Icma.az
close
up
RU
Türk dövlətləri həlledici məqamlarda həmrəylik nümayiş etdirməlidirlər

Türk dövlətləri həlledici məqamlarda həmrəylik nümayiş etdirməlidirlər

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Macarıstan istər torpaqlarımızın 30 ilə yaxın davam edən işğalı dövründə, istərsə də 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanı açıq şəkildə dəstəkləyən ölkələrdən biri olub. Biz bu dost və müttəfiq ölkənin dəstəyini bu gün də hiss edirik. Belə ki, Macarıstanın bugünlərdə Avropa İttifaqının (Aİ) Ermənistana 10 milyon avro dəyərində əlavə "qeyri-öldürücü" hərbi yardım ayırması təşəbbüsünə blok qoyması da bu dəstəyin təzahürüdür.
Qeyd edək ki, sülhə yox, revanşizmə və yeni hərbi eskalasiyaya xidmət edən həmin yardım Avropa Sülh Fondundan (EPF) ayrılmalıydı. Avropa Sülh Fondu adlı bu təxribatçı qurum isə birbaşa Aİ-na bağlıdır. Ermənistana sözügedən maliyyə yardımının ayrılmasını mənfur ermənipərəst Jozef Borrelin siyasi varisi olan Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas bu ilin əvvəlində təklif etmişdi. Lakin Aİ-nın nizamnamə qaydalarına görə bu cür təkliflərin təsdiqlənməsi üçün Aİ-nın 27 üzv ölkəsinin hamısının yekdil dəstəyi lazımdır. Macarıstan isə bildiyimiz kimi Aİ-nın digər 26 üzvündən fərqli olaraq Kallasın bu təklifini dəstəkləməkdən imtina edib və təklifin əleyhinə səs verib. Aİ-nin xarici işlər nazirlərinin aprelin 14-də Lüksemburqdakı görüşündə Budapeşt həmin təklif-qərara veto qoyub.
Onu da xatırladaq ki, Ermənistan Aİ-dan ötən ilin iyulunda 10 milyon avroluq ilk hərbi yardımı alıb. Macarıstan həmin vəsaitin ayrılmasını da aylarla bloklamış və eyni zamanda, oxşar yardımın Azərbaycana da verilməsini tələb etmişdi. Məhz uzun sürən müzakirələrdən sonra və Aİ-nın Azərbaycanda minaların təmizlənməsini başqa mənbədən maliyyələşdirəcəyinə söz verməsinin qarşılığında Macarıstan həmin vetonu geri çəkməyə razı olmuşdu. Bütün bunlar onu göstərir ki, Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçi üzvü olan Macarıstan Azərbaycan ilə dostluq və müttəfiqliyinə prinsipial əhəmiyyət verir. Macarıstanın Azərbaycana bu cür açıq dəstəyi bugünlərdə Quzey Kıbrıs Türk Cümhuriyyətinə (QKTC) qarşı xoşagəlməz mövqe sərgiləyən Türküstanın (Mərkəzi Asiya) türk dövlətlərinə də nümunə olmalıdır. Türk dövlətləri həlledici məqamlarda bir-birinin yanında dayanmalı, həmrəylik nümayiş etdirməlidirlər.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Aprel 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri