Əgər o, bunu siyasi və ya mədəni assimilasiya kontekstində deyibsə, bu, milli kimlik və dil siyasəti ilə bağlı daha geniş müzakirələrə yol açır. Lakin Azərbaycan dilinin digər türk dilləri ilə əlaqəsi və onlardan təsirlənməsi heç bir halda “qorxulu” ola bilməz, əksinə, dilimizin zənginləşməsi və inkişafı üçün yeni imkanlar yaradır".

Bu fikirləri filologiya elmləri doktoru Elçin İbrahim Redaktor.az-a kinorejissor Ayaz Salayevin fikirlərini şərh edərkən dedi. Onun sözlərinə görə, türk dilləri arasındakı əlaqələrin güclənməsi Azərbaycan dilinin inkişafına və nüfuzunun artmasına xidmət edə bilər.

"Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur və qədimdən bəri ortaq tarixi, mədəni və mənəvi bağlarımız var. Tarixən Azərbaycan dili həm qədim türk mənşəli sözləri qoruyub saxlamış, həm də müasir dövrdə Türkiyə türkcəsi və digər türk dillərindən yeni sözlər qəbul etmişdir. Bu, təbii prosesdir və dilin canlı orqanizm kimi daim dəyişdiyini, inkişaf etdiyini göstərir. Dilin qorunması və inkişafı üçün onun müstəqil olması vacibdir, lakin bu, digər türk dilləri ilə inteqrasiyaya və ortaq ünsiyyət vasitələrinin yaradılmasına mane olmamalıdır. Əksinə, ortaq türk terminologiyasının inkişaf etdirilməsi, elmi, texniki və ədəbi sahələrdə dilimizin digər türk dilləri ilə qarşılıqlı zənginləşməsi Azərbaycan dilinin güclənməsinə töhfə verə bilər. Türkiyə türkcəsindən və digər türk dillərindən alınan sözlər Azərbaycan dilinin zənginləşməsinə xidmət edirsə, bunu təhlükə kimi deyil, bir üstünlük kimi qiymətləndirmək lazımdır".

Elmlər doktorunun fikrincə, zamanında dilimizə çoxsaylı rus və fars mənşəli sözlər daxil olub və onların bir qismi istifadədə qalıbsa, bu gün həmin sözlərin yerini öz türkcəmizdən olan ifadələrə verməsi ancaq sevindirici haldır:

"Bu baxımdan, Azərbaycan dili həm Türkiyə türkcəsindən, həm də digər türk dillərindən çoxlu sayda özütürkcə sözlər qəbul edir. Bunun nəyi pisdir ki? Bu, milli kimliyimizin və dilimizin öz köklərinə qayıtması deməkdir. Azərbaycan dili digər türk dilləri ilə əlaqəli şəkildə inkişaf edirsə, bu, onun güclənməsinə, təsir dairəsinin genişlənməsinə və beynəlxalq nüfuzunun artmasına səbəb olacaqdır. Əgər Salayev bununla Azərbaycan dilinin fərdiliyinin itməsi təhlükəsini nəzərdə tutursa, burada yanaşma fərqli ola bilər. Hər bir dilin öz spesifikliyi qorunmalıdır. Ancaq bunu qorxu və təhlükə kontekstində təqdim etmək emosional və subyektiv yanaşmadır. Əksinə, ortaq türk mədəniyyəti və dili çərçivəsində inteqrasiya, Azərbaycan dilinin dünya miqyasında daha geniş yayılmasına və qəbul olunmasına imkan yarada bilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, “bizim bir ailəmiz var – Türk dünyası”. Bu prinsip, Azərbaycan dövlətinin və xalqının türk dünyası ilə inteqrasiya siyasətinin təməlində dayanır. Azərbaycan hər zaman türk dünyasının ayrılmaz parçası olub və bu ailənin güclənməsi üçün mühüm rol oynayır. Türk dövlətlərinin iqtisadi, siyasi və mədəni birliyi inkişaf etdikcə, ortaq dilin və ünsiyyətin güclənməsi də qaçılmazdır".

Elçin İbrahimov əlavə etdi ki, Ayaz Salayevin ifadəsi müasir dövrün reallıqları ilə üst-üstə düşmür. Alimin fikirncə, Türk dilləri arasında əlaqələrin artması, Azərbaycan dilinə yalnız fayda gətirə bilər və onun inkişafını, güclənməsini və təsir dairəsinin genişlənməsini təmin edər.

Türkan İSGƏNDƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Fevral 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri