Icma.az
close
up
RU
Türk dövlətləri qlobal səhnədə birgə fəaliyyət nümayiş etdirir

Türk dövlətləri qlobal səhnədə birgə fəaliyyət nümayiş etdirir

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Türk Dünyasının nüfuzunu, artan iqtisadi-siyasi qüdrətini bir daha diqqətə çatdıraraq Türk Dövlətləri Təşkilatının (TDT) dünya miqyasında ciddi güc mərkəzinə çevrilə biləcəyini bildirib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri Vüsalə Cəfərova bu fikirlə bağlı şərhində hazırda türk dövlətlərinin iqtisadi əlaqələrinin möhkəmləndiyini, qlobal səhnədə daha təsirli mövqe əldə etməyə istiqamətlənən birgə fəaliyyət göstərildiyini vurğulayıb. O, eyni zamanda, dövlət başçısının bəyanatının Türk Dünyasının potensialını tam şəkildə üzə çıxarmaq və iqtisadi inteqrasiyanı sürətləndirmək məqsədi daşıdığını diqqətə çatdırıb.  

V. Cəfərovanın sözlərinə görə, Şərq–Qərb, Şimal–Cənub nəqliyyat və kommunikasiya xətlərinin qovşağında yerləşən, Avrasiyanın mərkəzində geniş coğrafiyaya, zəngin təbii sərvətlərə malik olan və eyni etnik mənsubiyyətin şərtləndirdiyi bu təşkilat türk dövlətlərinin qlobal proseslərə təsirini möhkəmləndirir. TDT dövlətlərində ötən ilin 9 ayı ərzində orta hesabla 4,5 faiz iqtisadi artımın qeydə alınması və bu artımın qlobal orta  ümümi daxili məhsul (ÜDM) artımını, təxminən,  2 dəfə üstələməsi regionun iqtisadi gücünün möhkəmləndiyini bir daha sübut edir. 

Həmin dövrdə TDT üzv ölkələrinin birgə ÜDM-i, təxminən, 1,456 trilyon ABŞ dolları təşkil edib ki, bu, qlobal ÜDM-in 2,7 faizini təşkil edir. Bununla yanaşı, sözügedən  müddətdə  TDT üzv dövlətlərinin ümumi ticarət dövriyyəsi 868 milyard ABŞ dollarına çatmaqla qlobal ticarət həcminin 3,37 faizi  həcmində qiymətləndirilir ki, bu da regiondaxili iqtisadi əlaqələrin gücləndiyini və ticarət dinamikasında artımı  göstərir.  

Mərkəz rəhbəri əlavə edib ki, 2021-ci ildə qəbul olunan “Türk Dünyası 2040 Vizyonu”  və xüsusilə “TDT-nin 2022-2026 illər üzrə Strateji Yol Xəritəsi” iqtisadi inteqrasiyanın dərinləşdirilməsini, ticarət maneələrinin aradan qaldırılmasını və infrastruktur layihələrinin inkişafını əsas məqsəd kimi qarşıya qoyur. Nəqliyyat və enerji sektorlarında əməkdaşlıq bu sənədin prioritet sahələrindəndir və həm regional, həm də beynəlxalq ticarətin artırılmasına xidmət edir. 

Bişkek şəhərində TDT  Dövlət Başçılarının “Türk Dünyasının gücləndirilməsi: iqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik” şüarı altında keçirilən 11-ci Zirvə görüşündə “Birləşmiş Dayanıqlı Gələcək” qətnaməsinin qəbul edilməsi Türk Dünyasının birliyini gücləndirmək və qarşılıqlı əməkdaşlığı artırmaq baxımından mühüm mərhələ idi. 

Türk dövlətləri arasında xüsusilə bərpa olunan enerji sahəsində əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Bakıda COP29 tədbirində “yaşıl” enerji sahəsində bağlanmış strateji tərəfdaşlıq sazişi, Xəzər dənizinin altından keçirilməsi planlaşdırılan bərpa olunan enerji kabeli layihəsinin icrası Türk Dünyası ölkələrinin qlobal enerji bazarlarında önəmli yer tutmasını gerçəkləşdirə bilər. Prezident İlham Əliyev bu əməkdaşlığın təkcə bu 3 ölkə üçün deyil, həm də Avropa və digər regionlar üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb. 

Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələr Türk Dünyasının inteqrasiyası üçün əsas təməl daşıdır. 2023-cü ildə ticarət dövriyyəsi 8 milyard ABŞ dolları olub, Azərbaycanın Türkiyəyə etdiyi yatırımlar isə 20 milyard dolları keçib. Bu əməkdaşlıq Cənub Qaz Dəhlizinin inkişafı ilə regionun qlobal ticarət şəbəkələrinə inteqrasiyasını sürətləndirir.

V. Cəfərova qeyd edib ki, Türk dövlətləri arasında kapital axını da artmaqdadır. Azərbaycan son 20 ildə, xüsusən neft və qaz sahələrində əhəmiyyətli xarici sərmayə cəlb edib. G20 üzvü olan Türkiyə isə Avropa və Asiya bazarlarından kapital cəlb edərək regional iqtisadiyyata töhfə verib. Mərkəzi Asiya ölkələri, xüsusən Qazaxıstan, Özbəkistan və Türkmənistan bazar islahatları və sənayeləşmə ilə bu prosesdə önə çıxıb.

Turan Xüsusi İqtisadi Zonası (XİZ) layihəsi Türk dövlətləri arasında ticarət və sərmayə əlaqələrini gücləndirəcək və regionda yeni inkişaf perspektivləri açacaq. Bu zonada yüksək texnologiya, logistika və istehsalat sahələrinə sərmayə cəlb edilməsi iqtisadi diversifikasiya strategiyaları ilə uyğunlaşır.

Türk Dünyasının iqtisadi inteqrasiyasında Orta Dəhlizin əhəmiyyətini vurğulayan V. Cəfərova bildirib ki,  bu dəhliz region ölkələrinin qlobal ticarət şəbəkələrinə qoşulmasını sürətləndirir və yeni ticarət yollarının açılmasına şərait yaradır. Dünya Bankının hesablamalarına görə, növbəti onillikdə Orta Dəhlizin inkişaf potensialı əhəmiyyətli dərəcədə artacaq və 2030-cu ilə qədər Çinin qərb sərhədindən Avropaya qədər olan səyahət vaxtı 2 dəfə azalacaq, yük daşımalarının həcmi 3 dəfə artaraq 11 milyon tona çatacaq. Bu baxımdan Zəngəzur dəhlizinin açılması Orta Dəhliz üçün əlavə strateji önəm kəsb edir. Çünki bu dəhliz ən qısa məsafə ilə əlaqəni təmin edərək həm regional, həm də beynəlxalq ticarətin daha da inkişafını sürətləndirəcək. 

Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasının Türk Dünyasında iqtisadi əlaqələri daha da möhkəmləndirəcəyini qeyd edib. Bu dəhliz təkcə region ölkələrinin deyil, həm də Avropaya və daha geniş bazarlara çıxışı asanlaşdıracaq Orta Dəhlizin əhəmiyyətli “hub”ına çevrilmək potensialına malikdir.

Dövlətimizin başçısının vurğuladığı kimi,  Türk Dünyasını geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat–kommunikasiya xətləri və birlik birləşdirir ki, bu faktorlar ümumi iqtisadi inkişafı sürətləndirəcək və qarşılıqlı faydalı əməkdaşlığı artıracaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Yanvar 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri