Icma.az
close
up
RU
“Türk dilləri ailəsi: ortaq keçmişdən ortaq gələcəyə” FOTO

“Türk dilləri ailəsi: ortaq keçmişdən ortaq gələcəyə” FOTO

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə Respublikasının Gəncədəki Baş Konsuluğu və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Türk dilləri ailəsi: ortaq keçmişdən ortaq gələcəyə” adlı  konfrans keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin “İstiqlal marşı” səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş sözü ilə çıxış edərək bildirib ki, Türk dünyası ortaq tarixə, eyni köklərə və oxşar mədəniyyətə sahib böyük bir ailədir. Bizi birləşdirən əsas dəyərlər dilimiz, adət-ənənələrimiz və bir-birimizə olan hörmətimizdir. Bu gün türk dövlətləri bir-biri ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Təhsil, mədəniyyət, elm və iqtisadiyyat sahələrində qurulan əlaqələr xalqlarımızın daha da yaxınlaşmasına səbəb olur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dediyi kimi, bizim ailəmiz türk dünyasıdır. Ailə isə birlik, dəstək və etibar deməkdir. Türk dünyasının bir üzvü olaraq hər birimiz bu birliyin bir hissəsiyik və onu qorumağa borcluyuq. Xüsusilə gənclərin bu prosesdə rolu çox böyükdür.

Konfransda Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Recep Öztop çıxışında vurğulayıb ki, tarix və mədəniyyət baxımından min illərlə bir-birinə bağlı olan türk xalqları bu gün də ortaq dil və ideallar ətrafında birləşməkdədir. 2025-ci ildə Səmərqənddə keçirilən UNESCO-nun 43-cü Baş Konfransında 15 dekabr tarixinin Dünya Türk Dili Ailəsi Günü kimi qəbul edilməsi isə Türk dünyasının elm, mədəniyyət və dil birliyi baxımından son dərəcə əlamətdar və tarixi qərardır. Bu qərar yalnız türkdilli ölkələr arasında mədəni əməkdaşlığın gücləndirilməsi deyil, eyni zamanda türk xalqlarının ortaq mənəvi köklərinin, dil və dəyərlərinin beynəlxalq miqyasda tanınmasının parlaq göstəricisidir.

Konfransda Azərbaycanın türk dünyası ilə əlaqələrinin qurulmasında, münasibətlərin dərinləşməsində, habelə ölkəmizdəki tolerantlıq mühiti və azərbaycançılıq ideologiyasının inkişafında, Azərbaycan dilinin saflığının qorunmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusi qeyd edilib.

Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının müdiri Telman Quliyevin “Müasir dövrdə türk dilləri”, dosent Yadigar Əliyevin “Türk xalqlarının ortaq ünsiyyət dili məsələsi: problemlər və perspektivlər”, dosent Aytən Əhmədovanın  “Türk dili ailəsinin Oğuz qrupuna daxil olan xalqların bir qrup sözlərinin semantikası” mövzusunda məruzələri dinlənilib.

Daha sonra GDU-da təhsil alan Türkiyəli tələbələr  Esma Karak və  Şevval Baday türk xalqlarına həsr edilmiş şeirlər səsləndiriblər.

Konfrans çərçivəsində online formatda iştirak edən  Kafkaz Universitetinin professoru İlkin Qulusoy, Aydın Adnan Menderes Universitetinin professoru Ahmet Toksoy və  Özbəkistan Elmlər Akademiyası, Özbək dili, ədəbiyyatı və Folklor İnstitutunun dosenti Gulnoz Sattorova geniş məruzələrlə çıxış ediblər.

Konfransın sonunda  Türkiyə Ardahan Universitetinin professoru Şurəddin Məmmədlinin “Gürcüstanda Azərbaycan ədəbiyyatı məsələləri” və Ege Universitetinin əməkdaşı Asuman Gürman Şahinin “Keçmişdən günümüzə dil birliyimiz” mövzularında çıxışları video çarx şəklində izlənilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Yanvar 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri