Icma.az
close
up
RU
Türk Dövlətlərinin Üz Çənə Cərrahları üzrə I Konqresi keçirilib

Türk Dövlətlərinin Üz Çənə Cərrahları üzrə I Konqresi keçirilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 13 oktyabr, AZƏRTAC

Bakıda Türk Dövlətlərinin Üz-Çənə Cərrahları üzrə I Konqresi keçirilib.

Konqresin özəlliyi Beynəlxalq Üz-Çənə Cərrahları Kollecinin 33-cü Dünya Konqresi (ICMFS) və Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin III Beynəlxalq Konqresi ilə paralel şəkildə təşkil olunmasıdır. Bu tədbir Türk dünyasının ən nüfuzlu mütəxəssislərini bir araya gətirərək bilik mübadiləsinə, innovasiyalara və gələcək əməkdaşlıqlara zəmin yaradıb.

AZƏRTAC xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən yüzlərlə mütəxəssisin iştirak etdiyi konqres Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və TƏBİB-in birgə dəstəyi ilə baş tutub.

Konqresin açılış mərasimində Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin sədri professor Çingiz Rəhimov bildirib ki, tədbir tibb elminin inkişafı, müasir müalicə üsullarının paylaşılması və beynəlxalq əməkdaşlıq üçün mühüm platformadır. Qeyd olunub ki, ABŞ, İtaliya, Almaniya, Türkiyə, İsrail, Braziliya, Belçika və digər ölkələrdən tanınmış məruzəçilərin qatıldığı tədbirin elmi proqramı ağız və üz-çənə cərrahiyyəsi ixtisası ilə yanaşı, qonşu peşə sahələrini də əhatə edir. Bunlara stomatologiya, üzün estetik və rekonstruktiv cərrahiyyəsi, baş-boyun onkologiyası, otorinolarinqologiya, dermatologiya və kosmetologiya aiddir.

Çingiz Rəhimov tədbirin məqsədinin bu sahədə tibbi xidmətin daha yüksək səviyyəyə qaldırılması üçün ən yeni texnologiyaların tətbiqinin müzakirəsi və təcrübə mübadiləsinin aparılması olduğunu vurğulayıb. O, konqresin “Yeni elmi və praktiki üfüqlə addımlayırıq!” devizi ilə keçirildiyini diqqətə çatdırıb.

Açılış mərasimində, həmçinin Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini professor Əziz Əliyev və digərləri çıxış edərək tədbirin elmi əhəmiyyətini vurğulayıb, konqresin işinə uğurlar arzulayıblar.

Üçgünlük tədbbir çərçivəsində baş və boyun cərrahiyyəsində dünya miqyasında tanınmış mütəxəssis, professor Jatin Şah (ABŞ), üz transplantasiyası üzrə 7 əməliyyat təcrübəsinə malik, dünyaşöhrətli üz-çənə cərrahı, professor Jan-Pol Meningaud (Fransa), Hayfa Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri professor Adi Rachmiel (İsrail), Loğman Həkim Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri, Çənə-Dodaq Yarığı və Əlaqəli Anomaliyalar Mərkəzinin direktoru professor Reha Kisnisci (Türkiyə) və digərləri məruzələrlə çıxış ediblər.

Beynəlxalq mütəxəssislər təcrübə mübadiləsinin üz-çənə cərrahiyyəsinin bütün istiqamətlərinin inkişafına töhfə verəcəyini söyləyiblər.

Tədbir çərçivəsində plenar iclaslar, simpoziumlar, təqdimatlar və ixtisaslaşmış sərgilərlə zəngin proqram təqdim olunub. Həmçinin Azərbaycanda ilk dəfə beynəlxalq mütəxəssislərin iştirakı ilə üz cərrahiyyəsinə və almacıq diş implantasiyasına və pasiyentlər üzərində estetik təbabətə aid master-klas keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri