Icma.az
close
up
RU
Türk dillərinin tədrisində yeni istiqamətlər: BDU nun magistratura proqramı yenilənib

Türk dillərinin tədrisində yeni istiqamətlər: BDU nun magistratura proqramı yenilənib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 6 noyabr, Gözəl Ağayeva, AZƏRTAC

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi ərəfəsində Türkologiya kafedrasının fəaliyyətində də yeniliklər yaranıb.

Bunu AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri filologiya elmləri doktoru, professor Məhərrəm Məmmədli söyləyib. Kafedra müdirinin sözlərinə görə, magistrantın tədris planı, ixtisaslaşmanın adı dəyişilib və hazırda türk xalqları dilləri adlanır. “Biz magistraturada özbək, Qazax, tatar, türkmən, müasir türk dillərini tədris edəcəyik, həm dili, həm də türk xalqlarının ədəbiyyatını öyrədəcəyik. Türk dillərinin tarixi fənni, Altayşünaslığın əsasları, Xarəzm ədəbi dili kimi türk dillərinin tarixi ilə bağlı fənlər tədris olunacaq. Biz bu sahədə müasir dövrə uyğun mütəxəssis hazırlamağa çalışacağıq. Türkiyənin Fırat Universiteti ilə magistratura səviyyəsində ikili diplom istiqamətində iş aparırıq”.

Professor Məhərrəm Məmmədli qeyd edib ki, Türkologiya kafedrasında alimlər Göytürk və uyğur abidələrinin tədqiqi ilə məşğul olurlar. Gənc alimlər hazırda Azərbaycan-özbək və Azərbaycan-Qazax dilləri ilə bağlı müqayisəli araşdırmalarını yekunlaşdırmaq üzrədirlər.

“Türk xalqları, xüsusilə özbək və Qazax alimləri ilə əlaqələrimiz getdikcə güclənir. Birgə layihələr həyata keçirəcəyik. Kafedramızda türk dillərinin dialektləri ilə bağlı da araşdırmalar aparılır. Bu araşdırmalar Ural-Altay dilləri arealını əhatə edir”, - deyə kafedra müdiri bildirib. O, həmçinin qeyd edib ki, kafedranın professor-müəllim heyəti türk xalqları ədəbiyyatı, qədim türk xalqları ədəbiyyatı, ümumtürk ədəbiyyatı istiqamətlərində tədris aparırlar. Təbii ki, onlar türk xalqları ədəbiyyatının aktual problemlərini də tədqiq edirlər.

Türkologiya kafedrası 1969-cu ildə görkəmli türkoloq Fərhad Zeynalovun təşəbbüsü ilə yaradılıb. Professor Məhərrəm Məmmədlinin sözlərinə görə, mərhum alimimizin “Türkologiyanın əsasları” kitabı yarım əsrdən çoxdur ki, ali məktəblərdə dərslik kimi istifadə olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see248

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see181

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see131

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see130

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see129

XVI turun 2 oyunu keçirilib

20 Dekabr 2025 21:50see127

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri