Icma.az
close
up
RU
Türk Dövlətləri Təşkilatı Avrasiyada mühüm güc məzkəzinə çevrilməkdədir

Türk Dövlətləri Təşkilatı Avrasiyada mühüm güc məzkəzinə çevrilməkdədir

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Təqribən 11 milyon kvadrat kilometr ərazini, 200 milyon nəfərə qədər əhalini ehtiva edən Türk Dövlətləri Təşkilatı Avrasiya geosiyasi və geoiqtisadi məkanının aparıcı qüvvəsinə çevrilməkdədir. Avrasiyada mühüm transmilli layihələrin, ticarət yollarının, karbohidrogen ehtiyatlarının məhz Türk Dövlətləri Təşkilatının üzvü olan Türkiyənin, Azərbaycanın, Qazaxıstanın, Türkmənistanın, Özbəkistanın payına düşməsi, Qırğızıstanın Çindən gələn yolun, Macarıstanın timsalında Avropaya açılan qapısı olması birliyin perspektiv inkişafının daha da sürətlənməsinə əlavə imkanlar yaratmaqdadır”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

R.Vəlibəyov bildirib ki, Türk Dövlətləri Təşkilatının getdikcə güclənməsi birlikdə olan dövlətlərin problemlərinin də həllinə real imkanlar yaradır və bu da təşkilatın daha da möhkəmlənməsini, bölgədə söz sahibinə çevrilməsini şərtləndirir: “Yeni dövrdə Azərbaycanın xarici siyasət kursunun prioritetlərindən biri Türk Dövlətlər Təşkilatının gücünün və nüfuzunun artırılmasıdır. Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” fikirləri də məhz Azərbaycanın bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər də sözügedən birliyi daha da gücləndirir. Təsadüfi deyil ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi Azərbaycan dövləti və xalqının türk dünyasının inkişafı naminə həyata keçirdiyi bütün işlərə verilən yüksək qiymət idi”.
“Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının 2024-cü ildə Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilib. 2025-ci ildə isə bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü Macarıstanda təşkil edilib” – deyən R.Vəlibəyov əlavə edib ki, bu cür görüşlərin müntəzəmliyi Türk dünyasını daha da gücləndirir, bütün siyasi-iqtisadi təşəbbüslərin koordinasiya olunmasına əlavə təkan verir: “Məsələn, hazırda işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur Türk Dövlətləri Təşkilatının üzvlərinin əməkdaşlıq platformasına çevrilib. Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün ən çox dəstək verən ölkə qardaş Türkiyədir. Eyni zamanda, Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilmiş məktəb və incəsənət mərkəzinin fəaliyyətə başlaması, Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda məktəbin təməlinin qoyulması, Cəbrayıl rayonunda isə Macarıstanın maliyyə dəstəyi ilə məktəbin inşası Türk dünyasının birliyinin əyani nəticəsi kimi də qiymətləndirilə bilər. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Eləcə də Türkiyənin vә Mərkəzi Asiya dövlәtlәrinin Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmiş Azərbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil edib. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri də göstərir. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının üzvləri artıq yaşıl enerji sahəsində də böyük uğurlara imza atmaqdadırlar. Macarıstan, Azərbaycan, Qazaxıstan, Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində müqavilələr də imzalanıb. Bütün bunlar isə heç şübhəsiz ki, Türk dünyasının daha da güclənməsinə, xalqlarımızın rifahının daha da yüksəlməsinə, dövlətlərimizin isə regional və qlobal miqyasda nüfuzunun daha da artmasına səbəb olmaqdadır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 May 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri