Icma.az
close
up
RU
Menu

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Nicat Kazımov oğluna toy etdi Video

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

İdeyalar müstəvisində strateji dərinlik

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

Yol nəqliyyat hadisələrin sayı

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

“Türk dövlətləri birliyi. Qlobal inteqrasiyanın türk modeli” kitabı təqdim olunub

“Türk dövlətləri birliyi. Qlobal inteqrasiyanın türk modeli” kitabı təqdim olunub

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 7 oktyabr, AZƏRTAC

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Məclisin deputatı Cavanşir Feyziyevin "Türk dövlətləri birliyi. Qlobal inteqrasiyanın türk modeli" kitabının təqdimatı və imza günü keçirilib.

AZƏRTAC xəbər verir ki, "Şərq-Qərb" nəşriyyatının baş redaktoru filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı tədbiri açaraq kitabın məzmunundan, yüksək elmi-nəzəri əhəmiyyətindən danışıb. Bildirib ki, kitabda türk dövlətçiliyinin genezisi, türk sivilizasiyasının, türk siyasi mədəniyyətinin dərin qatları, ümumtürk birliyi ideyasının tarixi təkamülü, türkçülüyün mahiyyəti yeni yanaşma kontekstində təhlil edilir.

Monoqrafiyanın Türk dünyasının tarixi və bu günü haqqında sanballı bir araşdırma əsəri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli kitabın həm elmi, həm də tarixi dəyərindən danışıb. O, əsərdə Türk dünyasının gələcəyi ilə bağlı mühüm inkişaf istiqamətlərinin perspektivləri haqqında mülahizələrin yer aldığını, türk dövlətləri arasında mümkün inteqrasiyanın prinsipləri və strategiyası barədə yeni təkliflərin irəli sürüldüyünü vurğulayıb. Akademik qeyd edib ki, əsər elm ocaqları üçün dolğun bir dərs vəsaitidir, elmi araşdırmaçılar və tələbə-müəllim heyəti bu kitabdan dəyərli məlumatlar alacaqlar. Akademik Isa Həbibbəyli çıxışının sonunda Türk dünyası qarşısında xidmətlərinə görə qardaş Türkiyə Cumhuriyyətinin elm adamlarının təbrikini və minnətdarlığını müəllifə çatdırıb.

Şimali Kipr Türk Cumhuriyyətinin ölkəmizdəki təmsilçisi Ufuk xanım Turganer bu akademik nəşrin və onunla bağlı keçirilən elmi müzakirənin ümumtürk ideoloji fikrinə qatdığı dəyərdən, kitabın müəllifi Cavanşir Feyziyevin elmi yaradıcılığı ilə yanaşı, eyni zamanda, Azərbaycan - ŞKTC Parlamentlərarası əlaqələr üzrə işçi qrupun sədri kimi hədəfli və çoxşaxəli fəaliyyətindən danışıb.

"Şərq-Qərb" ASC-nin Nəşriyyat Departamentinin direktoru Sevil İsmayılova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Elman Quliyev, Türk Dünyası Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Naci Yengin və başqaları çıxışlarında vurğulayıblar ki, Türk Dövlətləri Birliyi ideyasının ilk dəfə olaraq sistemli surətdə, konseptual bir model kimi, geniş və dərin təhlillər əsasında irəli sürülməsi, eləcə də kitabda 300-dən çox elmi ədəbiyyat və qaynaqdan istifadə olunması, əksəriyyətinin türk, ingilis, rus və digər xarici mənbələr olması əsərin müstəsna dəyərini daha da artırır.

Daha sonra Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzi Kitabxanasının direktoru Lətifə Məmmədova Cavanşir Feyziyevin maarifçi ziyalı kimi yüksək insani məziyyətlərindən, gənc nəslin təhsilinə göstərdiyi xidmətlərdən söz açaraq ona rəhbərlik etdiyi Kitabxananın “Fəxri oxucusu" diplomunu təqdim edib. L.Məmmədova Cavanşir müəllimin rəhbərliyi ilə Mahmud Kaşqari adına Beynəlxalq Fondun həyata keçirdiyi respublika və beynəlxalq miqyaslı layihələrdən danışıb, onun bu yaxınlarda Türkiyənin ucqar əyalətlərindən olan Toqat vilayətinin Rəşadiyyə bölgəsində kitabxana yaradılmasına dəstək göstərdiyini iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə AMEA Folklor İnstitunun əməkdaşı, istedadlı sənətkar Həlimat Sultanın Yunus Əmrə ilə bağlı hazırladığı "Eşq" kompoziyası səsləndirilib. İncəsənət Gimnaziyasının şagirdi Zəhra Sayadzadənin ifasında şair Qadir Hüseynovun şeiri, bədii qiraətçi Bəhiyyə Nağıyevanın çıxışı, tanınmış xanəndə, muğam müəllimi Maya Cəbrayılovanın "Çanaqqala" türküsü tədbir iştirakçılarının alqışları ilə qarşılanıb.

Tədbir iştirakçılarına və təşkilatçılarına dərin minnətdarlığını bildirən Cavanşir Feyziyev müasir dünyada baş verən qlobal proseslərin Türk dünyasından da yan keçmədiyini qeyd edib, yeni şəraitdə türk dövlətlərinin inteqrasiya proseslərinə fəal şəkildə qoşulmaq zərurətindən danışıb. O, 30 il əvvəl müstəqilliyini bərpa etmiş türk respublikalarının tarixi, milli, mədəni birliyi və ortaq sivilizasiya mənsubiyyəti əsasında vahid siyasi platformada birləşməsinin zəruri olduğunu vurğulayıb. Bu gün dünya siyasi xəritəsində yer alan müstəqil türk dövlətlərinin beynəlxalq hüquq əsasında və bərabərhüquqlu müttəfiqləşməyə dayanan siyasi birliyinin mümkünlüyünü və türkdilli xalqların gələcək taleyi baxımından bu birliyin taleyüklü məsələ olduğunu qeyd edən deputat mövcud türk dövlətlərinin gələcək inteqrasiya mərhələlərinə daha fəal dəstək verəcəklərinə inandığını söyləyib.

Sonda Cavanşir Feyziyev oxucuları üçün "Türk dövlətləri birliyi. Qlobal inteqrasiyanın türk modeli" kitabını imzalayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see238

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see210

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see207

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see191

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see176

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see172

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see161

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see154

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see149

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see149

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see147

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see144

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see142

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see140

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see139

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see139

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see134

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see133

Yol nəqliyyat hadisələrin sayı

20 Noyabr 2025 16:09see129

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

20 Noyabr 2025 16:09see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri