Icma.az
close
up
RU
Türk Dövlətləri Təşkilatı böyük regional gücdür

Türk Dövlətləri Təşkilatı böyük regional gücdür

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən əsrin sonlarında baş verən geosiyasi dəyişikliklər nəticəsində dünyanın siyasi xəritəsində yeni müstəqil Türk dövlətlərinin yaranması və qloballaşan dünyanın çağırışları ilə üzləşməsi türkdilli xalqların daha çox birlikdə hərəkət etməsi zərurətinin yaranmasına gətirib çıxarmışdır. Ötən əsrin 90-cı illərindən başlayaraq, türkdilli dövlətlərin başçılarının Zirvə görüşləri ortaq mənəvi irsin qorunması və təbliği baxımından mühüm rol oynamışdır.Son bir neçə ildə Türk Dövlətləri Təşkilatı (TDT) mütəşşəkkil bir birliyə çevrilib. Xüsusilə ölkəmiz türk dövlətləri ilə birgə yaratdığı Türk Dövlətləri Təşkilatını öz ailəsi hesab edir və bu təşkilatın daha da güclənməsi və regional güc mərkəzi kimi inkişaf etməsini istəyir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev 2024-cü il fevralın 14-də andiçmə mərasimindəki çıxışında demişdi ki, TDT Azərbaycan üçün əsas beynəlxalq təşkilatdır. Dövlət başçısı bunu təşkilat üzvlərinin bir ailə olması ilə əlaqələndirmişdi. Azərbaycanın bu baxımdan unikallığı həm də ondan ibarətdir ki, onun təkcə çoxillik qardaşlıq əlaqələri deyil, həm də təşkilatın bütün iştirakçıları ilə müasir əlaqələri var. Azərbaycan müasir tarixinin böyük hissəsini məhz Mərkəzi Asiya respublikaları ilə bölüşür.Əməkdaşlığın əsası da ortaq tarix və maraqlardan qaynaqlanır.İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizdən sonra bu birlik daha da möhkəmlənir, türk dövlətləri arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir.Dövlətimizin başçısının TDT-yə üzv ölkələrin inteqrasiyasına və inkişafına verdiyi töhfələr hamıya yaxşı məlumdur.

Mayın21-dəMacarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də Azərbaycanın bu təşkilata diqqət və hörmətinin bariz nümunəsidir. Prezident İlham Əliyev çıxışında ölkəmizin nəqliyyat və logistika sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verib. Azərbaycan Xəzər dənizində 50-dən çox ticarət gəmisinə sahib olmaqla türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Bakı gəmiqayırma zavodunda hazırda 10 yeni gəmi inşa edilməkdədir. Bu təşəbbüslər həm daxili nəqliyyat potensialını artırıb, həm də türk dövlətləri üçün alternativ və təhlükəsiz nəqliyyat marşrutları təmin edib. Bununla yanaşı, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması istiqamətində işlərə başlanılıb. Bu liman Transxəzər Nəqliyyat Dəhlizində mühüm mövqe tutub, Orta Dəhlizin genişlənməsinə real töhfə verib. Həmçinin, Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərib və sayca 9-cu hava limanının yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub. Dövlətimizin başçısı qeyd edib ki, bu hava limanlarından 3-ü Ermənistanın işğalından azad olunmuş ərazilərdə yerləşdirilib. Bu isə Azərbaycanın logistik imkanlarını daha da genişləndirib və regiondaxili inteqrasiyanı gücləndirib. Həmçinin illik 1,5 milyon ton yük qəbul edə biləcək karqo terminalının tikintisinə başlanılıb.

Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Dövlət başçısı İlham Əliyev Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündə tədbir iştirakçılarını Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət etdi. Təbii ki, bu dəvət, həmçinin Azərbaycanın türk dünyasının birilyinə xidmət edən hər bir addıma böyük dəstəyi, irəli sürdüyü təşəbbüslər özündə Türk Dövlətləri Təşkilatının gələcəyi ilə bağlı səsləndirilən əminliyin əməldə öz təsdiqini tapmasıdır. Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra bu birliyin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. İkinci Qarabağ müharibəsi zamanı beynəlxalq aləm bir daha türk dünyasının birliyinin şahidi oldu. Ümumilikdə türk dövlətləri arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Hazırda dünya bu birliyi işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində aydın şəkildə görür.

Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. Zirvə görüşünün sonunda imzalanan 71 bənddən ibarət Budapeşt Bəyannaməsində qeyd olunduğu kimi, Türk xalqlarının tarix boyu dünya sivilizasiyasına mühüm töhfələrini, o cümlədən Avropa və Asiyanın mədəni və siyasi cəhətdən formalaşmasında davamlı irsini, türk dövlətlərinin dünyada müasir siyasi, iqtisadi və sosial tərəqqiyə, o cümlədən regional və qlobal sülh və təhlükəsizliyə təsir göstərməkdə mühüm rolunu vurğulayan dövlət başçıları TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyini bir daha təsdiqləyiblər.

Beləliklə, bugün Azərbaycan tək regionda deyil, türk dünyasında da aparıcı mövqeyini qoruyaraq, mühüm addımlar atır, təşəbbüslər göstərir. Bütün bu diplomatik uğurlar isə ölkə başçısı cənab İlham Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində davam edən iqtisadi inkişafla vəhdət təşkil edərək, Azərbaycanı lider ölkələr sırasına çıxarır.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 May 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri