Icma.az
close
up
RU
Çağdaş türk dilləri ailəsi

Çağdaş türk dilləri ailəsi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Dillərin təsnifinin məqsədi bütün dünya dillərini qruplaşdırmaq, onların mənimsənilməsini asanlaşdırmaq, hər dilin dünya dilləri sistemində yerini dəqiqləşdirməkdən ibarətdir. Dünya dillərinə aid qruplaşdırma və nəticələrə dair ümumiləşdirmələr aparılması dillərin hərtərəfli tədqiqi üçün geniş imkanlar yaradır. Buna görədir ki, dillərin öyrənilməsində genealoji təsnifdən tarixən geniş şəkildə istifadə olunub. Qədim Şərq dilçiliyində XI əsrdə Mahmud Qaşqarlı, ilk dəfə olaraq, türk dillərinin təsnifini verib. O, türk dillərini mənşəyinə görə qruplaşdırmağı zəruri hesab edib.

Dillərin qruplaşdırılmasında yaranma tarixinə, məzmun və mündəricəsinə görə coğrafi, tipoloji, stadial, funksional və genealoji təsnif diqqəti daha çox cəlb edir. Genealoji təsnif dilləri mənşə ümumiliyinə görə qruplaşdırır. Burada dillərin genetik birliyi, tarixi, bir-birinə qarşılıqlı münasibəti nəzərə alınmaqla qohumluğu müəyyənləşdirilir.

Material ümumiliyinə, genetik ortaqlığa malik olan dillər qohum hesab edilir, bir kökə mənsub olur. Dillərin qohumluğu fonetik, leksik, morfoloji və sintaktik oxşar və yaxın əlamətləri əsasında müəyyənləşdirildiyindən bütün komponentlərdə özünü göstərir. Dillərin qohumluğu müəyyən edilərkən təsadüfi halları deyil, dilin özünəməxsus xüsusiyyətlərini müqayisə etmək üçün onun qədim tarixinə nəzər salınır, oradan dilin özünə aid faktlar götürülür və başqa dillərlə müqayisə edilir.

Genealoji bölgüyə görə, müəyyən qohum dillər birlikdə dil ailəsini təşkil edir. Mövcud olan iyirmidən çox dil ailəsindən biri də türk dilləri ailəsidir. Altay dilləri tərkibində ən böyük dil ailəsi türk dilləridir. 23 dili əhatə edən bu dil qrupu bir sıra fonetik, leksik və qrammatik xüsusiyyətləri ilə başqalarından seçilir.

Türk dillərini dünya dillərindən fərqləndirən ən başlıca səciyyəvi xüsusiyyətlər: türk dillərində sait və samit fonemlərin fonetik cəhətdən mövqeyinin sadəliyi; bu dillərdə “e” qovuşuq səsinin və “nq” sağır nunun mövcudluğu; ahəng qanununun olması; heca vurğusunun sözün son hecası üzərinə düşməsi; şəkilçiləşmə xarakterinə malik olması və s.

Hazırda planetimizdə 300 milyona yaxın türksoylu insan yaşayır. Türk coğrafiyası – türklərin yaşadıqları ərazilər dünyanın olduqca böyük və geniş sahəsini əhatə edir. Yer üzündə türklər qədər geniş yayılmış ikinci bir milləti təsəvvür etmək çətindir. Dünyanın hər yerində türk insanları yurd salıb həyat sürürlər. Müasir Türk dünyası ucsuz-bucaqsız coğrafiyaya malikdir.

Türk xalqlarının əcdadları, ulu babaları miladdan əvvəl, iki min il bundan öncə Orta Asiyada yaşamışlar (bu haqda da müxtəlif fikirlər var), türklərin beşiyi, məskunlaşma mərkəzi Altay dağlarının şimalı və Yenisey çayının sahilləri olmuşdur. Həmin ərazilərdə bu gün də türk xalqları yaşayır. Türksoylu xalqların bəziləri bu qədim türk yurdlarında öz mövqelərini möhkəmlətmiş və oralara daha sıx bağlanmışlar.

Türklərin dünyaya yayılmasının tarixi eradan əvvəl Hun türklərindən başlamışdır. Ötən müddətdə türklər planetin dörd qütbünə yayılmışlar. Onlar Şərqdə Sakit okeana, qərbdə Avropanın mərkəzlərinə, şimalda Uzaq Sibirə, cənubda isə Hindistana qədər gedib çatmışlar. Türk boylarının başqa yerlərə yayılması müxtəlif dövrlərdə baş vermişdir. Türklərin Qafqaz ərazilərinə gəlmələri onlar üçün böyük əhəmiyyət kəsb etmişdir. Belə ki, Cənubi və Şimali Qafqaz bəzi türk tayfalarının başqa yerlərə, o cümlədən Kiçik Asiya və Avropaya keçməsində imkanlı bölgə, əlverişli yol olmuşdur. Azərbaycan ərazisinə türklərin gəlişi miladdan əvvəl VII əsrdən başlamışdır. İlk dəfə Azərbaycana sakalar (isteklər) gəlmiş və bu bölgədə uzun illər yaşamışlar. Onlardan sonra buraya gələnlər türk mənşəli albanlar olmuşlar. Uzun sürən alban hakimiyyətini midiyalılar əvəz etmişdir. II əsrdən Azərbaycan bölgəsinə hun türkləri, sonra xəzərlər, V əsrdə sabirlər və başqaları gəlmişlər. VI–VIII əsrlərdə – Göytürk hakimiyyəti illərində (552-744) Orta Asiyadan bir sıra türk tayfaları Azərbaycana gəlmişlər.

Müasir türkdilli xalqlar Orta Asiyada (Qırğızıstanda, Özbəkistanda, Türkmənistanda, Qazaxıstanda), Uzaq Şərqdə, Çində, Qafqazda, Rusiyada, İranda, İraqda, Kiçik Asiyada–Türkiyədə yaşayırlar. Bundan başqa, ABŞ-da, Fransada, Almaniyada, İngiltərədə, İtaliyada və digər ölkələrdə də xeyli türk yaşamaqdadır. 260 milyonluq dünya türklərindən 50 milyondan çoxu azərbaycanlıdır. Azərbaycanlılar türk xalqları arasında əhalinin sayına görə ikinci yeri tutur.

Türk tarixinin 2 min 500 ili, faktik olaraq, yazılı abidələr əsasında sübut olunur. Belə bir abidə Esik qəsəbəsində “Qızıl paltarlı adam” qəbrindən tapılan yazılı gümüş tabadır. Türkoloqlar yazının (iki sətirdən ibarətdir) 2 min 500 il bundan əvvələ aid olduğunu müəyyənləşdirmişlər. Lakin müxtəlif ölkələrin elm adamları bu tarixin daha da əvvəllərə aid olduğunu (Max Plansk 10 min ilə yaxın), türk dilini dünyanın ilk dili olduğunu söyləmişlər.

Vaxtilə ünsiyyətə xidmət etmiş aşağıdakı türk dilləri indi ölü dillərdir: oğuz dili, peçeneq dili, qıpçaq dili, xəzər dili, poloves dili, bulqar dili, qədim özbək dili və s.

Hazırda ünsiyyət vasitəsi kimi aşağıdakı müasir türk dillərindən istifadə olunur: türk dili, Azərbaycan dili, altay dili, özbək dili, başqırd dili, salar dili, çuvaş dili, şor dili , xakas dili, qumuq dili, tatar dili, karaim dili, tofa dili, qaqauz dili, tuva dili, qaraçay-malkar dili, qaraqalpaq dili, türkmən dili, qazax dili, uyğur dili, qırğız dili, yakut dili, noqay dili.

Türk dillərinin tədqiqi ilə dünyanın bütün ölkələrində məşhur türkoloqlar məşğul olmuşlar. 1893-cü il dekabrın 15-də danimarkalı alim Vilhelm Tomsen ilk dəfə qədim türk yazılı abidəsi olan Orxon-Yenisey daş kitabələrindəki yazıları oxuması ilə bağlı Danimarka Kral Akademiyasında məruzə edib. İlk olaraq “Tanrı” və “türk” sözlərini oxumağa müvəffəq olan alim qədim türk yazı mədəniyyəti və əlifbası barədə kəşfi ilə dünya elminə dəyərli töhfə verib. Buna görə də, UNESCO-nun 3 noyabr 2025-ci il tarixində Səmərqənddə keçirilmiş 43-cü Ümumi Konfransında 15 dekabr Dünya Türk Dili Ailəsi Günü kimi elan edilib.

Bu mühüm təşəbbüs Türk dillərinin qədim köklərini, zəngin mədəni irsini və xalqlarımızı birləşdirən ümumbəşəri dəyərləri bir daha ön plana çıxarır. Mədəni və dil müxtəlifliyinin qorunmasında aparıcı rol oynayan UNESCO çərçivəsində belə bir günün təsis edilməsi, eyni zamanda, Türk dünyasının qlobal miqyasda artan nüfuzunun və ortaq kimliyinin təsdiqidir.

Dünya dillərinin ailələşməsi bəşəriyyətin mədəni zənginliyini və tarixi əlaqələrini əks etdirir. Türk dilləri isə böyük coğrafiyada yayılmış, qədim yazılı ənənəyə malik və canlı inkişaf potensialına sahib olan bir dil ailəsidir. Bu ailənin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi UNESCO və türkdilli ölkələrin qarşısında duran strateji əhəmiyyətli vəzifədir.

Həcər HÜSEYNOVA,
filologiya elmləri doktoru, professor

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri