Icma.az
close
up
RU
Müsəlman qadın Liderin xristian irsinin qorunmasında rolu: Mehriban Əliyeva və dinlərarası harmoniya… ŞƏRH

Müsəlman qadın Liderin xristian irsinin qorunmasında rolu: Mehriban Əliyeva və dinlərarası harmoniya… ŞƏRH

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri xanım Mehriban Əliyevanın müsəlman dininin daşıyıcısı olaraq Vatikanın Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsində iştirakı dinlərarası dialoq və mədəni irsin qorunması sahəsində mühüm nümunə kimi qiymətləndirilir. Bu təşəbbüs Azərbaycanın daxili və xarici siyasətində sadiq qaldığı prioritetlərdən biri olan dinlərarası dialoq prinsipinə uyğundur. Dinlərarası dialoq və dözümlülüyün yeni simvolu kimi bu təşəbbüs istər ölkə daxilində, istərsə də beynəlxalq müstəvidə dərin anlam daşıyır və çoxsaylı sahələr üzrə geniş perspektivlər açır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yeganə Hacıyeva səsləndirib.

Prezident İlham Əliyevin hər zaman Azərbaycanın dünyada sülhün və dostluğun tərəfdarı olduğunu xatırladan Y.Hacıyeva deyib: “Biz mədəni və dini müxtəliflikləri ölkəmizin zənginliyi kimi qəbul edir və qoruyuruq. Azərbaycanın Birinci vitse-prezidentinin xristian mədəni irsinə göstərdiyi hörmət və dəstək çoxmillətli, çoxdinli bir cəmiyyət modelinin gücləndirilməsində mühüm addımdır. Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olsa da, ölkəmizdə digər dini icmalara hörmət və tolerantlıq ənənəsi mövcuddur. Bu təşəbbüs dinlərarası dialoqun dərinləşdirilməsinə, fərqli dinlərə mənsub insanların birgə yaşamasına və əməkdaşlığının güclənməsinə xidmət edir. Ötən illərdə Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin birgə iştirakı ilə keçirilən dinlərarası dialoq forumları da regional və qlobal səviyyədə multikulturalizmin gücləndirilməsinə böyük töhfələr verir”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, bu forumlarda İslam, xristianlıq və iudaizm kimi fərqli dinlərin liderləri sülh və qarşılıqlı hörmət mesajları veriblər. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu təşəbbüsləri də günümüzdəki narahatedici çağırışların çoxluğu fonunda bütün dünyada, o cümlədən Azərbaycan ilə xristian dünyası arasında mədəni və dini körpüüçün yeni diplomatik imkanlar açır. Müasir diplomatiyada yeni yanaşma kimi mədəniyyət və din körpüsü mədəni irsin qorunması sahəsində əməkdaşlıq, diplomatik əlaqələrin dərinləşdirilməsi üçün etibarlı platformadır. Bu cür əməkdaşlıq həm dövlətlər arasında etimadı artırır, həm də sülhsevər və açıq xarici siyasətin göstəricisidir.

Yeganə Hacıyeva qeyd edib ki, Vatikanın rəsmi qəzetlərindən biri olan L’Osservatore Romano yazır: “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Kommodilla katakombalarının bərpası işində iştirakı dinlərarası həmrəyliyin gücləndirilməsi istiqamətində əhəmiyyətli addımdır, dünya xalqları arasında sülhün və dostluğun möhkəmlənməsinə xidmət edir”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü vurğulayıb ki, belə təşəbbüslər həm də ölkə daxilində mövcud olan çoxmillətli və çoxdinli cəmiyyət modelinin beynəlxalq təbliğinə xidmət edir. Müxtəlif dini icmalar arasında qarşılıqlı hörmətin inkişafı və birgə layihələr insanların bir-birini daha yaxşı anlamasına, ölkənin nüfuzunun yüksəlməsinə səbəb olur. Azərbaycanın müxtəlif regionlarda xristian və müsəlman icmaları arasında birgə həyata keçirdiyi humanitar layihələr modeli beynəlxalq səviyyədə dini icmaların əməkdaşlığının və qarşılıqlı inamın yüksəlməsinə səbəb olub. Ölkə daxilində də xristian və müsəlman icmaları arasında, məsələn, Gəncədə, Şəkidə keçirilən çoxdini mədəni tədbirlər bu harmoniya nümunələrindən sayılır.

O deyib ki, Azərbaycanın Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinə dəstək verməsi ölkəmizin beynəlxalq mədəni irsin qorunması sahəsində məsuliyyətli bir tərəfdaş ünvanı olmasını bir daha təsdiqləyir. Bu layihə Vatikanın rəsmi mediasında da müsbət işıqlandırılıb və dünya ictimaiyyətinə Azərbaycanın humanitar əlaqələrə, mədəniyyətlərarası dialoqa töhfəsini nümayiş etdirir. Azərbaycan mədəniyyətlərarası dialoq modelini həm ölkə daxilində, həm də beynəlxalq aləmdə tətbiq edir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi: mədəni irsin qorunması və dinlərarası harmoniya Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir.

“Azərbaycanın Birinci vitse-prezidentinin xristian irsinin qorunmasına verdiyi töhfə yalnız mədəniyyət və tarixlə bağlı bir addım deyil, həm də dinlərarası harmoniyanın və qarşılıqlı hörmətin inkişafında yeni mərhələnin başlanğıcıdır. Bu təşəbbüs Azərbaycanı dinlərarası dialoq və əməkdaşlıq sahəsində nümunəvi ölkələr sırasına daxil edir və beynəlxalq səviyyədə ölkənin imicini möhkəmləndirir. Bu, Azərbaycanın müxtəlif dinlər və mədəniyyətlər arasında sülhün, anlaşmanın təşviqi siyasətinə sədaqətini nümayiş etdirir. Bu amillər isə yalnız Azərbaycanın deyil, bütün regionun sabitliyi və rifahı üçün vacibdir”, - deyən Yeganə Hacıyeva söyləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri