Icma.az
close
up
RU
Türk Dövlətləri Təşkilatı hazırda regional aktordan qlobal aktora çevrilməkdədir

Türk Dövlətləri Təşkilatı hazırda regional aktordan qlobal aktora çevrilməkdədir

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


"Türk Dövlətləri Təşkilatı hazırda regional aktordan qlobal aktora çevrilməkdədir. Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi ölkələr zəngin enerji ehtiyatlarına malikdir. Bu resursların dünya bazarına çıxarılmasında TDT üzvləri arasında əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. TANAP, TAP və Bakı-Tbilisi-Ceyhan kimi layihələr məhz bu əməkdaşlığın nəticəsidir. Zəngəzur dəhlizi (TRIPP), Orta Dəhliz, ortaq iqtisadi layihələr, enerji təhlükəsizliyi əməkdaşlığı, rəqəmsal transformasiya və innovasiya sahəsində əməkdaşlıq, təşkilatın beynəlxalq səviyyədə daha nüfuzlu aktora çevrilməsinə imkan verə bilər".
Newscenter.az xəbər verir ki, bunları Xalq Qəzetinə açıqlamasında "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" ictimai birliyinin sədri İlham İsmayılov deyib. O bildirib ki, ilk növbədə, Azərbaycan Qafqazda yerləşərək Avrasiya nəqliyyat dəhlizlərinin kəsişməsində duran bir dövlətdir:
"Zəngəzur dəhlizi (TRIPP) layihəsi həyata keçərsə, Türk dünyasını birləşdirən quru bağlantı mümkün olacaq. Bu, TDT-nin fiziki birliyinin təmin olunmasında ciddi mərhələ sayılır. Bütün bunlar Azərbaycanın həm Qərblə, həm də Türk dövlətləri ilə münasibətlərində vasitəçi və əlaqələndirici rolunu artırır.
Azərbaycanın TDT-də fəal aktor rolu oynamasında dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət dayanır. Dövlət başçımız TDT çərçivəsində vahid türk mövqeyinin formalaşması, enerji və nəqliyyat birliyi, ortaq media, mədəniyyət və təhsil institutlarının yaradılması kimi təşəbbüslərlə çıxış edir. Məhz Prezidentin uğurlu siyasəti nəticəsində Azərbaycanın BMT, İslam Əməkdaşlıq Təşkilatı və Avropa strukturlarında fəallığı yüksəlib. Bu da Türk dünyasının beynəlxalq səviyyədə təmsil olunmasında faydalıdır. Eyni zamanda, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan hərbi sahədə təcrübə və imkanlarını artırıb. TDT daxilində ortaq müdafiə və təhlükəsizlik mexanizmləri müzakirə olunarsa, Azərbaycanın hərbi təcrübəsi və modernləşdirilmiş ordusu burada mühüm rol oynaya bilər".
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 30 Sentyabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see182

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see169

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see169

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see137

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see136

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see135

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri