Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Ölümdən sonra insanı nə gözləyir?

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Ötən onilliklərin solmayan kinolentləri

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Doğrudanmı, Türk birliyi qlobal gücə çevrilə bilər?

Doğrudanmı, Türk birliyi qlobal gücə çevrilə bilər?

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Türk Dövlətləri Təşkilatının növbəti zirvə görüşü Qəbələdə keçirildi. Artıq bu haqda yazmışdıq. Təşkilata sədrlik Azərbaycana keçəcəkdi və keçdi də. Bunu da demişdik. Hələ onu da demişdik ki, TDT-nin əsas strateji hədəfi qlobal güc mərkəzinə çevrilməkdir. Ancaq bu hədəfə necə nail olmağın mümkünlüyü, yaxud mümkünsüzlüyü haqqında heç nə deməmişdik.

Bəli, biz TDT-nin qloval gücə çevrilməsi imkanlarından danışırıq. Əlbəttə, mümkün olmayan heç nə yoxdur. Məsələn, Avropa İttifaqı əhalisinə görə Rusiyanı bir neçə dəfə, iqtisadi inkişaf səviyyəsinə görə isə daha çox (9-10 dəfə) üstələyir. Ancaq yaxın zamanlara qədər Avropa İttifaqı Rusiyanın enerji asılılığı, konkret desək, qaz şantajı altında qalmışdı. TDT-nin də Avropa İttifaqı qarşısında enerji sahəsində üstünlüyü var. Ancaq TDT (Azərbaycan, Qazaxıstan, eləcə də, müşahidəçi qismində olan Türkmənistan) Aİ-yə asılılıq yaratmaq deyil, əməkdaşlıq qurmaq niyyəti ilə yanaşırlar. Rusiyanın Avropa enerji bazarındakı payını itirməsi TDT-nin, konkret olaraq, Azərbaycanın və Qazaxıstanın günahı deyil. Odur ki, Rusiyanın enerji daşıyıcılarından imtina edən Avropa ölkələri alternativlər axtaracaq, bu, qaçılmazdır. Başqa sözlə, Rusiyanın itkiləri öz seçiminin - Ukraynaya hərbi təcavüzünün nəticəsidir. Azərbaycanın Ukrayna da daxil olmaqla Avropaya (Aİ üzvü olan və olmayan ölkələrə) enerji daşıyıcılarını ixrac etməsi Rusiyaya qarşı yönəlməyib. Ancaq, açıq qaynaqlardan belə məlum olur ki, Rusiya məsələyə heç də Azərbaycan kimi yanaşmır.

Hər bir halda dünyada, xüsusilə, Avropada və Avrasiyada gedən proseslərin daxili məntiqi göstərir ki, Rusiya qlobal güc kimi zəifləyir. Artıq Avrasiyada Türkiyə, Qazaxıstan və Azərbaycan (əsasən enerji ehtiyatlarına və tranzit imkanlarına görə) əsas regional güc olaraq ortaya çıxmışlar. Məhz bu üç ölkə TDT-nin siyasi-iqtisadi-hərbi nüvəsini formalaşdırır. TDT-nin ərazisi 6,5 milyon kvadrat kilometrdir. Bu, ərazicə Avropa İttifaqından üstün, Rusiyadan isə kiçikdir. Ancaq Rusiyanın hazırda Avropaya qarşı hərbi təhdidi qalsa da, iqtisadi, siyasi təsiri böyük ölçüdə neytrallaşıb. TDT-nin qlobal güc mərkəzinə çevrilməsi kontekstində Avropa İttifaqı ilə və Rusiya ilə müqayisəsi səbəbsiz deyil. Çünki TDT-nin böyüməsi hər iki qlobal güc mərkəzinə təsirsiz ötüşməyəcək. Biz, əlbəttə, ABŞ və Çini bu müqayisəyə gətirmirik; hər ikisi şəriksiz güclərdir. Ancaq Aİ və xüsusilə, Rusiya ilə bağlı bunu demək mümkün deyil. TDT-nin böyüməsini heç də coğrafi genişlənmə kimi də görmürük. Əsas böyümə dispoziyivi ekstensiv deyil, intensiv istiqamətdə olacaq. Çünki TDT-nin böyümə və gələcək perspektivdə qlobal gücə çevrilməsi onun enerji və tranzit imkanları hesabına olacaq. Rusiyanın Ukraynada müharibə aparması, NATO-nun məsuliyyət zonasına hərbi təhdidlər sovurması onun Rusiya-Avropa, Çin-Avropa xəttlərində logistika və tranzit imkanlarını itirməsinə səbəb olur. Ona görə də Rusiya Şima-Cənub nəqliyyat vasitəsilə Yaxın Şərqə, Çin isə Orta dəhlizlə Avropaya çıxış əldə etməyə məhkumdur. Dünyanın zəifləyən bir qlobal gücü (Rusiya) və bir yüksələn gücü (Çin) TDT-nin (üzv dövlətlərin) ərazisindən keçib getməyə məcburdur. Söhbət Azərbaycandan, Türkiyədən, Qazaxıstandan gedir. Bu ehtiyac artdıqca və TDT artan bu ehtiyacı qarşıladığı ölçüdə nəinki regional, hətta qlobal təsir gücü qazanacaq.

Əlbəttə ki, Aİ iqtisadiyyatı TDT ilə müqayisədə çox (11 dəfə) böyükdür. Əhali sayı isə 2,6 dəfə çoxdur (ki, əhali həm də işlək bazar deməkdir). Ancaq TDT-nin də böyümə resursları var. Əgər coğrafi faktorlara baxsaq, TDT üç qlobal güc mərkəzi ilə qonşudur; Aİ, Rusiya, Çinlə qurudan, Çin istisna olmaqla ikisi ilə dənizdən əlaqəsi var. TDT bu üç qlobal mərkəz arasında bağlantı coğrafiyasıdır. Hər üç qlobal gücün daxilində və orbitində Türk dünyasına bağlı və ya qohum subyektlər var. Məsələn, Aİ-də Macarıstan kimi dövlət, Rusiyada və Çində türk kökənli xalqlar və sair. Bu da Türk dünyasının hər üç qlobal mərkəzə hunanitar təsir imkanı deməkdir.

Əlbəttə, bu gün bəlkə də TDT-nin qlobal gücə çevrilməsi ən yaxşı halda arzu, yaxud xəyal kimi, hətta xülya kimi görünə bilər. Ancaq bu, həmin xəyalın heç vaxt gerçəkləşməyəcyi anlamına gəlmir. Dünya sürətli geopolitik dəyişim içindədir. Çox qısa zamanda çox şey dəyişir. Beş-altı il əvvəl Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsini də kimsə real etmirdi. Eləcə də, Rusiyanın Ukraynada hərbi avantüraya girəcəyi və indiki çətin vəziyyətin yaranacağı da ağla gəlməzdi. Eləcə də, Türkiyənin hərbi texnologiyaları bu qədər gəlişdirəcəyini də kimsə proqnozlaşdırmamışdı. Ancaq bütün bunlar oldu.

Türk dünyası da xəyallarını gerçəyə çevirə bilər; buna haqqı və imkanları çatar. Onun üçün TDT-də inteqrasiya daha da dərinləşməlidir. Vahid bazar, vahid ticarət və investisiya məkanı qurulması qaçılmazdır. Bu, birinci şərt. İkincisi, vahid müdafiə və təhlükəsizlik mexanizmləri qurulmasına ehtiyac var. Üçüncüsü, texnoloji inkişafı sürətləndirmək, xammal dövlətlərindən texnoloji dövlətlərə keçidi təmin etmək gərəkdir. Nəhayət, əlbəttə ki, vahid dil mühiti, vahid ideoloji, mədəniyyət mühiti yaratmaq zərurətdir. Bundan da başqa xeyli görüləcək işlər var. Bunlar həyata keçirilsə, Türk dünyası öz real məzmununu qazanacaq və dünyada real söz sahibi olacaq.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 Oktyabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see317

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see248

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see225

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see212

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see204

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see203

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see202

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see202

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see201

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see201

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see200

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see200

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see198

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see197

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see197

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see196

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see195

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see192

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see192

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri