Icma.az
close
up
RU
Türk Dövlətləri Təşkilatı qardaş müttəfiqliyindən strateji tərəfdaşlığa

Türk Dövlətləri Təşkilatı qardaş müttəfiqliyindən strateji tərəfdaşlığa

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2009-cu il oktyabrın 3-də imzalanan “Naxçıvan müqaviləsi” əsasında yaradılan Türk Dövlətləri Təşkilatı (TDT) qısa müddətdə regionun ən mühüm siyasi və iqtisadi platformalarından birinə çevrilib. Təşkilatın təməlində siyasi maraqlarla bərabər həm də ortaq tarix, mədəniyyət, dil və ənənələr dayanır. Bu qurumun fəaliyyəti təbii müttəfiqliyə əsaslanır, inkişafı isə xalqlarımızın əsrlər boyu formalaşan dəyərlərinin müasir dövrə uğurlu uyğunlaşdırılması ilə bağlıdır.

İlkin mərhələdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın iştirakı ilə təsis edilən TDT sonrakı illərdə daha da böyüyüb. 2019-cu ildə Özbəkistan, 2023-cü ildə isə Türkmənistan müşahidəçi kimi təşkilatda yer tutub. Bu prosesi isə türkdilli dövlətlərin vahid strateji xətt üzrə birləşməkdə maraqlı olmaları şərtləndirib. Əslində, genişlənmə təşkilatın təsir imkanlarını artırmaqla yanaşı, regionda siyasi-iqtisadi tarazlığa da yeni məzmun gətirib. Bütün bunlar TDT-nin səmərəli fəaliyyətinin ifadəsi olan müvafiq göstəricilərdə də öz ifadəsini tapıb.

Bu məqamda Dövlət Gömrük Komitəsinin məlumatına əsaslanaraq qeyd edək ki, cari ilin 7 ayında Azərbaycanın TDT üzv ölkələrlə (Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan) xarici ticarət dövriyyəsi 4 milyard 228 milyon ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz çox) təşkil edib. Hesabat dövründə isə respublikamızın bu dövlətlərlə ticarət dövriyyəsi ölkəmizin ümumi ticarət dövriyyəsinin 14,7 faizi həcmində olub.

Qeyd edək ki, 7 ayda Azərbaycanın ticarət dövriyyəsi Türkiyə ilə 3 milyard 384 milyon dollar, Qazaxıstanla 517 milyon dollar, Özbəkistanla 269 milyon dollar, Qırğızıstanla isə 58 milyon dollar təşkil edib. Respublikamızın ümumi ticarət dövriyyəsində Türkiyə ilə 11,7 faiz, Qazaxıstanla 1,8 faiz, Özbəkistanla 0,9 faiz, Qırğızıstanla isə 14,7 faiz olub. Hesabat dövründə Azərbaycan Türkiyəyə 2 milyard 9 milyon dollar, Qazaxıstana 60 milyon dollar, Özbəkistana 35,4 milyon dollar, Qırğızıstana isə 7,5 milyon dollar dəyərində məhsul göndərib. Ölkənin ümumi ixrac həcminə nisbətdə Türkiyə 13,2 faiz, Qazaxıstan 0,4 faiz, Özbəkistan 0,2 faiz, Qırğızıstan isə 0,05 faiz paya malik olub.

Yanvar–iyul aylarında Azərbaycana Türkiyədən 1 milyard 375 milyon, Qazaxıstandan 457 milyon, Özbəkistandan 234 milyon və Qırğızıstandan 50 milyon dollar dəyərində məhsul idxal edilib. Ölkənin ümumi idxalında Türkiyə 10,1faiz, Qazaxıstan 3,4 faiz, Özbəkistan 1,7 faiz, Qırğızıstan isə 0,4 paya malik olub.

Bütün bu göstəricilər deməyə əsas verir ki, Türk dövlətləri strateji dəhlizlər, yüksək ticarət intensivliyi və investisiya dinamikası ilə iqtisadi dayanıqlılıq, artan inteqrasiya və qlobal dəyər zəncirlərində rolunu getdikcə artırır. “Türk Dünyası 2040 Vizyonu” çərçivəsində region dayanıqlı inkişaf, ticarət əlaqələrinin gücləndirilməsi və Avrasiya üzrə birləşdirici rolu artırmaq istiqamətində sadiqliyini nümayiş etdirir.

Bu qurum, eyni zamanda, üzv dövlətlərin iş adamları arasında körpü rolunu oynayır, ticarət əlaqələrinin genişlənməsinə təkan verir. “Türk Dünyası 2040 Vizyonu”nun fəaliyyəti nəticəsində biznes dairələri arasında qarşılıqlı etimadın güclənməsi və ortaq layihələrin reallaşması da müşahidə olunur.

TDT-nin fəaliyyətindən bəhs edərkən bir məsələni də xatırlatmaq istərdik. Belə ki, hər bir üzv dövlətin 100 milyon ABŞ dolları töhfəsi ilə formalaşan Türk İnvestisiya Fondunun əsas məqsədi regional layihələrə dəstək vermək, biznes mühitini stimullaşdırmaq və ortaq iqtisadi güc yaratmaqdır. Fond, həmçinin kiçik və orta sahibkarlığın inkişafına kredit dəstəyi, yeni investisiya layihələrinin maliyyələşdirilməsi və üzv ölkələrin iqtisadiyyatlarında diversifikasiya proseslərinə töhfə vermək üçün mühüm vasitədir. Bu təşəbbüs, eyni zamanda, üzv dövlətlər arasında malların sərbəst və sürətli hərəkətini gerçəkləşdirmək məqsədi daşıyır. Gömrük prosedurlarının sadələşdirilməsi isə ticarət dövriyyəsini sürətləndirir, logistika xərclərini azaldır və Orta Dəhlizin rəqabət qabiliyyətini artırır.

Azərbaycanın təşəbbüsləri və strateji roluna gəldikdə isə qeyd edək ki, respublikamız TDT-nin iqtisadi inteqrasiyasına mühüm töhfələr verir. Xüsusilə son illərdə ölkəmiz üzv dövlətlər arasında nəqliyyat, enerji və investisiya sahələrində əsas platforma kimi çıxış edir. Məsələn, 2024-cü ildə Şuşa Biznes Forumunda Qarabağın iqtisadi potensialı, işğaldan azad edilən ərazilərin beynəlxalq sərmayədarlar üçün cəlbedici imkanlara malik olması barədə ətraflı məlumat verilməsi bunun bariz ifadəsidir. Bu, təkcə Azərbaycan iqtisadiyyatına deyil, həm də TDT çərçivəsində ortaq iqtisadi gündəliyə yeni impuls verməsi baxımından mühüm önəm daşıyır.

Onu da xatırladaq ki, artıq Bakı– Tbilisi–Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı sayəsində ölkəmiz qlobal logistika xəritəsində strateji həlqəyə çevrilib. Bu imkanlar türk dövlətləri arasında inteqrasiyanı gücləndirməklə yanaşı, Avropa ilə Asiya arasındakı ticarət dövriyyəsinin səmərəliyini daha daha da artırıb.

TDT-yə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın gələcək perspektivlərinə gəldikdə isə demək olar ki, bu təşkilatın əsas hədəfi təkcə ortaq iqtisadi güc yaratmaq deyil, həm də qlobal miqyasda türk dövlətlərinin mövqelərini möhkəmləndirməkdir. Hazırda təşkilatın qarşısında vahid enerji bazarının formalaşdırılması, nəqliyyat və logistika dəhlizlərinin rəqəmsallaşdırılması, elm, təhsil və texnologiya sahələrində ortaq proqramların genişləndirilməsi prioritetləri mühüm vəzifələr kimi durur.

Beləliklə, TDT bu gün regional əməkdaşlıq qurumu olmaqla bərabər, həm də qlobal əhəmiyyətli aktora çevrilmək yolundadır. Azərbaycan isə bu prosesin mərkəzində dayanaraq həm təşəbbüskar, həm də inteqrasiya proseslərinin lokomotivi rolunu oynayır. Tarix, mədəniyyət və ənənələr üzərində qurulan bu birliyin gələcəkdə iqtisadi güc mərkəzinə çevriləcəyi şübhəsizdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Avqust 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri