Icma.az
close
up
RU
“Türk Dövlətləri iqtisadi birliyi Avropa İttifaqı modelinə çevrilə bilər” İQTİSADÇI

“Türk Dövlətləri iqtisadi birliyi Avropa İttifaqı modelinə çevrilə bilər” İQTİSADÇI

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Son illərdə Türk dünyası ölkələri arasında iqtisadi inteqrasiyanın dərinləşməsi istiqamətində mühüm addımlar atılır.
Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyəti çərçivəsində enerji, nəqliyyat, ticarət və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi regional sabitlik və inkişaf baxımından strateji əhəmiyyət kəsb edir.

Türk dünyası ölkələri arasında iqtisadi inteqrasiyanın güclənməsi regionun iqtisadi inkişafına hansı üstünlükləri gətirə bilər?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan iqtisadçı-ekspert Asif İbrahimov bildirib ki, Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşməsi bir sıra mühüm amillərə xidmət edir. Onun sözlərinə görə, bu proses ilk növbədə ölkələr arasında ticarət dövriyyəsinin artmasına şərait yaradır.

İqtisadçının fikrincə, Türk Dövlətləri Birliyinin bazarı təxminən 300 milyonluq bir əhatəyə malikdir və bu, geniş iqtisadi potensialı olan böyük bir bazar deməkdir:

“Bu bazar çərçivəsində ticarət əlaqələrinin qurulması Türk Dövlətləri Birliyinə üzv bütün ölkələr arasında iqtisadi inkişafı və qarşılıqlı ticarət münasibətlərinin genişlənməsini təmin edəcək. Nəticədə ticarət dövriyyəsi artacaq”.

Asif İbrahimovun sözlərinə görə, Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın güclənməsi Orta Dəhlizin inkişafında da mühüm rol oynayır:

“Türk dövlətlərinin böyük əksəriyyəti Mərkəzi Asiyada yerləşir və Orta Dəhlizin üzərində mövcuddur. Bu, dəmir və avtomobil yollarının inkişafı baxımından mühüm töhfə verəcək.
Bundan əlavə, Xəzər və Qara dənizin sahilində yerləşən Türk dövlətləri də limanların və liman infrastrukturunun genişlənməsinə şərait yaradacaq”.

O xatırladıb ki, Azərbaycan indiyədək Türk dövlətlərinə ümumilikdə 20 milyard dollara yaxın sərmayə yatırıb:

“Bu istiqamətdə fəaliyyətin davam etdirilməsi sərmayə və innovasiyaların axınını artıracaq.

 Türk Dövlətləri Birliyinə daimi üzv və müşahidəçi statusunda qoşulan ölkələrin hər biri müəyyən sahələrdə lider mövqeyə malikdir. Müasir texnologiyaların və innovasiyaların tətbiqi sayəsində əmək bazarı və insan kapitalı da inkişaf edəcək.

Bu, həm işçilərin Türk Dövlətləri Birliyi çərçivəsində sərbəst hərəkətinə, həm də əmək məhsuldarlığının artmasına səbəb olacaq.

İxtisaslı mütəxəssislər üçün yeni iş imkanları yaranacaq, nəticədə vahid iqtisadi məkan formalaşacaq və bu, regional sabitliyi və inkişaf tendensiyalarını gücləndirəcək”.

İqtisadçı qeyd edib ki, bu modelin uğurlu bir nümunəsi Avropa İttifaqıdır.

“Avropa İttifaqı 28-dən çox ölkənin iştirakı ilə formalaşıb və orada çox uğurlu nəticələr əldə olunub. Bu model iqtisadiyyatın təkmilləşməsinə, bazarın genişlənməsinə və iqtisadi artıma böyük töhfə verib.

Əgər Türk Dövlətləri İqtisadi Birliyində də oxşar yanaşma tətbiq olunsa, düşünürəm ki, bu birlik Avropa İttifaqı bazarından geri qalmayacaq” – deyə iqtisadçı fikirlərini yekunlaşdırıb.

Gülxanım Əliyeva

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Oktyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri