Icma.az
close
up
RU
Türk dövlətləri birliyi: qlobal geosiyasi nizamda yeni koordinasiya mərhələsi

Türk dövlətləri birliyi: qlobal geosiyasi nizamda yeni koordinasiya mərhələsi

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

7 oktyabr 2025-ci ildə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü təkcə türk dünyasının tarixində deyil, həm də qlobal geosiyasi nizamda mühüm dönüş nöqtəsi kimi yadda qalacaq. Bu mötəbər tədbirdə Prezident İlham Əliyevin səsləndirdiyi çıxış Türk Dövlətləri Təşkilatının gələcək inkişaf xəttini, üzv ölkələr arasındakı əməkdaşlığın yeni istiqamətlərini və türk birliyinin qlobal arenadakı rolunu aydın şəkildə müəyyənləşdirdi.

Prezident İlham Əliyevin vurğuladı kimi, Türk Dövlətləri Təşkilatı artıq sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəz kimi formalaşır. Bu, Azərbaycanın və digər üzv dövlətlərin birgə səylərinin, qarşılıqlı etimadın, müştərək dəyərlərin və strateji hədəflərin nəticəsidir. TDT-nin beynəlxalq nüfuzu durmadan artır, onun siyasi çəkisi və diplomatik təsir dairəsi genişlənir. Bu prosesdə Azərbaycanın rolu danılmazdır. Ölkəmizin təşkilatın Katibliyinə 2 milyon ABŞ dolları məbləğində ianə etməsi həm siyasi, həm də praktiki baxımdan TDT-nin institusional inkişafına töhfədir. Ölkə rəhbərinin də qeyd etdiyi kimi, daxili sabitlik, iqtisadi dayanıqlıq, gənc və dinamik əhali, müasir nəqliyyat infrastrukturuna malik geostrateji mövqe Türk dünyasını qlobal siyasətin mühüm aktoruna çevirir.
Prezidentin çıxışının mərkəzində sülh və təhlükəsizlik məsələləri dayanırdı. Dövlət başçısı qeyd etdi ki, Təşkilatın əsas sənədi olan Naxçıvan Sazişi məhz bu prinsiplər üzərində qurulub. Bugünkü mürəkkəb beynəlxalq şəraitdə – beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu bir zamanda – türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.
Prezident İlham Əliyev haqlı olaraq vurğuladı ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Azərbaycanla Türkiyə arasında hərbi və hərbi-texniki əməkdaşlıq model xarakter daşıyır. Yalnız son bir il ərzində iki ölkə arasında 25-dən artıq ikitərəfli və çoxtərəfli hərbi təlimlər keçirilib. Bu, türk dünyasının birliyini praktiki müstəviyə daşıyan ən real addımlardandır.
Dövlət başçısının 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifi TDT-nin təhlükəsizlik arxitekturasının daha möhkəm əsaslar üzərində qurulması deməkdir. Bu, həm də türk dövlətlərinin vahid müdafiə konsepsiyasının təməl daşını təşkil edə bilər.
Prezident İlham Əliyevin çıxışında vurğulanan bir mühüm məqam da Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi oldu. 2020-ci il Vətən müharibəsində tarixi Zəfər, həmçinin 2023-cü ildə keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin torpaqları üzərində dövlət suverenliyi bərpa edildi. Bu, yalnız hərbi qələbə deyil, həm də ədalətin və beynəlxalq hüququn bərpası idi.
Azərbaycan bu uğurla Cənubi Qafqazda sülh və sabitliyin əsas təminatçısına çevrildi. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Azərbaycan və Ermənistan arasında Vaşinqtonda paraflanmış sülh sazişi regionu uzunmüddətli sülh məkanına çevirəcək. Eyni zamanda, ATƏT-in Minsk qrupunun və müvafiq strukturların fəaliyyətinin başa çatdırılması da postmünaqişə dövrünə yekun vurdu.
Qəbələ Zirvəsində Azərbaycan lideri nəqliyyat və kommunikasiya əlaqələrinin türk dövlətləri üçün strateji əhəmiyyət daşıdığını xüsusi qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, Orta Dəhliz və Zəngəzur dəhlizi artıq reallığa çevrilməkdədir. Bu layihələr türk dövlətlərinin iqtisadi və logistik əlaqələrini daha sıx şəkildə birləşdirəcək, Avrasiya məkanında yeni iqtisadi arteriyaların əsasını qoyacaq. Azərbaycan bu istiqamətdə konkret nəticələr əldə edib. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz həm coğrafi, həm də iqtisadi baxımdan mühüm tranzit mərkəzidir.
Ələt Beynəlxalq Dəniz Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzərin ən böyük ticarət donanması, 9 beynəlxalq hava limanı və regionun ən böyük yükdaşıma aviaşirkəti – bütün bunlar Azərbaycanın logistika imkanlarını regionun miqyasından çıxarıb qlobal səviyyəyə daşıyır. Prezidentin qeyd etdiyi kimi, Zəngəzur dəhlizinin açılması həm Orta, həm də Şimal-Cənub marşrutları üçün alternativ və təhlükəsiz xətt yaradacaq. Bu dəhliz təkcə nəqliyyat layihəsi deyil, həm də siyasi və iqtisadi birləşmənin, türk dünyasının coğrafi birliyinin simvoludur.
Enerji təhlükəsizliyi də çıxışın əsas mövzularından biri idi. Azərbaycan bu sahədə özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Hazırda ölkəmiz 14 ölkəyə təbii qaz ixrac edir, coğrafi əhatə baxımından regionda lider mövqedədir. Bununla yanaşı, dövlət başçısı vurğuladı ki, Azərbaycanın gələcək enerji siyasətində əsas prioritet bərpaolunan enerji mənbələridir. Günəş, külək və su elektrik stansiyalarına cəlb edilən iri sərmayələr nəticəsində 2030-cu ilə qədər enerji istehsalının 40 faizi yaşıl mənbələr hesabına təmin ediləcək. Orta Asiya–Azərbaycan–Türkiyə–Avropa “Yaşıl enerji dəhlizi” layihəsi türk dünyasının enerji xəritəsində yeni səhifə açacaq.
Azərbaycan eyni zamanda TDT-yə üzv ölkələrlə birgə sərmayə fondları yaradıb. Bu fondlar çərçivəsində Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə bir çox layihələrin icrası planlaşdırılır. Ümumilikdə isə, indiyədək Azərbaycan tərəfindən qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə yatırılıb. Bu, iqtisadi inteqrasiyanın real ifadəsidir.
Prezident İlham Əliyevin çıxışında mədəni və mənəvi birliyə də geniş yer ayrıldı. Dövlət başçısı xatırlatdı ki, bizi birləşdirən təkcə iqtisadi maraqlar deyil, ortaq tariximiz, dilimiz, dəyərlərimiz və mənəvi köklərimizdir. Bu baxımdan, 1926-cı ildə Bakıda keçirilmiş birinci Türkoloji Qurultayın 100 illik yubileyinin gələn il TDT çərçivəsində təntənəli şəkildə qeyd olunması təklifi türk dünyasının elmi və mədəni inteqrasiyasına xüsusi önəm verir.
Prezident çıxışının sonunda Qarabağ və Şərqi Zəngəzurun bərpasına verdikləri dəstəyə görə qardaş ölkələrə təşəkkürünü bildirdi. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Ağdamda Manas adına məktəb, Cəbrayılda Macar qardaşlarımızın hədiyyəsi olan təhsil ocağı və bu gün təməli qoyulan Türkmənistanın hədiyyəsi – Füzuli məscidi – türk həmrəyliyinin rəmzinə çevrilib. Qardaş Türkiyənin şirkətləri tərəfindən inşa edilən körpülər, tunellər və yollar isə azad edilmiş torpaqlarda birliyin canlı izidir. Qəbələ Zirvəsi bir daha sübut etdi ki, Türk Dövlətləri Təşkilatı artıq regional deyil, qlobal əhəmiyyətə malik siyasi mərkəzə çevrilib.
Prezident İlham Əliyevin çıxışı isə bu təşkilatın gələcək strategiyasını, prioritetlərini və güc istiqamətlərini aydın şəkildə ortaya qoydu: sülh, təhlükəsizlik, enerji dayanıqlığı, iqtisadi inteqrasiya və mədəni həmrəylik. Həmin çıxış təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün yeni mərhələnin ideoloji və strateji əsas sənədi kimi dəyərləndirilə bilər. Bu baxımdan, dövlət başçısının Qəbələdə səsləndirdiyi mesajlar türk xalqlarının birliyini möhkəmləndirəcək, regionda sabitliyin və rifahın təmin olunmasına xidmət edəcək.
Əminliklə qeyd etmək olar ki, Prezident İlham Əliyevin Zirvə çıxışı Türk dünyasının birliyinin, həmrəyliyinin və qlobal güc potensialının bariz ifadəsidir. Dövlətimizin başçısının çıxışı Türk Dövlətləri Təşkilatının gələcək inkişaf strategiyasını müəyyənləşdirən yol xəritəsidir. Bu, həm siyasi müdrikliyin, həm də türk dünyasına olan sarsılmaz inamın təntənəsidir. Qəbələdən səslənən bu strateji mesajlar türk xalqlarının sabahına işıq tutur.

Məşhur Məmmədov
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri