Icma.az
close
up
RU
Laçında keçirilən Zirvə görüşü üçtərəfli əlaqələrin inkişafı baxımından böyük rəmzi və strateji əhəmiyyət daşıyır

Laçında keçirilən Zirvə görüşü üçtərəfli əlaqələrin inkişafı baxımından böyük rəmzi və strateji əhəmiyyət daşıyır

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Laçında keçirilən Zirvə görüşü üçtərəfli əlaqələrin inkişafı baxımından böyük rəmzi  və strateji əhəmiyyət daşıyır.

Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələrin dərin tarixi kökləri var. Yaxşı haldır ki, ölkələrimiz tarixə və oxşar milli-mənəvi dəyərlərə əsaslanmaqla qarşılıqlı münasibətləri daha da dərinləşdirməyə davamlı şəkildə səy göstərirlər. 

Üç dost ökə arasında ikitərəfli əlaqələr yüksək səviyyədədir. Siyasi dialoq intensiv səciyyə daşıyır. Liderlər müntəzəm olaraq qarşılıqlı səfərlər edirlər və aktual müzakirələr aparırlar. Azərbaycan-Türkiyə münasibətləri çoxşaxəli səciyyə daşıyaraq həyatın bütün sahələrini əhatə edir. Eyni zamanda, iki qardaş ölkə arasında münasibətlərin hüquqi əsasları da getdikcə möhkəmləndirilir. 

 Liderlərin üçtərəfli Zirvə görüşləri səmərəli əməkdaşlıq platforması kimi diqqət çəkir. Bu günlərdə gözəlliklər diyarı olan Laçında Azərbaycan, Türkiyə prezidentlərinin və Pakistanın Baş nazirinin iştirakı ilə sayca ikinci üçlü Zirvə görüşü keçirilib.Üç qardaş ölkə həmçinin beynəlxalq platformalar çərçivəsində də sıx əməkdaşlıq edir. Prezident İlham Əliyev Laçında baş tutan üçlü Zirvə görüşündəki  çıxışında ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyət göstərdiklərinə ayrıca diqqət çəkib.

 Yeni mərhələdə regionda və qlobal miqyasda yaranan reallıqlar isə qardaş ölkələr arasında üçtərəfli formatda əməkdaşlıq etməyə zərurət yaradıb. Bu barədə Laçın Zirvə görüşündə ətraflı bəhs edilib. Ölkələrimiz Avropa ilə Asiyanın kəsişmə nöqtəsində, son dərəcə strateji bir bölgədə yerləşir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, coğrafiyamızda və onun hüdudlarından kənarda təhlükəsizlik təhdidlərindən tutmuş iqtisadi çətinliklərə, enerji və qida böhranlarına qədər bir çox sınaqlarla eyni anda üz-üzəyik. Bu çətinliklər qarşısında həmrəylik və birgə fəaliyyət məqsədimizin inkişaf etdirilməsini bir seçim deyil, zərurət olaraq görürük.

Laçında baş tutan üçlü Zirvə görüşündə oxşar baxışları həmçinin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də ifadə edib. Pakistan lideri də o fikri bölüşüb ki, bugünkü təlatümlü dünyada siyasi və təhlükəsizlik arxitekturaları, bağlantı layihələri və aparıcı texnologiyalar yeni reallığı şərtləndirir. 

Zirvə görüşünün 28 Mayda  - Azərbaycanın Müstəqillik Günündə keçirilməsi böyük rəmzi məna daşıyır. Belə bir gündə Türkiyə və Pakistan kimi güclü ölkələrin Azərbaycanın yanında olması və bu mühüm tarixin birlildə qeyd edilməsi ölkələrimizin bir-birinə nə qədər yaxın olduqlarını təcəssüm etdirir.

Laçın Zirvə görüşü dünyaya bir mesajdır. Zirvənin önəmi üç qardaş ölkənin güclənməsi fonunda xüsusi diqqət çəkir. Türkiyə artıq regional gücdən qlobal gücə çevrilib, onun beynəlxalq səviyyədə nüfuzu getdikcə artır.Eyni zamanda, Pakistan da güclü dövlət kimi özünü təsdiqləməkdədir.

Laçın Zirvə görüşü Prezident İlham Əliyevin qlobal səviyyədə artan nüfuzunu bir daha təsdiqlədi. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara, müstəqillik və suverenlik prinsiplərinə əsaslanan siyasət həyata keçirir. Azərbaycan iqtisadi və siyasi müstəqilliyini tam təmin edib ki, bunun da sayəsində  ökəmizə beynəlxalq səviyyədə inam getdikcə artır. Zirvə görüşündə ifadə olunan fikirlərdən göründüyü  kimi, həmTürkiyə və Pakistanın liderlərinin, həm də bu ölkələrin ictimaiyyətinin dövlətimizin başçısına böyük hörməti var.

Bütövlükdə Laçında keçirilən Zirvə görüşü üçtərəfli əlaqələrin inkişafı baxımından böyük rəmzi  və strateji əhəmiyyət daşıyır. Üçlük platforması yeni model kimi artıq reallıqdır  və dost, qardaş ölkələr asında daha dərin əlaqələr qurulması üçün yeni imkanlar açır. Təsadüfi deyildir ki, ikinci üçlü Zirvə görüşündə ortaq gündəliyi formalaşdıran ticarət, investisiyalar, nəqliyyat, enerji, müdafiə sənayesi və terrorla mübarizə kimi sahələrdə ölkələrimizin baxışını əks etdirən güclü bir çərçivə hazırlayacağına dərin inam ifadə olunub.

Gündüz Alıkişiyev,

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 İyun 2025 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri